İndiki zamanda bir əlin barmaqları qədər azlıq təşkil edən Moskvadakı Azərbaycan ədəbi mühitindəki püxtə şairlərimiz arasında Afaq Şıxlı haqdan gələn istedadı və təbi, gərgin axtarışları və yorulmaz zəhmətsevərliyi, yüksək intellekti və özünə qarşı amansız tələbkarlığı ilə öz adını bugünkü poeziya aləmində çoxdan təsdiqləmiş, poetik dəst-xəttini möhürbəndləmiş, bənzərsiz poetik dünyası olan, bir balaca qürbət nisgilli kamil şairəmizdir. Azərbaycan Yazıçılar Birliyi Moskva bölməsinin bütün üzvləri adından ayrıca öz tərəfimdən loğman məsləkli, poeziya köhlənli sənətkar bacımızın yarım əsrlik yubileyini ürəkdən təbrik edir, cansağlığı, Tanrının verdiyi təbii gözəlliyin daimiliyini, xoşbəxtlik, ailə səadəti, ülvi məhəbbət, yeni-yeni, bol-bol yaradıcılıq  uğurları diləyirəm. Biz Afaq xanımın incə rübabından axıb gələn tərtəzə poetik nümunələrdən bir dəstə qönçələyib, sevimli "Ədəbiyyat qəzeti"mizin izzətli qədirşünas oxucularına təqdim etməklə hamılıqca şadlanıb feyziyab olarıq.

Dərin sayğı ehtiramlarla,

 

Abuzər Bağırov,

Azərbaycan Yazıçılar Birliyi

Moskva bölməsinin sədri

 

Gəlsəm

 

Bir gün sənin yanına

Ürək ağrımla gəlsəm,

Perikmiş arzularım,

Yanıq bağrımla gəlsəm.

 

Gəlsəm, payıma düşən

Qaçılmaz qismətimlə,

Tanınmamış adımla,

Talesiz ismətimlə.

 

Yorulmuş ayaqlarım,

Yomrulmuş yollarımla,

Qürbət elin qəribi

Nisgil adlı yarımla.

 

Ərimiş istəklərim,

Donmuş ümidlərimlə,

Dilimdə düyünlənən

"Ehey, Allah kərim"lə...

 

Qəbul eyləsən məni,

Üz tutum göyə, Tanrım?!

Sənə doğru yol gəlim

Üzü küləyə, Tanrım!

 

Üstündədir

 

Hər varı olana aparma həsəd,

Haramdan ələnən toz üstündədir.

Çəkin dostluğundan, düşmənliyindən

Kimin ki, çörəyi diz üstündədir.

 

Göyə ucalsan unutma ilki,

Qafil, hər əvvəlin sonu var, bil ki.

Əyninə geydiyin paltar deyil ki,

Boyuna biçilən bez üstündədir.

 

Boş durma, varsa, hərəkətdə var,

Çalış, dilədiyin uca həddə var.

Hardakı ruzi , bərəkət var,

O evdə analar göz üstündədir!

 

Afaq, haqqa sığın, fikrin çaşmasın,

Tamah dedikləri həddin aşmasın.

Yaxşılar zamanla yamanlaşmasın,

Yamanın bəd adı öz üstündədir!

 

Atama...

 

Gəlmişəm yurduna, soran yox məni,

Qəribdən betərəm, düşmürəm yada.

Bir eşitmərəm mən bu kəlməni -

"Gəl bizə" deyənim başqa dünyada!

 

De, ümid ardınca haraya gedim?

Hər yandan qayğılar üstümə gəlir...

Könül param-parça, ruh didim-didim,

İnsan dincəlir, yata bilir...

 

Sənli düşüncələr qoymaz ki, yatam,

Həsrət əllərini üzümə vurur.

Gecə , gündüz xəyalın, ata,

Gözümün önündə dayanıb durur.

 

Qorxmurdum qürbətin çətinliyindən,

Hər vaxt mənə arxa, mənə köməkdin.

Bu qarlı diyara günəşi sən

Doğma gəlişinlə gətirəcəkdin.

 

Səni çox sevirdim demək, anamdan,

(Kimi çox sevirəm - hey atır məni).

Silmirəm nömrəni telefonumdan,

Bəlkə , bu ümid yaşadır məni!..

 

Düşüb

 

Ay süzür göy üzündə,

Nuru otağa düşüb.

