Rusiyalı qonaqlar

Azərbaycan Yazıçılar Birliyində...

 

Martın 5-də Azərbaycan Yazıçıar Birliyində Rusiyadan gələn qonaqlar - Rusiyanın “Business-dialog media” təşkilatının baş icraçı direktoru, "Russian Business Guide" jurnalının baş redaktoru Mariya Suvorovskaya, nəşrin redaksiya heyətinin rəhbəri Vadim Vinokurov və Azərbaycan üzrə müşaviri Səadət Qaraeva Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, Xalq yazıçısı Anarla görüşüblər.

Mariya Suvorovskaya AYB sədrinə “Business-dialog media” təşkilatının və "Russian Business Guide" jurnalının fəaliyyətilə bağlı ətraflı məlumat verib.

Sonra Azərbacan Yazıçılar Birliyinin sədri Anar qonaqlara Yazıçılar Birliyinin tarixi, layihələri, mətbu orqanları haqqında danışıb.

Daha sonra Rusiya – Azərbaycan əlaqələrindən, yeni layihələrdən söz açılıb.

Görüşdə AYB sədrinin müşaviri Rauf Aslanov, Mətbuat xidmətinin rəhbəri Xəyal Rza da iştirak ediblər.

Sonda xatirə şəkilləri çəkilib.

 

Ədəbiyyat qəzeti.- 2019.- 8 mart.- S.3.