Şairin Tanrıya
göndərdiyi elçi
Şeirdə insan bədəninin
rolu
Ritual
Mətnoxuma ritualı maraqlıdır.
Oxucu mətndən zövq və həzz alırsa, ikiqat maraq yaranır. Mətn yaratma prosesi isə, insanın var olmaq səbəbidir.
Mətnyaratma prosesi böyük
tarixi forma və məzmun mərhələsi
keçib. Daş
kitabələr, müqəddəs
kitablar; "Zəbur",
"Tövrat", "İncil",
"Quran", kağız dövrü və elektron çağ. Tanrının kitabları olmasa
belə, insan onu yaradacaqdı. Ona görə də ilahi kitabları mətnləşdirmə prosesi
insana aiddir. Elə
buna görə də həmin kitabların insana və ya
Tanrıya aid olması sual və şübhə doğurub,
doğurur və doğuracaq. Deməli, mətnyaratma prosesi hər
zaman cazibə mərkəzində qalacaq. Puşkinə görə, mətn
yaratmaq insanın yaşamaq üçün ən gözəl
bəhanəsidir.
Gündəlik
həyatın
sıxıcı
qayğıları üçün,
Qazanc
arxasınca qaçmaq,
rahata
çatmaq üçün,
doğulmamışıq,
- biz ilham
üçün,
Şirin
nəğmələr və dualar üçün
doğulduq.
Struktur məna ilə
uzlaşmağa məcbur olub həmişə
Faiq
İsmayılovun "Yağma, qar" şeiri insan bədənini
mətndə, sənətdə və şeirdə görmək
və göstərmək qabiliyyəti üzərində
yaranıb. İnsan bədəninə xas əlamət və
keyfiyyət şeirin natural, estetik formasında təqdim edilir.
Xarici (zahiri) forma və daxili
(batini) məzmun obrazlı, plastik, rəmzi məcazlar sistemi ilə
dekorasiya edilib.
Yağma,
qar!
Məni
qarabuğdayı doğub anam,
çətin
ağaram.
Tutaq
ki, ağartdın saçlarımı,
ağartdın
dabanları yeyilmiş
42
ölçülü ayaqqabılarımı.
Tutaq
ki, ağartdın geyimimi -
kecimimi.
Ağarda
bilməzsən bəxtimi
Həndəsi uyğunluq
"Yağma,
qar" şeirində Faiq öz avtoportretini yaradır.
Şairin, lirik qəhrəmanın həndəsi forması
intervizual mozaikalara parçalanır. Bədii strukturla qəhrəmanın
görünüş simmetriyası çoxsəsli, geniş
semantik miqyasda uzlaşır. "Yağma, qar" şeirinin
struktur estetikası bir neçə bədii təyinatları
özündə cəmləyir:
Görmə
qabiliyyəti: Şair özünü və qara
ömür-gün yaşayan
bütün insanları nəzakətli bir bənzətmə
ilə obrazlaşdırır. Dərisinin rəngi
qarabuğdayı olanlarla bəxti qara olanlar Faiqin görmə
bucağında kəsişir. Daha çox epik və dramatik
keyfiyyət kimi təzahür edən
estetik görüntü şeirdə dəqiq
ölçülərlə konkretləşir.
Xarici görünüş: Şeirin lirik qəhrəmanı dəqiq və plastik bir zahiri görkəmə sahibdir. Ortaboyludur. Hardan bilirik? Çox güman ki, 42 ölçülü ayaqqabı geyinmiş bir adam ən azından ortaboylu olacaq. Rənglər xarici görünüşü tənzimləyən və simvollaşdıran estetik dekordur. Qarın bəyazlığı ilə siyah saçlar arasında gözəllik duyumu yaradılır. Ağ günə çıxmaq istəyən insanın xarici görünüşü qarın təmizliyi, gözəlliyi və şəffaflığı ilə tərs mütənasibdir.
