ƏDƏBİYYAT ÜZRƏ 1994-CÜ İLİN NOBEL MÜKAFATÇISI

Kenzaburo OE (Yaponiya)

 

31 yanvar 1935-ci ildə Yaponiyada, Sikoku adasının Utiko qəsəbəsinə aid Ose kəndində doğulub. Onlarla roman, povest hekayə müəllifidir. Yaradıcılığının əsas qayəsini İkinci Dünya müharibəsinə olan nifrət, insan soyuqqanılılığından törəyən faciələrə münasibət təşkil edir. "Gecikmiş gənclik", "Şəxsi təcrübə", "Əziz keçmişə məktub", "Sudan ölüm" b. romanları dünya oxucusunun sevdiyi əsərlər sırasındadır. Yaradıcılıq uğurlarına "əsərlərində dünyanı gerçək şəkildə poetik boyalar miflə reallığı əks etdirən bədii təsvir vasitələri ilə təqdim etdiyi üçün" Kenzaburo Oe 1994-cü ildə ədəbiyyat üzrə növbəti Nobel mükafatına layiq görülüb.

"Ədəbiyyat qəzeti" oxucularına yazıçının İsev Akademiyasındakı "Nobel nitqi"ndən bir parçanı təqdim edirik.

 

Nobel nitqi

 

Sonuncu dəhşətli Dünya müharibəsi zamanı balaca oğlan idim buradan minlərlə mil uzaqda, Yapon arxipelaqındakı Sikoku adasında, hər tərəfi yaşıl meşələrlə örtülü balaca kənddə yaşayırdım. O vaxtlar məni sehrləyən iki kitab vardı - "Heklberri Finnin macəraları" "Nilsin möcüzəli səyahəti". O zaman dünyanın başı üstünü bir kabus almışdı. "Heklberri Finn"i oxumaq mənə cəsarət verdi evdən çıxıb gecələmək üçün meşəyə getdim. Orada ilk dəfə azadlıq, təhlükəsizlik hiss etdim bu hissləri heç vaxt evdə yaşamamışdım. "Nilsin möcüzəli səyahəti" əsərinin baş qəhrəmanı balaca adama çevrilərək quş dili öyrənir çox cəzbedici bir səyahətə çıxır. Bu hadisə mənə müxtəlif səbəblərə sevinmək vərdişi öyrətdi. Əvvəla, onu deyim ki, özüm əcdadlarım kimi Sikoku adasının keçilməz meşələri arasında yaşayır hiss edirdim ki, bu yerlər insana gerçək azadlıq bəxş edə bilir. İkincisi, Nilsə sevgi hiss edirdim. Bundan başqa, özümü onun sərgərdan qəhrəmanına oxşatmağa çalışırdım. İsveç səmalarında dolaşan, gah dostlaşaraq, gah mübarizə apararaq vəhşi qazlarla savaşmaq məcburiyyətində qalan, yavaş-yavaş böyüyən, hələ məsumluğunu saxlayan öz gücünə arxalanan biri olurdum. Nəhayət, evə qayıdan Nils valideynləri ilə eyni səviyyəli adam kimi davranır. Məncə, bu kitabın mənə verdiyi zövq, ilk növbədə, onun dili ilə bağlı idi, çünki kitabı oxuduqca daxili yüksəlişimi hiss edir, Nilslə bir yerdə onun sözlərini təkrarlayırdım. Söhbət bu sözlərdən gedir: "Ana, ata, - çığıraraq dedi, - mən böyüdüm. Mən yenə adam oldum".

Bu ifadə məni heyrətə gətirdi: "Mən yenə adam oldum". Böyüdükcə müxtəlif ağır münaqişələrlə qarşılaşdım. Bunlar ailəm, içində olduğum yapon cəmiyyəti, bütövlükdə götürsək, XX əsrin ikinci yarısından sonra yaşadığım həyatın müəyyən çalarları idi. Tab gətirirdim bunun yeganə səbəbi həmin münaqişələri romanlarımda əks etdirə bilməyim idi. Yenə romanlar üzərində işləyir mütəmadi olaraq təkrar edirəm: "Mən yenə adam oldum". Bəlkə , indi bunu xatırlamağım, ümumiyyətlə, oturub-durub özümdən danışmağım yersizdir, çünki hazırkı durum səbəb başqa şeyləri ehtiva edir. Amma hər halda icazə verin deyim: mənim kitablarım necə varsa elədir, çünki hər şeydən əvvəl, yazdıqlarımda hisslərimə, narahatlıqlarıma anındaca münasibət bildirir, onlara cəmiyyət, ölkə, bir sözlə, dünya prizmasından baxıram.  

