Vətənə can atan
ümid işığım
İşarar
qürbətin pəncərəsindən.
Ağır-ağır axan sular
Gedən bir də gəlməz
deyir...
Önündən
keçər su yolu
Baxar sahil
qamışları...
Bir
yanıqlı tütək olub
Ötər yadda qalmışları.
Bozarır
üfüqdə qışlar
Ömrü gödək günlər baxır.
Sahildən
köçəri quşlar
Dənizdən
delfinlər baxır...
Bir yerdə
durmaz ki, su bu
Dönəcəyin
dönən yeri
Uzaqda
axşam qürubu
Həsrətin
görünən yeri...
Güzgü
tutur bulud günə
Yağış yağır narın-narın.
Bu
yağışlar ölümünə
Yağar sarı yarpaqların.
Üfüqdə
axşam qürubu
Baxan
gözdən yaş istəyir...
Bəlkə
qürbətlər, qəribi
Özünə
yoldaş istəyir...
Günəş,
Ay, ulduz səmada
Bəs nə var pərişan yerdə.
Ayrılıqlar
başlamada
Dənizlər
qovuşan yerdə...
Boğaz
seyrəngaha dönər
Gözləyər
bütün qışları;
Sularında
güzgülənər
Qürbətin
qərib quşları...
Çox
olsa ömrü üç aydı,
Qış
çəkilər, gələn gedər...
Qəribim,
bəxtin olsaydı
O
köçəri quşlar qədər...
Bacarsaydın
yır-yığışı
Bir köçəri quş olsaydın.
Başa
vurub üç ay qışı
Vətənə
dönmüş olsaydın...
...Ağır-ağır
axan sular
Gedən bir də gəlməz deyir.
O
enişlər, bu yoxuşlar
Bu dünya düzəlməz deyir.
Vətənə can atan ümid
işığı
Alova
ataram son arzuları
Arada əlini ümid isidər.
Dumana
bürünər boğaz suları,
Vətənə
qovuşmaq təsəllisi də...
Dözə
bilirsənsə, döz bu axşama
Dardanel:
birləşən qəm dənizləri
Gəlib
qürbətlərdə qəlbinə damar,
Bir
ömrün vətəndə qalan izləri...
Axşama
yerini buraxar səhər
Qaraldan
qaraldar üzü ağ ömrü.
Uzanıb
bahardan payıza qədər
Yaşıldan sarıya bir yarpaq ömrü.
Kimin
gizlinidir sirr içində sirr
Həsrət
hörümçəyi sığınar küncə:
Qürbət
girdabında güman əriyir
Bir
ağlın ucunda ölür düşüncə...
Xəyal
həqiqətin dalınca getdi,
Bir daha geriyə dönmədi gedən.
Sənə
öz xəyalın xəyanət etdi,
Sədaqət
ummağın nəydi özgədən...
Yox, daha əriməz
Quzeydə qarlar
Sən gəzən
baharlar heç vədə gəlməz
Vətəndə
açılıb solan baharlar
Nə
illah etsən də qürbətə gəlməz..
Nəfəsi
təngiyib köks ötürmədə
Buxarmı
həyatın cavan çağları
Göynən
əlləşərdi, yer süpürmədə
Ömür
bağçasının son yarpaqları..
Nə qədər
dişimi dişimə sıxım,
Ağrı
buxarlansın can həvəsindən.
Vətənə
can atan ümid işığım
İşarar qürbətin pəncərəsindən.
Sən indi kiminçün
gəlirsən, ey yaz?!
Gecənin
beşində açan səhərlə,
Günəşə göz qırpan bənövşələrlə.
Bir
dünya sevinclə, daha nələrlə,
Sən indi kiminçün gəlirsən, ey yaz?!
Dərəni
dolduran bəyaz sislərin,
Gələn sorağımı yeni hisslərin?!
Şehli
çəmənlərdə ayaq izlərin,
Sən indi kiminçün gəlirsən, ey yaz?!
Qaynada
bilirsən qanımı qaynat,
Oynada
bilirsən ruhumu oynat,
Anlada
bilirsən mənə də anlat
Sən indi kiminçün gəlirsən, ey yaz?!
