Fərid Hüseynin "Kəpənək dərsi":

 

İtkieşq

 

Bu günlərdə gənc şair Fərid Hüseynin Amerikanın "Mundrus Atrium Press" nəşriyyatında "Kəpənək dərsi" ("Studying a butterfly") adlı kitabı çap olunub. Şeirlər kitabını ingilis dilinə tənqidçi Cavanşir Yusifli tərcümə edib, nəşrin redaktoru tanınmış şair "BookMan Prize" laureatı şair Gjeke Marinajdır. Kitab haqqında Korri Kezar məqalə yazıb. Korri Kezar "Dallas Business" jurnalının redaktorudur yazıçıdır. O, kiçik hekayələr qələmə almaqla bərabər, həm bir çox kitablara resenziyalar yazıb. Korri Kezarın yuxarıda adı çəkilə kitab barədəki resenziyasını təqdim edirik.

Vətəni Azərbaycanda ədəbiyyatçı kimi yetişən, ilhamını ərəb hekayətləri, fars poeziyası, rus ədəbiyyatı, fransız fəlsəfəsi xristian mətnlərindən alan, bu cür ən müxtəlif qaynaq mənbələr içində sırf milli şair kimi yetişən Fərid Hüseyn öz şeirlər toplusu ilə ölüm yenidən doğuluş, tənhalıq ümidin canlı obrazlarını yaradır. "Kəpənək dərsi" şeirlər toplusu eşqi əski modern metaforaların sınağına çəkir, ordan sevən, ağrıyan ümidsizlikdən göynəyən qəlbin tarixçəsini orijinal biçimdə - bütün çaxnaşma təbəddülatlarıyla birgə təqdim edir. Şair dünyanın yaradılması ilə bağlı qənaətində Adəmin öz qabırğasını Həvvaya "bağışlamasını" ən müasir obraz məcazların içindən keçirərək qələmə alır. Məsələn, bu məqamda aşiqin öz sevgilisinə görə ovcunda quşlara dən verməsini xatırlayaraq hər şeyi eşqə qurban etməsi vurğulanır. Fəridin şeirləri ürək çırpıntılarıdı. O şeirlərdə aşiqin əliylə ayrılığa toxunmaq kimi həssas məsələlər yer alır. Aşiq sevgi, məhəbbət itkisini dərindən-dərinə yaşayır, burda heç şübhəsiz ki, hansısa romantik halədən, bəzək-düzəkdən, dekorasiyadan söhbət getmir, ailə itkisindən söz açılır misralar oxucunun əlini, üzünü, nəfəsini yandırır. Yusif Peyğəmbərdən bəhs olunan şeirində ("Yusif Peyğəmbərə danışdığım yuxu") Fərid Hüseyn atasının ölümündən sonra anasının hiss etdiyi, onun dünyasına hopan qaranlığı quyuya atıldıqdan sonra Yusifin tuş gəldiyi zülmətlə müqayisə edir. Sevgidə əli boş qalmaq, yanıb kül olmaq kimi cizgilərdən Fərid qəfildən müharibənin səbəb olduğu əzablara keçid edir, onları, sanki ürəyinin, hissiyyat dünyasının dibindən çıxarıb göstərir. "Qadınım öləndə hamı güllə səsində gizlənmişdi" kimi güclə, enerjiylə dolu poetik ifadələrdən istifadə etməklə o, müharibədə qətlə yetirilən sevdiyi insanı dəfn etməyin ifadəolunmaz dərdini dilə gətirir. Bununla belə, Fəridin mətni itki ayrılığı incə şəkildə fəhm edə bildiyi kimi dirçəlmə yenidən doğulma kimi məsələləri məharətlə şeirə çevirə bilir. Kitabın adı şeirlərin hər hansı birində xatırlanmasa da, həmin kəpənəyin qanadları hər bir misrada varlığını hiss etdirir, - bu misralarda sevən bir ürəyin atəşi, yanğısı ilə qanad çalan kəpənəyin tozunu da görə bilərsiniz. "Uçduğuma görə qanadımdan vurulmuşam" deyən Fərid buna baxmayaraq, sonra "Peşman deyiləm" yazır. İnsanın başına həyatda gəlirsə-gəlsin, şairin qənaətincə, ümid həmişə var, hər bir başlanğıcda onun sonu gizlin şəkildə yaşayır, bu mənada şairin ümidi misralar arasında qaynaşan enerjinin bətnindədir. O, bir şeirdə "gül eşqinə yağış olmalısan" deyir sonra əlavə edir: "İnsan eşqilə Allah olmaqdansa, Allah eşqiylə insan ol. Onda biləcəksən ki, körpələr qurşunların acığına doğulur".

Şair, esseist, tərcüməçi, jurnalist redaktor kimi fəaliyyət göstərən Fərid Hüseynin şeirləri bir neçə ölkədə, o cümlədən Rusiya, Belarus, İngiltərə, Türkiyə, Ukrayna, Serbiya Gürcüstanda tərcümə nəşr edilmişdir. O, həmçinin Azərbaycan Yazıçılar Birliyinin üzvü "Kaspi" qəzetinin Ədəbiyyat əlavəsinin redaktorudur. Azərbaycanın Kürdəmir şəhərindən olan Fərid Hüseyn Slavyan Universitetində təhsil alıb hazırda ədəbiyyat üzrə dissertantdır (Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi). "Kəpənək dərsi" toplusunu ingilis dilinə Cavanşir Yusifli tərcümə edib. Həyatın itki ümidsizlik kimi dəhşətli yaşantılarına şəfqətlə dolu mətnlər, iztiraba rəğmən təravətləndirici ümid işartısı bu kitabdakı şeirlərdə dominant plandadır. Fəridin yeni kitabı, zənnimizcə, onun yaradıcılığında yeni sözdür. Bu kitab onun qəlbinin dərinliyindəki mənbələrə edilən istinadlar zənginliyi çoxqatlılığı ilə seçilir. Fəridin yazı üslubu zərif orijinaldır, o, adi ştrixlərlə insanlığın ən keşməkeşli savaş zəfərlərini təsvir edir.

 

Korri Kezar

 

Məqaləni ingilis dilindən tərcümə edənlər:

Cavanşir Yusifli, Şəbnəm Mikayılova

 

Ədəbiyyat qəzeti.- 2019.- 2 mart.- S.29.