USTAD GETDİ
Onu
həmişə Həsən bəy Zərdabiyə
bənzədirdim. Oxşarlıqlarını axtarırdım. Hər ikisinin dünyasını anlamağa çalışırdım.
Ömrünü xalq və onun maariflənməsi
üçün şam kimi yandıranlar üzdə olmağı heç sevməzlər. İşləri-gücləri, yazı-pozuları XALQ və ONUN GƏLƏCƏYİ idi. Əsas məsələ
yaddaşlardan heç
zaman silinməyəcək
tarixi günümüzə
daşımaq, bildiklərini
gəncliyə aşılamaq
idi və edirdilər. Xalqın pərvanəsi idilər.
Xalq üçün yanırdılar.
Birisini görmədik...irsini öyrəndik...
O birisi günümüzdə
yaşayırdı, irsi öyrədirdi...
Birisinin
yoxluğunu o birinin varlığı
doldururdu.
O da getdi... Dünyanın boşaldığını o qədər aydın, o qədər aşkar hiss etdik ki...
USTAD getdi- ŞİRMƏMMƏD HÜSEYNOV...
ZƏRDABİ bənzəri...
O olanda arxayındıq. Övlad atasına arxayın olan kimi...Arxayındıq ki,
önümüzdə USTAD var...Cümhuriyyət və mətbuat tariximiz onluqdur...O nəhəndir, əzəmətlidir,qürurludur. Onun yanında özümüzü
yığışdırırdıq. Çünki o nəhəng dənizin damlaları idik. O dənizə sevə-sevə qovuşurduq, dənizə çevrilməyə cəhd edirdik. Onunla mübahisə etməzdik, bu heç ağlımıza
da gəlməzdi...Damla dəniz olmağa iddia edə bilər, əgər buxarlanmasa.....Biz isə öyrənə-öyrənə buxarlanırdıq, sonra buluda dönür, yağış
halında yenə ona qayıdırdıq...
USTAD getdi...
Getdi
bir də dönməyə...Bu
dəfə
ruhu ilə dönəcək. Yazdıqlarını,
hələ
yaza bilmədiklərini bizə yenidən öyrətmək üçün
yenə dönəcək...hər addımda ondan misallar, iqtibaslar çəkəcəyik...onun
yaşam və iş tərzini, millətə, dövlətə,vətənə sevgisini nəsillərə
örnək kimi göstərəcəyik...
USTAD getdi...
İşıqlı gözləri və sarkazm, amma səlis danışığı yaddaşımda
həmişəlik həkk
olunub. O müstəqillik
dövrü ilə fəxr edirdi...Onun yaradıcılarına
nəhayətsiz sayğı
duyur,onlar haqqında yazdığı
üçün qürurlanırdı...Onlar haqqında yazanda bilirdim ki , o böyük insanlarla təmasda olur...
USTAD getdi...MÜƏLLİM getdi...ATA
getdi.. Yetim
qaldığımızı hiss edirsinizmi...
Biz də səninlə nəhayətsiz
fəxr edirik ,USTAD...Bizdən də təmaslarını
əksik
etmə.. Ruhumuzu yetim qoyma..
RUHUN ŞAD
OLSUN!
24.06.19
YUNUS OĞUZ
Ədəbiyyat qəzeti.- 2019.- 29
iyun.- S.3.