Ailə qurdum ilk oğlumuz doğuşdan ruhi xəstə oldu. Ona Hikari adı verdik, bu, yaponca "işıq" deməkdir. Körpəliyində o, insan səslərinə deyil, yalnız quş səslərinə qarşlıq verirdi. Bir dəfə, onun 6 yaşı olanda şəhərkənarı evimizdə yaşayırdıq. Qəflətən göl kənarındakı ağaclıqda söhbət edən bir neçə çobanın danışığını eşitdi sanki indi val yazılarında quş səslərini izah edən ornitoloq səsi ilə: "Aaa, çobanlar", - dedi. Oğlum ilk dəfə idi adam kimi danışırdı. yalnız həmin hadisədən sonra mən , həyat yoldaşım da onunla sözlər vasitəsilə ünsiyyət qurmağa başladıq.

İndi Hikari Ruhi xəstələrə peşəkar tədris mərkəzində işləyir, eyni zamanda musiqi bəstələyir. Quş səsləri ona oxşar ruhlu musiqi kompozisiyaları yaratmağa kömək edir. Məncə, bir gün mən peyğəmbərcəsinə quş dili öyrənəcəyəm. Onu da qeyd etməliyəm ki, həyat yoldaşımın, onun hər bir qadında görünməyən müdrikliyi dəyanəti olmasaydı, həyat mənim üçün dözülməz keçərdi. 

Kavabata Yanusari - bu kürsüyə ilk çıxan, ilk Nobel mükafatı alan yapon yazıçısı öz Nobel nitqinə "Yaponiya yaranışdan gözəldir" adı vermişdi. Gözəl qeyri-müəyyən başlıqdır. Onu müxtəlif dillərə müxtəlif cür tərcümə etmək olar. Kavabata bu başlıqla qeyd etmək istəyirdi ki, ciddi müəyyənliyə ehtiyac yoxdur. Bu ifadəni "mən - gözəl Yaponiyanın bir parçasıyam" kimi başa düşmək olar. Burada qeyri-müəyyənlik yapon bağlayıcısı olan "amma" ilə ifadə olunaraq "mən" "gözəl Yaponiya" anlayışlarını ehtiva edir.

Bu dünyada yaşayan onun bugününü görən, qəlbində keçmişlə bağlı acı xatirələri olan bir adam kimi, Kavabatanın dediyi sözləri təkrarlayıb "Yaponiya yaranışdan gözlədir" deyə bilmərəm. Bir qədər əvvəl bu ifadənin əsas ideyası haqqında fikrimi bildirdim. İndi mən həmin ifadəni "çoxmənalılıq" kimi, yəni tanınmış ingilis şairəsi Ketlin Reynin təbirincə işlətmək istəyirəm. Bir dəfə Uilyam Bleyk haqqında demişdi ki, o, çoxmənalı olduğu qədər qeyri-müəyyən deyil. Özüm məmləkətim haqqında "Yaponiya yaranışdan çoxmənalıdır" ifadəsindən başqa, deməyə bir şey tapa bilmirəm.

Hikarinin bəstələrinin sayı çoxaldıqca mən onlarda "quş səsi ilə könül duyğularının" ahəngini eşitdim. Əqli cəhətdən natamam bir şey, cəhd etmək gərginliyi,  musiqi dili ilə "narahat həyat yaşantılarının" ifadəsi bütün bunlar kompozisiyanı vermək texnikasında cəmləşərək, dərketmə xüsusiyyətini təqdim edir, ona ruhunun dərinliyindəki kədəri - hansı ki, bir vaxtlar həmin kədəri sözlərlə ifadə edə bilmirdi - hiss etməyə şərait yaradır.

"Ürək ağrısının göz yaşlarının səsi"ni eşitmək gözəldir, amma Hikari bunu musiqi ilə ifadə edərək öz kədərini büruzə verir bu yerdə ruhu durulma məqamı başlayır. Eyni zamanda bu musiqi onu dinləyənləri bütövləşdirir, ruhən sağaldır. Bax, incəsənətin gücü mənim üçün həmin o ruhi sağalma anıdır.

Bu, mənim əqidəmdir onun mütləq isbatı yoxdur. Yəni mənim kimi "zəif adam" özünün isbat olunmamış əqidəsinə istinad edərək XX əsrdə texnikanın dəhşətli inkişafı qarşısında acizliyini göstərir, gözlərini döyərək qalır bəşəriyyətin taleyi ilə bağlı ciddi narahatlıq keçirir. Əgər sabah "Yaponiya yaranışdan gözəldir" deyə bilməyəcəyiksə, bu gün elə demək olmaz. Bu, bütovlükdə hamımızın anası Yer kürəsinə aiddir. Mənə görə ədəbiyyat bütün dövrlərə "gözəllik" yarlığı yapışdırmaq üçün yetərli sahədir. Mən əyalətdə yaşayan, magistral yoldan kənarda olan bir adam kimi düşünürəm: öz fəaliyyətimlə bu dünyanı durultmaq üçün edə bilərəm...

 

Tərcümə etdi: Əyyub QİYAS

 

Ədəbiyyat qəzeti.- 2019.- 2 mart.- S.31.