Arzularımız niyə yerinə yetmir?  

 

Ən qatı ateist belə, ən çətin məqamda Allaha pıçıldayıb kömək istəyir. Hərdən ömrümüzün bir parçasına çevrilən sosial şəbəkə haqqında düşünürəm. Görəsən, orada yazdıqlarımızdan Allahın xəbəri varmı? Axı, biz ona demək istədiklərimizi bəzən sosial şəbəkədə paylaşıb dərdimizə şərik çıxan adamlarla söhbətləşirik. Bəs, niyə birbaşa ona açmırıq əllərimizi?

Birdən Allahın özü sosial şəbəkədə olsaydı, baş verərdi?

Görəsən, ona qarşı çıxanları, ələ salanları bloka atardımı? Hər halda, cəhənnəm cəzasının yanında bloka atılmaq çox yüngül cəza olardı. Görəsən, O, dostluğuna kimləri qəbul edərdi? Kimləri izləyərdi? Statusumuzu bəyənməyindən bilərdik ki, bizi dəstəkləyir, ya yox.

Amma deyirəm gözəl olardı?!

Ən azı arzularımızı Allaha yazmaq imkanımız olardı. Bilərdik ki, mesajlarımızı gördü, ya yox.

Mütləq ki, Onun profil şəkli olmazdı. Ateistlərsə profilində şəkli olmadığı üçün "bu saxta profildi" - deyib inanmazdılar ona. Allahsa bir fənd işlədərdi ona inanmayanlara qarşı. Bir status yazardı ki, çox yaxında üzümü görəcəksiniz. bütün ona inanmayanlar səbirsizliklə vaxt profilə şəkil qoyacağını gözləyərdi.

Tutaq ki, bunlar mənim xəyallarımdır ümumiyyətlə, belə bir şeyin mümkün olmayacağını məndən yaxşı bilirsiniz. Bəs, yaxşı, biz ona əl açıb dua edəndə düşünmüşükmü yanlışlığını, doğruluğunu?

Arzularımızın həyata keçməsi üçün dualarımız da doğru olmalıdır. Biz əksərən dilimizin bəlasına düşmürükmü? Fikirlərimizi doğru-düzgün ifadə etmədiyimiz üçün başımıza min bir bəla gəlmirmi? Bəs, o zaman niyə Allaha dua edəndə, ondan nəsə istəyəndə danışığımıza fikir verməyək, sözlərimizi doğru-düzgün seçməyək?

Axı, Kvant fizikası da bunu deyir bizə. Deyir ki, arzularınızın həyata keçməsi üçün mütləq bunlara diqqət etməlisiniz:

Arzuya inanmaq,

Duanı içdən etmək,

Doğru sözlərdən istifadə etmək,

Arzu haqqında daim düşünmək

ona doğru hərəkətlənmək.

İndisə bizim illərdir etdiyimiz bir arzuya baxaq:

"O gün olsun Qarabağı qaytaraq".

Bu dua doğrudurmu? Məncə, yox. Ona görə ki, Qarabağ olduğu yerdədir, bizdən getməyib heç bir yerə tərpənmir. Sadəcə, biz orda deyilik. Bu mənada bizim Qarabağa qayıtmağımız doğrudur, nəinki Qarabağın bizə.

Arzumuza inanırıqmı? Dəfələrlə eşitmişəm ki, deyirlər, Qarabağ getdi, qayıdan deyil, amma yenə Allahdan ümid kəsilməz. Axı, sən etdiyin duaya inanmalısan. İnanmalısan ki, Qarabağa qayıdacağıq.

Kvant nəzəriyyəsinə görə, dualar o qədər içdən dəqiq olmalıdır ki, Allah bu dualara inansın. Poeziyada belə deyilmi? Şairin şeiri içdən yazıb-yazmadığı elə ilk misrasından bilinmirmi? Əgər şeirdə ruh yoxdursa, elə ilk şeirdəncə o şairi oxumağı tərgitmirikmi?

Arzunu daima düşünmək. İndi baxaq görək, biz dualarımızı qədər düşünürük? Toydan-toya, məclisdən-məclisə, tədbirdən-tədbirə Qarabağı arzulamaqla olmur, qadası. Bu arzunu hər gün düşünməlisən. Ağlının bir ucunda mütləq bu arzu gəzib-dolaşmalıdır.

sonda arzuya doğru hərəkətlənmək, yəni əməl. Biz Qarabağa qayıtmaq üçün nələr edirik? Hansı fəaliyyətimizlə arzumuza doğru irəliləyirik?

Məşhur Şəki lətifəsinə görə, lotoda udmaq istəyənə Allah deyir? Heç olmasa ömründə bir dəfə olsa bilet al! Bəli! Bilet! Duaların qəbul olunması üçün şərtlərin hamısına əməl etmək lazımdı. İnanmaq, içdənlik, yanlışa yol verməmək, daima düşünmək əməl...

bütün bunları düşünmək üçün bizə vicdan verilib. Vicdan Allahın jurnalistidir. Gəlir, suallarını döşəyir, cavabını alır, gedir. Bəs, siz, axırıncı dəfə vicdanınızla vaxt söhbətləşmisiniz?

 

Eminquey

 

Ədəbiyyat qəzeti.- 2019.- 15 iyun.- S.11.