Çıxan
əldən çıxır, əvəzi gəlmir,
Əvəzi
gəlməzin nəfəsi gəlmir,
Nəfəsi
gəlməzin həvəsi gəlmir,
Sən indi kiminçün gəlirsən, ey yaz?!
Əkiz
qardaş idik bir sürə sən, mən,
Gizli sirdaş idik bir sirrə sən, mən.
Hanı gəlişinə
tir-tir əsən mən, -
Sən indi kiminçün gəlirsən, ey yaz?!
Məni də
dindirən dillər var idi,
Mənə
də açılan güllər var idi
Mənə
də gəldiyin illər var idi...
Sən indi kiminçün gəlirsən, ey yaz?!
Seçilmiş adam
Qeybdən
gələn səsdi
Gözə
görünməzdi
Ümidsizə
ümid
Sevgiyə
yurd yeri -
Bəyazla
siyah arasındakı fərqdi,
İlahi
dərkdi
Qumsalda
qızıl qum,
Torpaqda
damazlıq toxum kimidi
Vaxtın sarı simidi.
Kim
seçmiş, niyə seçilmiş
Soruşsan özü də bilməz.
O toxum, ya
o qızıl qum
Bilirmi seçildiyini?
Sirr
içində bir bilən var,
Kimsə
bilməz bildiyini...
Məkanı
hicrət -
Çəkdiyi
dərviş çiləsi;
Ayrılıq
boyuna biçilmiş adam.
Gedib
qürbətlərə bəxt aramada
Vətəndə
başından keçilmiş adam.
Allahım
Nicə
bu fələk salgusı gurbətkə məni,
Hər
lahza tügəngüsiz məşakkatka məni,
Nə
çarə kılmay, nitəy ki, Tengri güya,
Mihnətni mingə yarattı, mihnətkə məni.
Babur
Şah
...Bu
axşam da dərdə dönüb
düşdü
mənim başıma,
Bu duman da qəfil gələn işdi mənim
başıma.
Dənizlərin
qasırğası köçdü mənim başıma,
Bu gecəni başa vurmaq zordu mənə, Allahım.
Qismət nədir bilməzikən özü təşrif
buyurdu.
Varlığımı bilməmişkən
varlığını duyurdu.
Mən kim idim yurd seçəydim,
özü
seçdi bu yurdu,
Dar elədi öz seçdiyi yurdu mənə Allahım.
Çıxmaq
üçün açıq qoydu qəbir adlı
qapını,
Nə veribsə o qədərdi bağlayıb
kitabını.
Sorumlusu məniydimmi,
dünyanın hesabını
Əzəl-axır sınağında, sordu mənə,
Allahım.
Yenə əlac
göyə qalmış, baxır lal sükut ordan
Ümidsizə ümid yeri, tuta bilsən tut ordan.
İstədim
də çıxammadım tale quran bu tordan,
Yer üzünün nəyi varsa tordu mənə,
Allahım.
Fikrim səksən
hesabında dayanmışam qapına
Dardaneldən
keçib gəldim,
döndüm
iynə sapına...
Nikahlandım
qürbət adlı cəhənnəm əzabına
Səndən
gələn nə zülmət var -
nurdu
mənə, Allahım.
Köçəri quşlar
Nə var
köç etdiyi yerdən o yana
Niyə ağır olur vətənin daşı.
Qürbət
diyarlarda hardan oyanar
Köçəri quşların vətən
yaddaşı.
Qara
buludların ələnir səsi,
Qar səsi!
Belə səs olurmu qarda?
Alıb
dimdiyinə tənha bir səsi
Qar kimi
qaynaşır qağayılar da...
Axşam
şəfəqində nar dənəsi qar,
Qürbət qürubuna günəş batırdı.
Sulara səpilən
köçəri quşlar
Məchul
dünyaları xatırladırdı..
Duzlu
göz yaşını sıxıb yosunlar
Quşlar uçub gedib boş qalıb dəniz.
Yoxsa
yerli-dibli yoxuymuş onlar
Nə sularda sis var, nə göylərdə iz.
Vətən
ola-ola qürbətmi yerin,
Qürbət vətən olsa, yazı da qış san.
Ay
zalım, bəxtindən yoxmu xəbərin
Elə sən
özün də köçəri quşsan...