Daxili və xarici bədən: Şeirin strukturu baxımından ən vacib amil daxili və xarici bədənin; məzmun və formanın olmasıdır. "Yağma, qar" kimi süjetli, vizual şeirdə insan bədəni fizioloji və metafiziki hissələrə bölünür. İnsan bədəninə fərqli və yeni yanaşma tərzi, emosional, çılğın temperament şeirin hər misrasında davam edir. "Yağma, qar" şeiri məzmun və formanın, daxili və xarici strukturun təsnifatı üçün də dəyərli nümunədir. Faiq İsmayılov yeni poetik deyimlər, məcazlar sistemi ilə dolğun ifadə estetikası yaradır. Həmçinin struktur estetikasındakı yeni təsvir və təhkiyə metodu daxili və xarici bədənin vəhdətini nizama salır.
Bədənin xarici sərhədləri: Qarabuğdayı qəhrəman dabanları yeyilmiş 42 ölçülü ayaqqabısı ilə geyim-kecimini, vizual vəziyyətini müəyyən edir. "Ağarda bilməzsən bəxtimi" misrası bədənin xariclə, ətraf mühitlə əlaqəsi haqqında ekzistensial assosiasiya doğurur. Bəxti gətirməyən insanların ümumi, poetik tablosu ortaya çıxır.
Ətraf mühitdəki hadisələr: Faiq lirik mənin ətrafında baş verən hadisələri təsvir etmədən onlar barədə geniş məlumat verir. Bəs bu necə olur? Ovqat psixologiyasının zərif və estetik ifadəsi ilə. Əhvalın şeirə çevrildiyi andır bu. Ahəng və poetika bir az ləngərli, bir az da ritmik intonasiya ilə enib-qalxır.
Özünükəşf: Faiq İsmayılovdan illər sonra Nərmin Kamal "Allahı bağışlama" şeirində Tanrı ilə söhbətin rənginə və səsinə etik və estetik proyeksiya edir. Allahı bağışlamaq həm də özünükəşfdir. İnsan Tanrının müdaxiləsindən kənarda mövcuddur. Seçim etməkdə sərbəstdir. Əks halda həyat çox mənasız və sıxıcı olardı. Bunu Tanrı da yaxşı bilir. Məhz ona görə də insanı "yaşamaq və yaşatmaq qovğası" ilə baş-başa buraxıb. Şeir sənəti isə Tanrıya belə təsəlli vermək iqtidarındadır:
Allah üzr istəyəcək bizdən
Bağışla
- deyəcək, qızım
bağışla
ki,
sənə
yaxşı tale vermədim
təəssüflər
içində keçir ömrün
bağışla,
mənim balam,
- deyib
hönkürəcək
Mən
onu başa düşəcəyəm,
qolumu
qaldırıb sarılacağam boynuna
üç
dəfə yüngülcə
kürəyinə
vuracağam əlimlə
eybi yox,
deyəcəyəm,
Eybi
yoxdur.
Əlini
saçlarımın arasına salıb dolacaq,
bunu belə
sarışın etmədim,
bunu belə
qıymadım sənə - deyəcək
"Yağma,
qar" şeirinin finalında insanın özünü kəşf
etməsi, özünü qiymətləndirmədəki qəti və dəqiq parametrlər
həyatla sənət dilində ünsiyyət qurmağın
intonasiyasıdır. Çünki
"Yağma, qar" bəxti gətirməyən bir
adamın şikayəti, qara-qara deyinməsi deyil.
Qarabuğdayı ömür sürən bir adamın Tanrı
ilə söhbətidir. Ancaq bu söhbətdə qar metaforu
şairin Tanrıya göndərdiyi elçidir:
Özünü
yorma, qar,
yağma,
qar!
Çətin
ağaram!
Ülvi BABASOY
Ədəbiyyat qəzeti.- 2019.- 2 mart.-
S.9.