Bir lal qız
üstündə iki oğlan dalaşır
Dünya düzəlir
deyəsən...
Üşütmə
Sözlər
nəfəsindən üşüyür bu gecə,
fikirlər
kölgəsindən.
Ruhları
üşüdən
işıqların
qəfil sönməyidir -
demişdi
dan yeri!
Bilsələrdi
sabah günəş çıxmayacaq,
hər kəs
yorğan-döşəyini götürüb
Bir qəbir
qazardı özünə...
Bir balaca
deşik də qoyardı
baş tərəfindən;
ümidin
qış tərəfindən...
Yenə
üşüyür deyən
fikirlərin
tavanı.
Yaman
qorxudur, yaman
sonunculuq
divanı...
...Qəbrinə
məktub yazır
sonuncu
ölən adam:
Bağışla,
yubanıram...
30 may 2019
***
Hayana
üz tutub ölsən,
Qiblə
yöndən balacadı.
Çevrilsə
için çölünə
sükut
ündən balacadı.
Düşüncə
yox, yuxular ac...
Tapdalandıq
inanc-inanc!
Tanrı
dindən balacadı.
Tək
gözə aləm sığışır,
...Dərkə
kündə balacadı...
Tez-tez
baxmağa gedirəm...
Qəbrim
məndən balacadı.
Kim
böyüdür, heç bilmirəm,
heç
bilmirəm kim böyüdür?!.
27 may 2019
Yollardan o
yanadır ayrılıq,
iz varsa,
ayrılıq deyil hələ...
Tapmaq -
ünvanını bilmədiyindən
məktub
almaqdır,
itirməksə
ilk dəfə görüşmək...
Bəs
ölmək? - elə bu sualın özüdür!
...Hə,
unutmamış deyim,
Azadlıq
küçəsində qazarsınız məzarımı,
Tanrının
hüzurunda təsəllim olsun.
May 2019
***
Ağaclar
yarpağından qocalar
payızın ilk
günü,
küçələr
addım səslərindən.
ağışlar
mamırlı kirəmitləri görüncə
anlayar
yaşlandığını,
küləklər
də toxunmağa
kimsə
tapmayanda.
Adamlarsa
yaddaşından...
Bağışlayın,
bu gün ayın neçəsidir?
22 may 2019
May tabloları
Gölməçəyə
sərilmiş bir kimsəsiz
gördüm bu gün,
Suya
düşən əksinə baxıb saçlarını
daradı.
Qurumuş
çörək parçası qoydu
başının
altına
və
yumdu
gözünü.
***
Yuxularımı
söyüd ağacına danışıram,
Bir də
yuxu görməmək üçün...
Çünki
inanmaq istəmirəm yaşadığıma.
***
Bir lal
qız üstündə iki oğlan dalaşır
Dünya
düzəlir deyəsən...
Görəsən,
niyə söymürlər bir-birini?
***
And
içmə, ağla.
Bilim ki,
yalan danışmırsan...
Məndən
şübhələnsən
əl
basdır yaylığına.
4-9 may
2019
Tural Turan
Ədəbiyyat qəzeti.- 2019.- 15
iyun.- S.25.