Şeyx Cəmaləddin Gəncəvi
Şeyx Cəmaləddin ibn Nizami Gəncəvinin
"Maidətul-hikəmə" əsərinin səciyyəvi
prinsiplərinə Nəsiminin elmi münasibəti
Azərbaycan
ədəbiyyatı tarixində ilk dəfə bizim təqdimatımızla
işıq üzü görən Şeyx Cəmaləddin ibn
Nizami Gəncəvinin
yaradıcılığı haqqında mənbələr
həddən ziyadə qədim və çox az öyrənilməsi
ilə nəzəri cəlb edir. Belə ki, "Maidətul - hikəmə"
kimi mürəkkəb dil prinsipləri ilə və eyni zamanda
təsəvvüf və irfanın zəngin olan müvafiq mərifətlər ezoterizmi ilə
bəlli bilinməklə Şeyx Cəmaləddin qələminə
məxsus olan bu əsər, əslində, təsəvvüf
mündəricəsinin irfanca zəngin olan məna anlamlarının
bütün lay və qatları ilə daha dərin ezoterik səciyyə
əhatəsinə malikdir. Bu baxımdan Şeyx Cəmaləddin
yaradıcılığına Şah İsmayıl Xətai
münasibətini şairin öz misralarında izləmək
məsələnin tam tarixi təfərrüatını
aydın şəkildə öyrənməyə daha geniş
qapılar açmış olar:
Şeyx əzəm
Elimdən
bir nur açılmış üzü Gəncəyə
sarı,
Hədislərlə
iy davranmış
məntiq
olmuş onun yarı.
Vücudu
Həqdən həqq tapmış
həqq
ilə həqqanələnmiş,
"Quran"da toxum səpmiş kuyin olmuş
nübarı.
Məktəbi
- həqdə dərs almış süluk etmiş mənalara,
İbadəti
feyz eyləmiş səffar etmiş həm barı.
Bülbülanə
söz söyləmiş izhar etmiş təhlili,
Damı dalda damdalamış dəncilləmiş dəmdarı.
Xətayi
bil nokərdi elmi mərifətdə sənə,
Şeyximiz Cəmaləddin misali - bar verən arı.
Qeyd etmək
lazımdır ki, özünün "Qurani-Kərim" və
ümumən "Quran" elmləri sahəsində nüfuz
və səviyyəsinə görə cəmiyyən Şərq
dünyasının böyük və əhatəli olan əxlaqi keyfiyyətləri ilə
seçilən Şeyx Cəmaləddin ibn Nizami Gəncəvinin
barəsində özündən sonrakı dönəmlərin
əksər üləma və irfan əhli öz fikr və
mülahizələrini bəyan etməyi məxsusi olaraq zərurət
hesab etmişdilər.
Bu baxımdan Seyyid Əli İmadəddin Nəsiminin
Şeyx Cəmaləddin barədə söylədiyi fikrlər
özünün bəlağət və mərifət zənginliyinə
görə xüsusi əhəmiyyət kəsb edir. Belə ki, Nəsiminin
Şeyx Cəmaləddin ibn Nizmi Gəncəviyə həsr
etdiyi "Şeyx Əzəm itəfnaməsi" yalnız nəsimişünaslıq
tarixi üçün deyil, ümumilikdə irfan tarixinin ən
qiymətli abidələrindən hesab edilir:
Nuri -
qılman Farsi Salman etdi ənam bizlərə,
Elmidən hicab açmış Cəmaləddin
"ifa" sözlərə.
Zülfi
- sima bulunmazmış sədvi inacın heylərə,
Lima - turiddən nur açıb səpələmiş
gözlərə.
Həqqi əncam
əlhəqq qılıb
ənəlhəqdən
sən ol həqqə,
Səhifə
qələm şahid durmuş
mədrəsə
olmuş dizlərə.
Seyrə
çıxanlar tən gəlib Cəmaləddin izlərinə,
Nöqtey - izafətdir açıb bir də gizlədər.
Mərifət
təəccüb etmiş eşq evinin sahibinə,
Nüfuz eylə nəffaslara məşəqqətdən
sızladar.
Əlif gətir
mimə tay qoy
vav
əlifə məddi - vay qoy,
Cəmaləddin çox əcəbdir, arifləri
buzladar.
Nəsimi
sığmaz əsla iki cahan sığan yerə,
Şeyximiz Cəmaləddin salikləri suzladar.