Gah qara
bürünür, gah da ki, ağa,
Ürək dərd evidir, zirvə qar yeri.
Quş məkan
arıyar köçüb qonmağa
Ruh
güzar yeri...
Bahara
yerini buraxdı qışlar
Uç aylıq yuxudan oyanır yatan.
Çoxdan
ötüb-gedib köçəri quşlar
Ardınca
ruhum da uçub dünyadan...
Mardin
Tarixlə
yaşıd şəhər
Bir adda
iki Mardin,
Yeni
Mardin, əski Mardin.
Yuxarısı
tarix qalası
Buludlarla
yarışanı
Aşağısı
dağ ətəyi...
Evləri
arı pətəyi,
Sokakları
arı şanı...
Bir
yanı dərənin dibində
Buluda toxunur o biri yanı.
Camiləri
Ağqoyunlu yadigarı
Kilsələri
Süryani.
Zaman ətrafında
dönər;
Evlər
göylərə ucalan nərdivandı:
Gündüzləri
adamlar çıxar,
Axşamları mələklər enər.
Bu enən
nərdivanlar,
Bu ucalan
pillələr
Tarixin
yaşamağa
Məskən
seçdiyi şəhər...
Keçmiş
- gələcəyin qəribi
Gələcək - keçmişin qürbəti.
Gəzsən
bircə sokağı var -
Tarixin
baş sokağı
Günəşi
qamaşdırar
Qızılının
qırmızısı,
Gümüşünün
ağı...
Mardin,
Mardin
Nə
ömürlü zəvvarsan,
Yolun əvvəlində
sən vardın
Yolun sonunda da sən varsan.
Ot toxumları...
Ömrün
tükəndi deyə qəm yemə
Elə belə bəsit deyil bu işlər.
Keçmişsən, gələcəksən?
Hardan gəldiyini
bilmirsənsə,
Hara gedəcəyini
hardan biləcəksən, -
Bir əzəl,
axır var, bir əzəl, axır
Gəldiyi
yeri bilirmi su,
Getdiyi yeri bilməsə yenə də axır.
Darıxma,
dərd
əlində karıxma;
Özbaşına
deyil bu işlər,
Bu gəliş,
bu gedişlər...
yoluna
yenə çıxacaq ağatlı oğlanlar,
baba dərvişlər
az belə
dərd çək.
yenə
yaz getdiyi yerdən
bir
gün geri gələcək.
Bəs nəyin
nəsidir payız şumları,
Boşuna
torpağa qarışmır ki
Ot
toxumları...
Amma ki, qürbətin
yazı açılmaz
Nijni
Novqorodun martında
Volqa hələ də buz altındaydı.
Volqa buz
altında görünmür gözə
Qışdan güc yığmada gələn yaz
üçün.
Yol gedər
gecəni qatıb gündüzə
Bir yol ki
özündən özünə sürgün...
Qapını
döymədə bahar ayları,
Üfüqdə
günəşin açdığı çətir
Cənuba
can atır şimal çayları
Yoxsa doğrudanmı ümid şərqdədir?!
Dilinin
qabarı nədən sualı
Boşuna yanmada papağı gündə.
O da buz
altında Volqa misalı
İtibdi
qürbətin qış örtüyündə...
Gözünün
önündə unutqan vətən
Hava da
hava yox, sükut gölüdür!
Yoxsa vadi
boyu uzanıb gədən
Volqa yox, Rusiyanın qarlı çölüdür.
Xəzərdə
yox olar son anda Volqa,
Nədən
qaçılsa da bəxtdən qaçılmaz!
Yaza
arxayınmış donanda Volqa
Amma ki, qürbətin yazı açılmaz.
Yasaq sevgilərin yasaq izləri
Güllər
gedənlərin arxasınca heyrətlə baxır, şiddətlə
ələnən qar çovğunları abidənin
yanından uzaqlaşmaqda olan dörd ayaq izini itirməyə
çalışırdı... Yasaq sevgilərin yasaq izləri!..
...O
qarlı diyarda, o uzaq eldə
Fürsət arayırdı sevən könüllər.
Üşüyə-üşüyə
titrək bir əldə
Yasaq
görüşlərə gedirdi güllər...
