Külək yorulanda...
Kənan Hacı haqqında
Bakılı
yazıçılar, şairlər haqda növbəti
yazıda Kənan Hacıdan danışacağıq. Kənan
Hacının hekayələri də şeirləri qədər
gözəldir, maraqlıdır. Bakılı balasının
Bakının simvollarından olan küləyin adını
daşıyan "Yeraltı külək" adlı uzun hekayəsinin
adını görəndə digər bir bakılı
Mikayıl Müşfiqin "Küləklər" şeiri
yada düşür:
Hər
səhər, hər axşam,
hər
axşam, hər səhər,
çox
zaman sərsəri
küləklər
bixəbər
Bir
yaxın dost kimi qapımı döyərlər
Küləklər,
küləklər,
bəstəkar
küləklər
dünyanı
dolaşan bəxtiyar küləklər
Bəziniz
qorxulu, bəziniz qorxusuz,
Bəziniz
duyğulu, bəziniz duyğusuz,
Bəziniz
uyqulu, bəziniz uyqusuz,
Küləklər,
küləklər, ey sərin küləklər,
Sizdə
var qorxusu hər yerin, küləklər.
Ey
çılğın küləklər, nəşəniz
daşarkən,
Bağların
şehindən mey sorub coşarkən,
Nalqıran
dağları atlayıb aşarkən
Məni
də alınız, uçayım, dağlara.
Könlümdə
nə varsa açayım dağlara.
Gurlayın,
ilhamım, sənətim gurlasın,
Fırtınam,
qasırğam, qüdrətim gutlasın,
Şimşəyim
parlasın, zülmətim gurlasın!
Ey məni
sərazad bəsləyən küləklər,
Bir
dağın başından səsləyən küləklər!
Mikayıl
Müşfiqin 1929-cu ildə yazdığı bu şeirə
bakılı bəstəkar Elçin İmanov mahnı bəstələyib
və digər bakılı - xalq artisti Eyyub Yaqubov oxuyub.
Kənan
Hacının "Yeraltı külək" hekayəsi
adının ritmi ilə yazılıb - gilavar, xəzri... Bu
hekayədə insan taleyinin ağrılarını görmək,
hiss etmək mümkündür.
Hekayə
İmranın dostu Sərxanın toyunda aldığı bu xəbərlə
başlayır: "Bibin öldü. Gəl!".
İmrah,
təzə bəylə, əslində, daha dost deyildi. O, avara,
sərgərdan dostlarıyla əlaqələrini çoxdan kəsmişdi.
İndi bu dostlarla onu bircə tel bağlayırdı: yeyib,
içib, kef çəkmək. İmran isə bu səfil həyatla
çoxdan vidalaşıb normal həyata
qayıtmışdı. Ətrafı sanballı, say-seçmə
adamlardan ibarət olan İmran indi səhər işə,
axşam evə tələsən xoşbəxtlərdən
idi. İtkin taleyinin arxasınca süründüyü zamanlar
çox arxada qalmışdı və o, daha həmin günlərə
qayıtmaq istəmirdi...
Alber
Kamyunun "Yad" romanı da qəhrəmanın
anasının ölüm xəbəri ilə başlayır:
"Anam ölmüş bu gün. Bəlkə də, dünən,
bilmirəm. Qocalar evindən bir teleqram aldım: "Ananız
vəfat etdi. Sabah dəfn olunacaq. Sayğılar. Bundan
başqa bir şey anladılmır. Bəlkə də, dünən
ölüb".
İmranın
həyatı "Yad"ın qəhrəmanının həyatına
bənzəməsə də, bu xəbər onların həyatına
hər bir ana itkisi kimi çox təsir edir. İmranın
bibisi Bibixanım ona anası qədər əziz idi...
O, hər
gün əyyaş dostlarından qaçmağa bəhanə
axtarsa da xeyri olmurdu. Bir də görürdü ki, ayaqları
onu hər gün görüşdükləri kafeyə - kəndin
kənarındakı xudmani məkana aparır.
Sərxanın göz yaşları
İmran ailə qurandan sonra həyat yoldaşı onu başqa bir adam eləmişdi. Onun indi toyuna gəldiyi dostu Sərxanla bağlı xatirələri çox idi. Anasını erkən itirən Sərxanın sərxoş olduqları gecələrin birində qəfil dolmuş gözlərini İmrana zilləyib "anamçün çox darıxmışam" deməsi onun ürəyinə köz kimi dağ basmışdı. Gecə qəbiristana yollanmış, Sərxanın anasının qəbri üstünə gəlib hönkür-hönkür ağlamışdılar.
İmranın bibisi Bibixanım nənə aforizmləri ilə məşhur idi. O, kənddə yeganə qadın ki, "Avrora"sını tüstülədə-tüsdülədə kəndin çayxanasına girib şəstlə çay sifariş edirdi. Bibixanım nənənin kəndə nə vaxt gəldiyini heç kim bilməsə də o, bu kəndin ayrılmaz bir hissəsinə çevrilmişdi. Kənan Hacının bənzətmələri, təşbehləri çox maraqlıdır. O, Bibixanım nənənin yaşının bilinməməsini gövdəsi düyünlü tut ağacının, divarları oyulmaqda olan qədim türbəyə bənzədir.
İtkin düşmüş
səs
Bibixanım nənənin kimliyini
bilən bir nəfər olmalıydı. O da ancaq Lal Əhməd
ola bilərdi. Lal Əhməd kənddəki
asfalt yolun qurtaracağındakı türbədə
qalırdı. Zibilliklə dolu
olan bu yerdə
bir qoca əncir ağacı da vardı ki,
qocalıq onun da gövdəsini çat-çat eləmişdi.