Qeyd: "Mən
fəqir bəndə Molla Yəhya Badikubeyi deyirəm ki,
Şeyx Cəmaləddin Gəncəviyə Seyyid Əli Nəsiminin
qiymət verdiyi qədər heç bir kəs qiymət verməmişdir.
Seyyid Nəsimi belə deyirdi: "Mərifət elmində hər
hansı meyxanə
qapısını döydümsə, bura Şeyx Cəmaləddinə
məxsusdur dedilər. Bizim Şeyximiz Cəmaləddin
tacifatdan əsli - həqqə doğru seyr edən alimi - rəbbanidir".
Qeyd:
Füzuli Şeyx Cəmaləddin haqqında belə
demişdir: "Mövlana Şeyx Cəmaləddin Gəncəvi
təfsirdən məntiqə, hikmətdən hədislərə,
usuldan fiqhə, kəlamdan əruza tərcüməçi
işləyən ən mahir lüğətşünasdır".
Ey
Füzuli, gəl həqqə sən
alqış
eylə mərifətdə səy eyləmə,
O yerdə
ki, Cəmaləddin səy edibdir,
o
yerlərə meyl eyləmə.
Məşhur
Azərbaycan şairi Seyyid Əbülqasim Nəbati isə
Şeyx Cəmaləddin haqqında belə deyib: "Şərqdə
hikmət məktəbinin ən ali
İlahişünası Şeyx Cəmaləddin Gəncəvidir.
Belə ki, o, Əbu Əli ibn Sinadan çox -
çox qabaqlara getmişdir. Fərqi bunda
idi ki, İbn Sinanı başa düşənlər Şeyx Cəmaləddin
elminə yol tapa bilmədilər".
Seyid
Əzim Şirvani isə Şeyx Cəmaləddin mərifətinə
belə qiymət verir: "Şeyx Nizami Gəncəvinin
oğlu Şeyx Cəmaləddin Gəncəvi Şərq
düşüncəsi üçün elm dəryasının
üfiqində yenicə doğmuş hikmət günəşidir".
Seyyida,
söyləmə kim məhrəm olar
Şeyxə yar,
Cəmaləddin bizdə varsa, bizdə olan bizdə var.
Nəzərə
almaq lazımdır ki, Şeyx Cəmaləddin
yaradıcılığının və ümumilikdə təsəvvüf
ədəbiyyatının bütün Şərqdə
tanınmış tədqiqatçılarından hesab edilən
Əllamə Şeyx Mürtəza Təbəristani Şeyx Cəmaləddin
yaradıcılığının bu istiqamətdən tədqiqində
özündən əvvəl və daha sonrakı tədqiqatçılardan
daha ətraflı və daha elmi zənginliklə məsələnin
geniş analitikasının təqdimatını verə bilməsi
ilə diqqəti cəlb edir. Bu mənada klassik ədəbiyyatımızın
tarixi ənənələr prisiplərinin də müəyyən
səciyyə incəliyini müşahidə etmək elə də
çətinlik törətmir. Belə ki, irəlidə
qeyd etdiyimiz kimi, Şeyx Cəmaləddin ibn Nizami Gəncəvi
özünün "Maidətul-hikəmə" əsərində
daha çox təsəvvüf mündəricəli ədəbi
nümunələrdə ən çox Bəxtiyar ibn
Cavanşir Muğaninin "Mahmud və Məryəm" məsnəvisinə
istinadları ilə diqqəti cəlb edir, nəinki atası
Nizami Gəncəvinin "Xəmsə"sinə. Bu baxımdan başlıca səbəb olmaqla, əlbəttə,
təsəvvüf ədəbiyyatının prinsipləri
baxımından leytmotiv zənginliyi "Maidətul-hikəmə"
məzmununda Şərqin bütün ədəbi mündəricəli
klassik nümunələrindən daha əhatəli və daha
sistemlidir. Bu səciyyəvi əxlaq və
mərifət irfan ədəbiyyatının məzmun mahiyyətində
elmi-nəzəri düşüncə tərzinin həm ərkani
və həm də mərifətin fəlsəfi "Qurani-Kərim"
mündəricəsi ilə təsəvvüfün elmi-fəlsəfi
dünyagörüşündə vahid sistem olmaqla
stimullaşdırılmış mahiyyətində
özünü nümayiş etdirə bilir. Əslində,
bütün bu səciyyəvi təsəvvüf mündəricəsi
"Maidətul-hikəmə"nin bir
irfan abidəsi olmaqla özündə ehtiva etdiyi məzmun dərinliyindəki
fəlsəfənin əxlaq mündəricatından qeyri bir
şey deyildir.