Elə
bir açılan varmı solmaya
Solmağa gedirdi satılan güllər.
Yasaq
sevgilərə haqqı olmayan
Evlərə
çatmamış atılan güllər...
Arzu
güllərinə qönçədir vətən
Könül sevgiləri güldə var olar.
Güllərə
qoşulub könüldü gedən, -
Qadın kilidinə gül, açar olar.
Küləklər
bilərmi gülün iyini,
Buludun sirrini yağan qar bilər.
Buz
üstə güllərin nə çəkdiyini
Əllər bilməsə də, şaxtalar bilər.
Bəs
indi neyləsin taleyi təklər
Tufana
tuş gələn üç gül - üç
könül:
Bir nəğmə
deyirdi göydə mələklər:
"Ağ
gül, qırmızı gül, bir də sarı gül...".
...Gözü
gül görməz ki, buzlu yolların
Gülün
güləcəyi çəmən, çayırdı
Gülləri
qar üstə donan kolların
Kökləri yer altda sızıldayırdı.
Ah, bu tənha qumru səsləri
Yaxşı
ki,
bir-birinə qovuşmayan
iki
ayrı sahili var
bir
boğazın...
Yoxsa
bağrın çatlayardı
Hər gün vətən həsrətindən.
(Vətən - qürbət alın yazın...)
Çölün
düşmənlərini,
İçin özünü yandırır.
Dost yox,
daha çox düşmən qazandırır
Qürbət
uğurları...
Ah bu tənha
qumru səsləri,
Ah bu
çəkilməz qürbət axşamları,
vətən ağrıları...
Yerin görünür
Mərmərənin
dalğaları sahilə vurar,
Qarıldaşan qağayılar salama durar.
Qışmı
düşən qismətinə yaz dura-dura
Göyün
qara buludları yerdə sürünür,-
Yerin
görünür...
Demirçoğlu
caddəsində öğrətmən evi
Bilsən, kimin arxasınca qaçıbdı keyfi?!
Bu
ayrılıq güzarında kim kimi sevir
Yoxsa elə
bu sevgilər xəyal ürünü,-
Yerin
görünür...
Yollar
zeytun bağçaları, alma
bağları
Adın
ilə açılmada gül dodaqları...
Yoxsa vida
dağlarımı İda dağları,
Məni
belə tanha görüb sisə bürünür,
Yerin
görünür...
İki
sahil, həsrət çəkən sınıq tərəzi,
Ayrılığa
körpü salır dəniz bərəsi,
Yetim qalan
xatirələr həzindən həzin,
Hara
baxsam, açılmayan sirrin görünür,
Yerin
görünür...
Ömür oxunmamış tale əsəri
Özün
də bilmədən axı neylədin
Bir
gözəgörünməz axın eylədin...
Qürbəti
qürbətə yaxın eylədin
Gözünü yollara dikərək qadın.
Adı
bilinməzdin, yad qızı yaddın
Bəxtimi oyadıb savaba batdın.
Sonra da
hicrətin oduna atdın
Yaxanı kənara çəkərək, qadın.
Axtarsan Adəmdən,
Həvvadan bəri
Ömür oxunmamış tale əsəri.
Dağın
yağan qardan yoxmu xəbəri
Uzaqdan təsəlli nə gərək, qadın?
Başından
sis qalxan dağlar, arınır
Buxara
döndərir gün, ahlarını
Yu, yuya
bilirsən günahlarını
Gözünün yaşını tökərək
qadın?!
Ömür
deyilənin son ucu bumu,
Könül
yarasını göz yaşı yumur...
Yenidən
diriltmək ölən ruhumu
Yenə sənə qalmış mübarək, qadın.
Aşağıdan bir çay axa
Aşağıdan
bir çay axa
Yuxarıdan
baxasan
Fikrin qala
sularında
Arxasınca axasan.
Kamını
kimdən almışdın
Nə
artıb, nə azalmışdın
Buxar olub
ucalmışdın
Yağış
olub yağasan...
Sən
özün elə sirdin ki,
Sirri
dünyayla birdin ki,
Qara
günlər keçirdin ki
Bürünəsən ağa sən?!
Məmməd İsmayıl
Ədəbiyyat qəzeti.- 2019.- 29 iyun.- S.8-9.