Əsma Əzizəni ötən ilin oktyabrında Türkiyənin Sakarya şəhərində keçirilən "Sapanca Şeir Axşamları”nda tanıdım. Həmin festivalda oxuduğu "İnikasşeiri xoşuma gəldi. Festivaldan sonra Əsma Əzizə ilə ara-bir sosial şəbəkələrdə ünsiyyətimiz, bəzən telefon danışıqlarımız – bir sözlə, həmkar münasibətlərimiz davam etməkdə idi. Ötən həftə XI Beynəlxalq İstanbul Şeir və Ədəbiyyat Festivalının – dünyanın müxtəlif ölkəsindən 23 şairin qatıldığı tədbirin biz də iştirakçı olduq, "qədim” dostları yenidən görmək xoş idi...

 Əsma İstanbuldakı şeir gecələrində yeni şeirləri ilə, fərqli oxu tərzi ilə auditoriyaları yenə də ələ almaqda idi. O, həqiqətin üzünə baxmağa hər an səfərbər bir şairdironun poetik qətiyyəti, sərt intonasiyası şeirlərində də olduqca gözəl əksini tapıb.

 Qeyd edim ki, fələstinli şair Əsma Əzizə hazırda Hələfdə yaşayır. İlk şeir kitabı "Liwa" 2010-cu ildə "Əl-Qəttan" Birliyinin təsis etdiyi "Gənc Yazar Mükafatı"na layiq görülüb. Şeirləri alman, fransız, ingilis, yunan, ispan, İsveç, fars, italyanbaşqa dillərə çevrilib. 

 Gənc yaşlarından yaradıcılıq irəliləyişləri ilə seçilən, istedadını dünyanın müxtəlif ölkələrində də təsdiqləyən Əsmanın fərqli şeir intonasiyası, reallığı çatdırma üsulu, ən əsası sərt poetik üslubundakı dərin məna diqqətə layiqdir.

 İsrail-Fələstin arasındakı "islanmış düyününçözümü uzanan problemlərin, müharibənin bəlalarının əksi Əsmanın şeirlərində xüsusi yer tuturonun poetik qəzəbini, narahatlığını, sarsıntılarını daha da alovlandırır. Əsmanın şair kimi qüdrəti şeirlərindəki həmin alovu qorumağındadır.  Poeziyada "odu qoruyanlar”ı isə bəşər heç zaman unutmur...

 

MÜHARİBƏDƏN DANIŞSAM DA İNANMAYIN MƏNƏ

 

Müharibə barədə baş sındırıram,

ancaq nəsə yazmağa da çəkinirəm,

metaforalarımı şallaqlayır,

sonra da qarşılarında diz çöküb yalvarıram.

Qəmim gözlərimdə mərmilərin əksini canlandırır.

Sonra da həssas bir şilləni

misralarımda təsvir eləmək üçün

öz küncümə çəkilirəm.

Qarnını yırtıram kəlmələrin

bütün xarakiri qurbanları dirilib

mənim də qarnımı deşirlər.

 

Müharibədən danışsam da inanmayın mənə,

çünki qandan söz açanda öz kefimdə qəhvə içirdim,

məzarlardan danışanda

Merci İbn Əmirin bağçalarından çobanyastığı yığırdım.

Qatilləri təsvir edəndə,

dostlarımızın gülüş səsləripıqqıldaşmaqları qulağımdaydı,

Hələbdə teatrın yanmağından yazanda,

əyləşmişdim kondisionerin altında.

 

Müharibədən danışsam da inanmayın mənə,

çünki hər dəfə şeirdə bir şəhəri "bombalayanda”,

dümdüz asfaltlar çəkilirdi bütün yollar boyunca,

yolların üstünə işıq dirəklərindəki lampalar əyilirdi

peyğəmbərlər yeriyə-yeriyə keçirdilər rahatca.

 

zaman fərz eləsəm ki, atamın dərisini üzüblər,

O saat gedib qucaqlardım onu

sağ-salamatdı

atam bir qucaqdı.

zaman eşitsəm anamın ah-naləsini,

qədim bir layla oxuyaraq yuxuya verirdi məni,

mələklər kimi yatırdım...

 

Amma xəyallar Havranalı bir qadının

imzaladığı açıq çeklərdir.

O qadın ki, siması mənə sirli qalıb hələ .

Əlimdəki bıçağı kahıya batıra bilməsəm – o başqa məsələ,

Mən ki duyuram babamın mənə

o qadına qoyub getdiyi nəslinin qoxusunu.

 

Xəyallar açıq çeklərdir,

Kasiyunun övladları imzalayıb onları,

Google-da axtarış aparmadım

qulağıma pıçıldadılar

bilmədiyim dağın adının hardan götürüldüyünü.

 

Birinci çek:

 

Sirli bir izdihamda,

zərərli bir dəqiqlik vurur beynimə.

Coğrafi qalmaqalların,

xırdaçılığın düz ortasında

bir mərmi keçir içimdən sakitcə...

Gizli izdiham böyüyür

qulaqlarımın "pəncərələriörtülür içəridən.

Qan dəli bir bahar kimi körpə,

anamın zümzüməsi kimi ilıq

atamın dərisi kimi hamardı.

 

İkinci çek:

 

Mühasirəyə alınmışam dünyanın ən müqəddəs yerində,

Allahın kəlamı Rəsuluna necə nazil oldusa,

mərmilər o cür ələndi üstümə.

Bir daşı havadaca tutdum

o da əridi əllərimdəcə,

Mən əsgərlərin,

zaman da mənim yaxamdan yapışdı.

Yerimdəcə donub qaldımürkək pişiklər kimi,

O yerdə ki,

Məsih bizi kürəyinə almamışdan əvvəl

orda yuxuya getmişdi.

 

Üçüncü çek:

 

Levantada qorxu hakimdir,

müharibədən danışsam da inanmayın mənə,

Çünki atamın Merci İbn Əmirdə

göyərçinlərə atdığı təklülə tüfəngin səsindən özgə

silah səsi eşitməmişəm həyatım boyunca

qan qoxusu almayıb burnum,

anamın yanında keçirdiyim ilk aybaşından başqa.

Bütün bu müharibələrin banklarında hesabım yoxdu,

ancaq Havranlı bir qadının dediyinə görə

çeklərim hər yerdə işləyir.

 

Tərcümə təqdim edən: Fərid Hüseyn

 

Ədəbiyyat qəzeti.- 2019.- 8 mart.- S.28.