Modern ingilis poeziyası Elis OSVALD
(Böyük Britaniya)
Elis Osvald 1966-cı il təvəllüdlü
Britaniya şairidir, 2002-ci ildə T.S.Eliot poeziya
mükafatını alıb.
Elis Osvaldın belə bir fikri onun
şair naturasını anlamağa tam yardımçı ola
bilər: ...Şair olmaq bacardığın qədər
yaxşı insan olmaq kimi ciddi, uzun vaxt tələb eləyən
və təbii bir prosesdir. Nəyisə
ifadə etmək heç də yüksək təhsilin
olmasına, yaxud poetik formaları beş barmağın kimi
bilməyə dəlalət eləməz, bu, sadəcə,
diqqət yönəltməkdir nəyəsə və orada
ilişib qalmaq...
Haçansa
yarı güldüm, yarı mən,
Görünmürdüm,
yoxluğum güzgülərdə
yaşardı,
O
görünməyən gül ki var... içimdə qalıb
həmişə,
Kor kimi əlləriylə
gəzib itik düşəni,
Susub
qalıb ömürlük, adına yorğunluq deyək,
üzücü...
Haçansa
yarı qarğı, yarı səsdim,
İçimdəki
mağaradan çıxıb söz olmaq istəyirdim,
Həmişə,
Həmişə
gözlərimi axan çaya zilləyib,
Başımı
yana əyib,
Böyrü
üstə uzanıb,
Baxır,
baxır, susurdum...
Hə, nə
vaxtsa yarı yara, yarı ahdım
Bir
zamanlar nə o oldum, nə də bu,
Alovdum, su
içində
Dərya
kənarı - qəlbin tufanında
Sonuncu əksimi
geyinib çıxıb getdim
Qəlbim
damcı-damcı axdı qaranlığın təkinə
Yorğun,
arğın, sustalmış... oturdum,
Gördüyüm
yuxunun sahilində
Qan
laxtası...
***
Bu gün
ölmək istəmirəm,
Ancaq
kiminsə ardınca gedib dünyaya
Qocaların
gözüylə baxasan
Bilirəm
ki, göylərdəki nöqtələr arasında
Orta əsrlərin
Varlıqları
yaşayır...
Sakitcə
hesab elə ki, gecə də bir sığınacaqdır
Qocalmış
adamlar üçün,
hesab elə
ki,
Bu
olsa-olsa Kadillakın* örtüsüdü
Faraları
Kembri işığıdı və
Roma
İmperiyası kimi çökür
On yeddimin
tamamında...
*Cadillac -
amerikan avtomobil markası
Elis OSVALD
İngiliscədən tərcümə
etdi: Cavanşir YUSİFLİ
Ədəbiyyat qəzeti.- 2019.- 15
iyun.- S.3.