Abid Tahirlinin yeni
monoqrafiyası nəşr olunmuşdur
Azərbaycan Respublikası Prezidentinin
ədəbiyyatımızın tanınmış simalarından
biri, yazıçı-publisist,
tərcüməçi, naşir,
ictimai xadim, istiqlal mücahidi Ceyhun Hacıbəylinin (1891-1962) anadan
olmasının
125 illiyinin keçirilmişi
ilə bağlı 19 noyabr 2015- ci il tarixli sərəncamı
ədəbi- mədəni irsə, milli sərvətlərə, istiqlal mücadiləsi tarixinə,
onun bayraqdarlarının
irsinə qayğının,
milli dövlət qurucularının
ideallarına sədaqətin
parlaq nümunəsidir
və böyük tarixi əhəmiyyət kəsb edir. Ötən müddət ərzində Ceyhun Hacıbəylinin həyat
və yaradıcılığının
tədqiqi, təbliği
sahəsində təqdirəlayiq
tədbirlər həyata
keçirilmiş, kitablar nəşr olunmuş, müxtəlif mövzularda
elmi konfranslar təşkil edilib.
Bu günlərdə filologiya
elmləri doktoru Abid Tahirlinin nəfis tərtibatla buraxılan “Ceyhun Hacıbəylinin həyat və yaradıcılıq yolu” adlı irihəcmli monoqrafiyası ( Bakı, “Elm və təhsil” nəşriyyatı, 344 səh.) istiqlalçı
ədibin və ümumiyyətlə, mühacirət
ədəbi irsinin tədqiqinə, çağdaş
ədəbiyyatşünaslığa təqdirəlayiq
töhfədir. Azərbaycan
Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Elmi Şurasının 19 iyun
2017-ci il tarixli (protokol ¹8) qərarı ilə çapı tövsiyə edilmiş monoqrafiyanın elmi redaktoru filologiya üzrə elmlər doktoru, dosent Nikpur Cabbarlı,
rəyçilər filologiya
üzrə elmlər doktoru Nailə Muradəliyeva və filologiya üzrə fəlsəfə doktoru, dosent Şahbaz Şamıoğludur
(Musayev).
Monoqrafiyada Abid Tahirli çoxşaxəli, çoxplanlı
ədəbi irsə
sahib olan Ceyhun Hacıbəylinin mühacirətəqədərki
və mühacirət
dövrü yaradıcılığını
janrına, ideyasına,
mövzusuna, məzmununa,
dilinə, üslubuna görə dərindən,
müasir tələblərə
uyğun təhlil süzgəcindən keçirir,
sanballı elmi-nəzəri
qənaətlər irəli
sürür. Elmi-tədqiqat əsərində verilmiş
“Ceyhun Hacıbəylinin
əsərlərinin biblioqrafik
göstəricisi” də
böyük maraq doğurur və Ceyhun Hacıbıyli tədqiqatçıları üçün
faydalı mənbədir.
Ədəbiyyat qəzeti.- 2019.-
29 iyun.- S.14.