Orfeusun parçalanışı

 

Yazıçı Cavi Dana

 

Bəzən sükut bəsit bir danışıqdan çox şey ifadə edir. Özünü  "dünyada" Azərbaycanda "tanıtmağı" bacaran "sənət adamlarının" rədd etməkdən, boyun əyməyə qədər bir çox məna ifadə edən "qarışıq" bir sükutu qanuniləşdirdiyini, təbii bir hala saldığını həmin  sükut qanunlarının ağıldan, cəmiyyətdən, təbiətdən eyni zamanda tarixdən, dilin inkarından sıxışdırılmasından, uyğunluq sənət növlərinin tədqiqatlarından, trans halı başqa şiddətli duyğu hisslərdən, bütövlükdən, sağlam düşüncədən,  yaddaşın mifik qatda təkrarlanmasından yaxında baş verə biləcək  fəlakətin qəti bir şəkildə hiss edilməsinə qədər normal bəşəri instinktlərin yadlaşmasına qədər  gətirib çıxarıb. yenə sükut. Təbii ki, ədəbi tənqid belə bir mühitdə ciddi dəyər ifadə etmir. Tənqid iki fərqli formatda susur. Əvvəla, sükut etirazdır, yazmaqdan danışmaqdan daha münasib bir seçimdir. İkincisi, bayağı təbliğatla heç kimə heç kəsə  yol tapa bilməyən yaltaq ədəbi tənqidin acizliyidir.

İxab Xassan "Orfeusun parçalanışı: Postmodern bir ədəbiyyata doğru" kitabında ədəbiyyatda baş verən dağılma yenidən qurulma prosesini Orfeusun faciəvi hekayəsinə bənzədir. Orfeusun gənc kişilərə olan qayğı rəğbəti Maenadları qəzəbləndirir. Onlar Orfeusun başını kəsib ifa etdiyi aləti lira ilə birlikdə Herbus çayına atırlar. Ancaq Orfeusun kəsilmiş başı nəğmə oxumağa davam edir. Xassan 1914-cü ildən 1970-ci illərə qədər olan ədəbiyyatın səssizliyini ifadə edir. Başı qoparılmış bir ozanın nəğmə oxumasındakı ironik bir səssizlik dağılma prosesinin mahiyyəti üzə çıxır. Telləri qopardılan liradan gələn musiqi səsləri rəmzi, simvolik ironiyadır. Modernist ədəbiyyatın radikal konservativ meyarları ədəbiyyatın əsrlərdir yaşayan qaydalarını heçə saydı. Ədəbiyyatda bir sükut baş verdi. Başı qopardılmış Orfeus kimi ədəbi düşüncə tarixi öz axarında davam etdi. Ancaq format dəyişikliyinə məruz qaldı. Modernizmdən əvvəl dəyişilmə yenilənmə prosesləri baş vermişdi.  Amma lakin bu  qədər radikal təməldən rekonstruksiyaya rast gəlinməmişdi. Modernizmdə seçicilik, elitarlıq o qədər radikal idi ki, estetika sənət dəyərləri belə unudulurdu. Orfeusvarı bir şikəstlik, yarımcanlıq yaranmışdı. Postmodern ədəbiyyatda mühafizəkar total ədəbi-estetik görüşlər ironiya yolu ilə yumşaldılır sıradan çıxarılırdı.

Hörmətli Cavi Dan xanım, bəs niyə İxab Xassanın görüşlərini müasir ədəbi proses   tənqidin vəziyyəti üçün misal gətirirəm? Çünki Xassan hər hansı bir ideya, estetika   bədii mətndən heyranlıqla danışmır. Soyuq, analitik bir o qədər təmkinli, dəqiq fikirlər irəli sürür. Yeri gəldikdə hər hansı yazıçının yersiz şişirdilməsinə, onun mühafizəkar baxışlarına tənqidin obyektiv pəncərəsindən baxır.

Orfeusun parçalanışı Dostoyevski, Tolstoy, Balzak, Hüqo başqalarının möhtəşəm ədəbiyyatının ucuz, mexaniki, sənət əsəri kimi təqdim edilən sayıqlamalarla eyni səviyyədə tutulmasına təəssüf edir.

Müasir ədəbi proses , tənqid başı kəsilən Orfeus kimidir. Ancaq arada böyük fərq var. Qışqırmaq, özünü zorla gözə soxmaq bəxtəvərliyi susmaq təmkinindən yaranan inadkarlığı üstələyir. Bayağılaşdıqca bayağılaşır. Haqqında yazı yazdıran da yaxud könül xoşluğu ilə yarınmaq istəyən nəticədən asılı olmayaraq bu prosesdən zövq alır. Nəhayətdə haqlı iradlar tənqidlər yaranır.

əlli il sonra: Orfeuscuqlar həyatla vidalaşanda səsləri eşidilməyəcək. Çünki Orfeusun parçalanışı həm ədəbiyyatın yazıçıların gerçək kimliyinə, özünəqayıdışdır. Bütövlükdür. Şikəstlik deyil. Təəssüf ki, biz daha çox şikəstlik bürcündə ömrü bada veririk.

 

Ülvi BABASOY

 

Ədəbiyyat qəzeti.- 2019.- 15 iyun.- S.8.