Yerin qara üzü gəlir,
səssizlik çökür gecəyə...
Mənim bir sualım var
Kəsmişdim
üzünü xoşuma gəlməyən kitabın,
uşaq
vaxtı...
İndi
də xoşuma gəlməyən
adamların
ayağını kəsirəm
ömrümdən.
Çəkmişdim
rəsmini anamın,
doqquz
yaşımda...
Üç
dəfə öpmüşdü məni.
Yanağına
qəmzələr qoymuşdum
bir
gülüşüylə...
Bağçamıza
qızılgül qələmi əkmişdim
Gecəgözlüdə,
Böyüyüb
"ayrılıq" yazdı ömrümə:
Yurdumdan...
Anamdan...
Səndən...
İndi
də özümdən ayrılıram.
Ayrılıram ki, Allaha yaxınlaşım.
Bu ilin martında da sən getdin,
ata!
Axund dedi ki, cümə
günü ölənlər
sorğu-sual olunmaz.
Mənim
bir sualım var:
- Anamı gördünmü?
Rəssam
S.Soltanlının rəsmlərinə baxarkən
Su çəkmisən quru torpaqlara
yaşıllıq gəlsin
deyə.
Yaşıllıq gəlir əlindən,
deyilsən biganə...
Yaxşılıq - insanın bu dünyada qoyub getdiyi
və özüylə
apardığı yeganə
xəzinədir...
Par-par parlayır dərin təmizlikdən,
Yanaqlarında suyun rəngi,
dərinliyi gözlərində
bulaqların...
elə sadəsən, elə bil Bəhlulzadəsən.
Otların nəfəsi canlanır,
dəlib çıxır
cadarlı torpaqları...
Bəs sən özün hardasan?
Su çəkmisən yanaqları
qırış-qırış düzlərə,
Artıq
ölümə qarşı
qorxusuzluq yaranıb bu rəsmdə...
Fırçanda gəzdirirsən dünyanın
nəfəsini,
Rəngdən-rəngə salırsan qəfəsdəki
bir quşun səsini.
Baxıram çılpaq ağaclara
bağlanmış diləklərə,
Körpə-körpə tumurcuqlar,
Bükülürlər yaşıl bələklərə
sulu boyadan sonra...
Bir köhlən atlı
buludları çəkib
aparır suya həsrət torpaqlara.
Saqqalını yuva etmiş bir qoca,
Bəsləyir bir quşcuğazı
mərhəmətlə,
heca-heca yazıram gördüklərimi...
Sonra,
qarşımda duzla dolu dənizlə qarşılaşıram.
Sənin
əllərindən çıxan
fikirlər dərin-dərin,
Bu nədir ki, hələ!
Dəniz
gömgöy sularını
saralan otlara vermək üçün
can atır sahilə.
Tökülür fırçandan qumlar
xışıltılı səslə,
Bir qum və
qəm dənəsi düşür gözlərimə
susuzluqdan qaralan
Somalili uşaqları gördükcə...
Ölümü əyləncə bilib
boğazındakı kəndirdə
yellənirdi bir uşaq...
Ananın
yapdığı çörəklər
küt getmişdi təndirdə
həmin gün ancaq.
Birdən
özümü görürəm,
Canı
şüşədə olan
bir div
asıb məni qara saçlarıımdan
mağarada.
Sən şüşəni sındırırsan,
Mən düşürəm
saçlarımdan.
Sonra qırx qapı keçirik,
(Saçlarım düşürür
məni qırx yaşımın uclarından
ağara-ağara)...
Ağ qoçun
belində çıxıram
Yerin üstünə.
əl uzadıram rastıma çıxanlara,
"salam" verirəm,
Parlayır boynumda qara qızıl -
Torpağının altı üstündən qiymətlidir
bu məmləkətin,
bilirəm.
Dənizi
yorğan kimi çəkmisən şəhərin
üstünə,
Qala divarlarını boyunbağı,
parkları bilərzik
kimi...
Alov qüllələrini üçqaşlı
bir üzük kimi taxmısan
şəhərin şəhadət
barmağına,
Şəhidlər xiyabanının yanında...
Çəkirsən əlimdən tutub,
Mən də yavaş-yavaş sevməyə başlayıram
rəngləri,
ən çox da sarını.
