Bu yaxınlarda İranın paytaxtında keçirilmiş Beynəlxalq karate yarışında Bakı məktəblisi, 5-ci sinif şagirdi Zəhra Salmanlı tələb etdi ki, Dövlət bayrağımız ermənilərin bayrağından aşağıda görünməsin, yoxsa o, yarışlarda iştirak etməyəcək. Zəhranın istəyi yerinə yetirildi. Yarışlarda isə o, hətta erməni rəqibinə də qalib gələrək birinci yerə çıxdı.
Yeniyetmə balamız Zəhra Salmanlının bu ayıq-sayıqlığı, cəsarəti və qeyrəti hər birimizi dərindən təsirləndirdi, hədsiz qürurlandırdı. Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyeva xalqımızın bu sevincinə qoşularaq azyaşlı idmançı qızımızı səmimi təbrik etdi və ona hədiyyə olaraq kompüter bağışladı.
Zəhra Salmanlının qazandığı böyük nailiyyət hamı kimi məni də heyran qoydu, vəcdə gətirdi. Düşündüm ki, hamımız hər yerdə Zəhra balamız kimi yurd sevgimizi hər şeydən üstün tutmalıyıq.
Kağız-qələm götürüb
aşağıdakı misraları sıraya düzdüm.
Qoy bu şeir
xalqımızın adından qeyrətli qızımıza 8 Mart töhfəsi olsun.
Qələbən mübarək,
Salmanlı Zəhra!
Şad
xəbər dolaşır Azərbaycanı,
Qələbən mübarək,
Salmanlı Zəhra!
Kaş bu sətirlərim gəzsin cahanı,
Uşaqlıq çağından
ad-sanlı Zəhra!
Bakının beşinci sinif şagirdi,
Döyüş meydanına
inamla girdin.
Tomris torpağının güneyindəki
Bütövlük bağının
gülünü dərdin!
Dünyanın karate yarışlarında
Şərəflə ucaltdın bayrağımızı.
Vətənin təbriki, alqışları
da
Tehranda yandırdı çırağımızı!
Zirvədən-zirvəyə
çatmaq üçün
sən
Yorulmaq bilmədən,
durmadan çalış!
Vətənə qeyrətli övlad
bəxş edən
Yurdsevər ataya, anaya alqış!
Öyrənib dəyanət, səbr
dərsini,
Sıranın öncülü olmağın
əla!
Mehriban xanımın hədiyyəsini
Halal qismətin tək almağın əla!
Düşübsən güc, hünər
salnaməsinə,
Taleyi daha xoş zamanlı
Zəhra!
Sevinib deyirik, deyərik yenə:
Qələbən mübarək,
Salmanlı Zəhra!
Oqtay RZA,
Əməkdar müəllim, şair,
Rəsul Rza mükafatçısı
Ədəbiyyat qəzeti.- 2019.-
8 mart.- S.23.