Bibixanım nənəni hələ
nənə olmadığı
vaxtlardan tanıyan Lal Əhməd inadla susurdu. Lal Əhmədin çox gözəl səsi olduğu deyilirdi. Bu itkin düşmüş
səsin şahidləri
də əncir ağacı kimi qocalmışdılar. Hekayədə qoca əncir ağacı və külək daha çox diqqət çəkir. Əncir ağacı
haqda sonda bir daha oxuyacağıq.
Hələlik, küləkdən danışaq. İmran bibisini
səsləyir. Havasızlıqdan boğulduğunu görüb
pəncərəni açır.
Şüşəni cırmaqlayan
külək tabutun üstünə örtülmüş
yaşıl ipək örtüyü kənara
atır...
Səsin qəbri
Ehtirasın əlində girinc olan Bibixanım Sabirə təslim olan günün gecəsi Əhmədin səsi batır. Sabir Bibixanımı
əncir ağacının
dalda yerində gözləyəcəkdi. Sərxoş
gecələrin birində
İmran onunla qarşılaşır. Batan səs
gözlərin arxasında
çırpınırdı. İmran gözlərini səsin qəbri olan bu müdhiş
baxışlardan çəkə
bilmirdi...
Əhmədin yaxşı səsi vardı. Artıq o səs tərk
etmişdi Əhmədi.
Özündən sonra
da bir ad qoymuşdu ona: Lal Əhməd.
Sükut dili
Lal Əhməd
qış gecələrini
sınıq-salxaq çarpayıda
tək yaşamır,
sükutla qol-boyun olurdu. Elə indi də daxmanın altındakı
yorğun külək
Lal Əhmədlə İmran arasındakı sükuta kobudcasına müdaxilə edirdi.
İki bacısı
vardı İmranın. Bacıları qoşulub qaçdığı
üçün onlarla
danışmırdı. Bibilərinin
rəhmətə getməsini
eşidib gələn
bacıları ilə
yenə danışmadı.
Uşaq olanda itirmişdilər atalarını. Çörək dükanında işləyən
Sabir kişini maşın vurmuşdu.
Həmin
vaxt İmranın on bir, əkiz bacılarının isə
yeddi yaşı vardı. Anası dünyasını dəyişəndə də
İmran onlarla barışmadı. Bibisi onun
bacılarını bağışlamasını
istəyirdi. Deyirdi ki,
onlar sənin bacılarındı, pis yola getməyiblər, ailə qurublar. Sən onları bağışlamamaqda
düz eləmirsən.
Hekayədə baş verən hadisələr yada düşdükcə cənazə
dəfnə hazırlanır. Evdəki hüzn
arasından xatirələr
boy göstərir, İmranın
həyatı vərəqlənir.
Onun bir ailəli qadınla münasibət qurması və Gülşad bibinin buna etiraz
etməsi; bibisi qızı Gülnazın
niyə son nəfəsində
bibisini tək qoymasını deməsi; bibisinin İmranı arzulaması, bəlkə də, ona deyiləcək
sözünün olması;
İmranın övlad
sahibi olmaması və bir gün
əncir ağacının
dibinə atılmış
uşaq, arvadı Güllünün bundan əndişələnməsi; bibisinin
ölməmişdən öncə
sirri ona ötürməsi... Yaxında
İmran ata olacağı... Bəs görəsən arvadı onun xəyanətini bağışlaya
biləcəkdimi?
Hekayədə epizodik obrazlar da var. Rəhmətliyin son
nəfəsində başı
üstündə olan
Natavan, ağızdan pərtov Ququş, şəkildə üzündən
dəhşətli ifadə
yağan Şakir dayı...
Əncir və külək
Hekayənin sonunda yenə Bakının simvolları
olan əncir ağacı və küləyə rast gəlirik... Əncir ağacı qocalmış,
külək isə yorulmuşdu. Cənazə
qəbrə sallananda İmranı, sanki ildırım vurur: Qəbrin baş tərəfindəki qozbel
əncir ağacı eynən Bibixanım nənəyə bənzəyirdi.
Boş qəbrin içində yorğun külək vurnuxurdu.
Həyatın özü...
Kənan Hacı Həyatın özünü yazır. Onun qəhrəmanlarının
həyat hekayəsi bir-biri ilə identikdir. Təbii, yazıçı özü bunu hiss etmir. O, həyatda bəxti gətirməyənlərin,
biçarələrin taleyini
ustalıqla qələmə
alan yazıçıdır.
Onun
"Boz ilan" hekayəsinin rəssam qəhrəmanının tənhalığı
ilə Lal Əhmədin tənhalığı,
həyat tərzi oxşardır. Rəssam yaşadığı
tənha, rütubət
qoxulu daxma zülmətin ağuşunda
əriyib görünməz
olardı. Çöllüyün sonsuz qaranlığı ona quyunu xatırladırdı.
Lal Əhmədin sığındığı
daxma da tənhalıq məbədgahı
idi, sanki. Bu, sadəcə, insan
talelərinin bir-birinə
bənzəməsidir. "Fironun dəftəri"
romanında da gücsüz, kədərli
obrazları görürük.
Taleyi gətirməyən daha bir cütlük "Kölgələr şahiddir"
hekayəsinin qəhrəmanlarıdır.
Qızın qaçırıldığını
düşünən ana
yanışmışdı: Onlar çayda boğulmuşdular. Kölgələrdən
başqa heç kim bilmir
ki, onlar çaya necə düşüblər? Kənan
Hacı dərin müşahidə qabiliyyətinə,
geniş mütaliəyə
malik yazıçılardandır...
Xuraman Hüseynzadə
Ədəbiyyat qəzeti.- 2019.- 2
mart.- S.20.