Götür fırçanı, rəssam,
Çək, gözləmə yarını!
Dilinin altında gizlənir
insan
Dilinin altında gizlənir insan,
Bu, ən böyük coğrafi kəşfimdir,
bəlkə də...
Qobustandakı qayaüstü təsvirlərdi,
Qavaldaşının gurlayan səsidir,
arxeoloqun dəyməmiş
nəfəsidir,
dilinin altı ibtidainin.
Hələ insanın təbiətlə
iç-içə olan
vaxt
yarandı kamanla
ox.
Boğaziçindən çıxan boğazsamitli
səsdən sonra tanıdım dinimi,
ondan çox əvvəl dilimi -
İllər öncənin kitablarında
kirli kirilindən,
Təmiz
əlifdən, bədən,
Ta səndən başladı
latınım da,
anam-atam da,
ey Adəm!..
Bir karvan kimi keçir
bədənimdən fikirlərim,
Qələm tələsir düşüncələri
almağa,
Karvansara
qapısı kimi açılır səhər,
Sürətləndirilmiş görüntüdür
həyata maraq...
Bax beləcə,
Fikirlər tələsir harasa,
Gecənin səhəri bağlayacağından
qorxaraq,
dilinin altından çıxır insan...
Qalaktika,
Ay və Günəş...
Marsda da həyat var,
Torpaq, od, su, hava,
Yer üzündə hələ
də dava, dava...
İndi
nağıl deyil daha kosmosa uçmaq
da,
Sehrli xalçalar yoxdu daha,
sehrli təyyarələr
var, bir də səyyarələr,
nağıl dili yüyrək olar.
Nağıllardan düşmür daha
nənəmin üç
alması,
Nənəm də yoxdu daha,
Dilinin altında
gizlənib nağıllar.
Yerin qara üzü gəlir, səssizlik çökür gecəyə,
yerlər salınır,
Dilinin altında yatır hamı...
Səni ilk gördüyüm yer
Səni
ilk gördüyüm bir
Yer vardı -
Öz oxu ətrafında fırlanan...
Yaydan çıxan oxunu
indi ürəyimdə
gəzdirirəm...
Səni
ilk gördüyüm bir
yer vardı,
İşığı işıq deyildi ki, nur
idi,
İndi
o nuru balıq gözlərimdə,
Gecə-gündüz üzdürürəm.
Səni
ilk gördüyüm bir
səs vardı -
Heç
kimdə tapammıram...
O səsin gözündən
keçirib
Qulaqlarıma sırğa asdım busəni.
Səni
ilk gördüyüm bir
din vardı -
İmanı sən,
Peyğəmbəri sən -
Məhəmmədi sən,
Süleymanı sən...
Səni
ilk gördüyüm bir
gün vardı -
Gün çox dar idi, çox dar...
Darıxdım.
Tövbə qapısıdır gözlərin
Qanım
çəkdi səni
Şeyx Zahid işığında,
İndi
damarlarımda gəzir
şəklin,
Görsən - Cənnətdən qovulmuş Həvvayam,
Görməsən özümlə dava.
Bir ip ucu taxdın
şəhadət barmağıma
o gün -
La İlahə illəllah!
Çəksəm söküləcək dan yeri,
Çəkməsəm boğazımda düyün
qalacaq.
Bir ağac göstərdin mənə
Payızın içində,
Ağac
ağac deyildi ki!
Səni
görəndə tumurcuq
bükümü,
Görməyəndə yarpaq tökümüydü...
Tövbə qapısıdır gözlərin,
Açsam tövbəli Gəlinəm,
Aşmasam dəlin.
Halalım olmasan da, hülulumsan...
Qanım
çəkdi səni,
İndi
"çəkim-çəkməyim"
sualı yorur məni...
Şəkillərdən baxan gözsən,
Görən şəkilsən...
Dondan dona girməyini
istəmirəm daha,
Məndə qal, tənasüx
etmə,
getmə!
...Sən getdin deyə qınamıram heç,
Gözləyirəm ricətini.
Yenə gələcəksənmi?
Bilmirəm.
Ölüncədir çətini...
Həyat ŞƏMİ
Ədəbiyyat qəzeti.- 2019.- 2 mart.- S.12.