Görən anam bilirmi

Qızı yatağa düşüb?

 

Doğma yerlər olub yad,

Oyanmazmı bu səyyad?

Kimə azad bir həyat,

Bizə qadağa düşüb.

 

Zor güvənir gücünə,

Əyilənin suçu ...

Barın da vecinə

Yükü budağa düşüb?!

 

Zamandandır, ya dindən

Şeytan çıxır bətindən!

Torpağın sərvətindən

Xalqa sadağa düşüb.

 

Haqq da guya bizimdi,

Ümid bəslə, döz indi!

Bu iz mənim izimdi,

O dağ bu dağa düşüb.

 

...Ay süzür göy üzündə,

Nuru otağa düşüb.

Qəribliyin acısı

Nədən Afaqa düşüb?!

 

İraq

 

Ay dost, qəriblik yamandı!..

Yamandı, üzündən iraq!

Tabın ki, bitir... amandı

Düşmənin gözündən iraq!

 

çox buralarda solan?..

Tənha könlünə od salan?..

Elinin başına dolan,

Naqisin izindən iraq!

 

Hicran mərəzli ruh naxoş ...

Gəl, həsrətə şeirlər qoş...

Allah, doğma dilim xoş!

Yadların sözündən iraq!

 

Kimi deyir "qürbət ayıb".

Kimi deyir "vətən qayıb".

Qürbətdən vətən olmayıb!

Dağından-düzündən iraq!

 

Üzü bozdu səfalətin,

Döz ki, bitməsin taqətin!

Afaq Şıxlı, ədalətin

Düşməsin özündən iraq!

 

Bilsin

 

Başını dik tutub elə yaşa ki,

 

Hər kəs varlığını dəfinə bilsin!

dostlar üzülsün çətinliyinə,

ki, düşmənlər sevinə bilsin.

 

Ağrıyan belini əymədən yeri

qədər gəlsə üstünə həyat,

Yorğunluq sıxsa da çiyinlərindən

Ağrı-acıları misralara at.

 

Qamqalaq edərək arzularını

Yolunda od çatsa xəbis adamlar,

Yansa da ayağın, şux tut özünü

Elə bilsinlər ki, qanadların var.

 

Ümidin əliylə qapa gözünü

Ayrılıq zamansız qismət olanda.

Şaxtaya, borana şeirlər oxu

Günəşin nuruna həsrət olanda.

 

Gözünün yaşını görən olmasın

Qəmli günlərində, dar günlərində.

Desinlər, necə xoşbəxt yaşayır

Bəxtin qürbət adlı sürgünlərində.

 

Həmişə ulduz ol, hər zaman parla,

Arxanca sürünsün qoy acıdillər!

Başını dik tut ki, şair ömrünün

Dəhşət olduğunu düşünməsinlər!

 

Gözləri yol çəkən adam

Hər məclisdə, fərq etsəniz

Vardır mütləq beləsi -

Dodağında təbəssümü,

Gözündə qəm kölgəsi.

 

Ətrafında şənlənərkən

Neçə dostu, tanışı,

Uzaqlara dikilər hey

Düşüncəli baxışı...

 

Kədər dolu görkəmiylə

Bir tərəfdə dayanar,

Ya da pərdə arxasında

Pəncərədən boylanar.

 

Dörd yanında olanlardan-

Keçənlərdən bixəbər,

Hardasa öz aləmində

Öz dərdiylə bərabər.

 

Kimdir onun düşündüyü,

Fikrindəki nədir, ? -

Bu dünyanın sevincinə

Nədən belə biganə?

 

Keçmişimi salır yada,

Üzündə bir xəfif nur?

Yoxsa kövrək ürəyində

Yeni şeir doğulur?

 

Ya da qəlbi nigarandı,

Bir yaxını xəstədir?

Ya uzaqdan gələni var,

Qulaqları səsdədir?

 

Yoxsa getmir xəyalından

Sevdiyinin surəti?

Dərdi ana həsrətimi,

Yoxsa vətən həsrəti?..

 

...Gözləri yol çəkən adam

Uzaqlarda dolaşar;

Bəlkə yolun son ucunda

Zülmətlər aydınlaşar.

 

Afaq Şıxlı

 

Ədəbiyyat qəzeti.- 2019.- 22 iyun.- S.23.