"Maidətul-hikəmə"
əsəri beş fəsil və on
altı babdan ibarətdir. Şeyx Cəmaləddin
ibn Nizami Gəncəvi bu fəlsəfi elmi əsəri yazarkən
üç mindən çox mənbədən istifadə
etmişdir. Qeyd etmək lazımdır ki,
Şeyx Cəmaləddin ibn Nizami Gəncəvi iki yüz
altmış şeyxdən dərs almışdır.
Onun günümüzə qədər gəlib
çatmış altı əsəri vardır: 1. "Maidətul
hikmət". 2. "Təfsirul Quran fismail insan". 3. "Məntiqul
Əkbər". 4. "Risalətul əruz". 5.
"Əl rical fil hədis". 6. "Fiqhul-ümmət".
Ən qədim
dövr Azərbaycan ədəbiyyatının tədqiqi
baxımından zənnimizcə, daha etibarlı və əhatəli
səciyyəsinə görə heç şübhəsiz
ki, göstərdiyimiz bu qədim və zəngin mənbələr tarixi əhəmiyyəti
baxımından konkret və zəngin
məzmun prinsiplərinə malikdir.
Bu əsərlərdən ən irihəcmlisi "Fiqhul-ümmət"dir.
Şeyx Cəmaləddinin daş
çapı ilə nəşr olunmuş bu kitabı on
altı cilddən ibarətdir. Əsərin
hər cildi isə səkkiz yüz on səhifədir.
Şeyx Cəmaləddin Gəncəvinin
üçüncü kitabı isə altı cilddən ibarət
olan "Məntiqul
Əkbər" əsəri məntiq
elmi tarixində ən irihəcmli mənbə hesab olunur. Şeyxin
dördüncü əsəri isə min səksən
səhifədən ibarət olan "Risalətul əruz"dur.
Bir cilddən ibarət olan bu əsər min səksən
səhifədir. Bütün bu əsərlərdən
savayı, Şeyx Cəmaləddinin
"Risalətul tibb", "Risalətul muğam",
"Tarixul Əkbər", "Əl məcaz fil Quran"
kimi əsərləri Şərqin qədim elmi fikir tarixində
xüsusi əhəmiyyətə malik olan mənbələrdən
hesab edilir.
Bunu da nəzərə almaq lazımdır ki, hələ
ilk gənclik dövrlərində - iyirmi iki yaşında
Şeyx Cəmaləddin ibn Nizami Gəncəvi
özünün təsəvvüf tarixində məşhur
olan "Maidətul-hikəmə" əsərini qələmə
almışdır. Bu əsərinin araya-ərsəyə gəlməsi
üçün Şeyx Cəmaləddin Gəncəvi
üç ay on yeddi gün müstəhəbbi namaz
qılmaqla, oruc tutmuşdur. "Maidətul-hikəmə"
əsəri beş fəsil, on altı
babdan ibarətdir. Əsərin birinci fəsli "Tovhid",
ikinci fəsli "Ədl", üçüncü fəsli
"Nübüvvət", dördüncü fəsli
"İmamət", beşinci fəsli "Məad"
adlanır. Birinci fəsil olan "Tovhid" dörd babdan,
ikinci fəsil "Ədl" iki babdan, üçüncü
fəsil "Nübüvvət" dörd babdan,
dördüncü fəsil "İmamət" dörd
babdan, beşinci fəsil olan
"Məad" isə iki babdan ibarətdir.
Şeyx Cəmaləddin
ibn Nizami Gəncəvi təsəvvüf tarixində ilk dəfə
olaraq "Tovhid", "Ədl", "Nübüvvət",
"İmamət" və "Məad"
anlayışlarını konkret olaraq təsnifat səciyyələri
ilə elmi-təsəvvüf və eləcə də
elmi-irfan anlamları baxımından
təqdim etməklə irfanın nəzəri-elmi
dünyagörüş tarixində kifayət qədər
ciddi mərhələ dönəmini təmin etmiş oldu. Bunu da nəzərə almaq lazımdır ki, məhz
bu tarixi dönəmlərdə elmi-irfan və elmi-təsəvvüf
mövzusunda müstəqil nəzəri müddəalarla fikir
söyləmək ciddi şərtiliklərə cavab verə
bilmək baxımından həddən ziyadə mürəkkəb
səciyyəviliklə diqqəti cəlb edirdi.
Şöhrət
QARAOĞLU
Ədəbiyyat qəzeti.- 2019.- 22 iyun.-S.19.