Nəsiminin yallısı
"Bədəndə yox olub, camaatda
var olmaq" bizim coğrafiyanın dərdi olalı.
Alimlər, elm sahibləri yollar axtarmağa başladılar.
Dağlar və qalalar ismayili fədailərin və dahilərin mərkəzi olmaqdan monqollar dönəmində
xilas edildi.
Dağlardan və qalalardan çölə, şəhərə,
obaya fikir miras qaldı.
Hakimiyyətlər seçim qarşısında
qaldılar.
Din artıq tarixə, yola və yolun
inşa etdiyi metoda möhtac oldu.
Təriqətlər camaatlaşması və təriqət şeyxlərinin
kimlikləşdirmə dönəmini
coğrafiyamızda ciddi
izi qalan hürufi kimliyi ilə qarşıladıq.
Hürufi şeyxi Nəiminin başladığı yolu
Nəsimi "Bədən
Allahın əmanəti"dir,
fikri ilə bədəni yox edib, camaatı təriqətə gətirənlərə
üsyan etdi. Din içində
fərqli bir nəzəri mərkəzə
qoydular.
"Yallı" kimi
camaat rəqsindən tək-tək ifalar ön plana çıxarıldı.
Nəsimi
ilə islam
dünyasında insan fərqli bir yer qazandı.
Qorxular, ağrılar,
iztirablar gətirən
hökmlərə qarşı
ilk kəs hər bir insan əmanətdir,
ümiddir, gələcəkdir
düşüncəsi cücərməyə
başladı.
Surət xaliqin yazısıdır.
Nöqtə və xətlərdən inşa edilən insan ibadətdir.
Yaranış hekayəsinin əvvəli
də, sonu da insandadır.
Yaradılanlar bu surətin eşqi ilə yaradılıb.
Nəsimi 28 hərfli ərəbcəni,
32 hərflik farsca edib, məna yükləyən Nəiminin
önünə keçərək.
Türkcəni mərkəzə qoyub
"Quran şeiri" yazdı.
Nəsimi türkcə Bəyanı
anladan, "Quran"ı
tərcümə edən
deyil, "Quran" ayələrini
işarələrə çevrib,
sözə, səsə,
musiqiyə bağlayan
yeni bir dilin düzənini quran alimdir.
Türkcə "Quran"
şairidir.
Din kitabının tərcüməsi
problemini ilk kəs həll edən qurucu bir təməl
düşüncədir. Yunus Əmrə
ilə başlayan bu yolu tam olaraq
həll edən Nəsimi yeni bir paradiqma inşa
etmiş oldu. İbn Teymiyyə ilə 14-cü yüzildə
ciddi bir islahatlar yaşayan islam coğrafiyası şəriət yolçuluğunda
ağlı mərkəzə
qoyan Qazzalini, işrağı önə
çəkən Sührəverdini
ittiham edib, dinin yenidən bərpası üçün
çalışıldığı bir dönəmdə Nəsimi fərqli bir qapı açdı.
Din mədrəsələrin, şeyxlərin,
hökmdarların, təriqətlərin
deyil, İnsanlığın
təməlidir.
Hər kəs bir "Quran" kitabıdır,
onu oxuya biləcək hər insan Adəmdir.
Nəsimi
sözü səslə
ahəngədir...
Nəsimi
səsin sükutunu pozan oldu!
"Kürəyi Nəsimi"
Qafqaz dağında qərar tutar.
Okeanlar görməyən
Qafqazda okeanlardan yaranan hava kütləsinin
mərkəzi yerləşər.
İnsanlıq bu hava ilə nəfəs alar...
Bu hava nəfəsdir!
Bu nəfəsi hərəkətdə
saxlayan isə Küreyi Nəsimidir.
Nəsiminin ləqəbi bu Nəsimidir.
Nəfəs üçündür.
Nəsimi
şeiri kimi tanıdığımız mənalardakı
"Mən" o nəfəs
üçün Nəsimidir,
Nəfəs var olduqca Nəsimi var!
Səs və sözdən başlayan mənalar "Mən" inşa edər...
Bu "Mən"lər, məna
söyləyənlər və
yazanlar olur...
Son ifadə isə Hərfdir!
Səs və sözün məqsədi Hərfi tanıtmaqdır...
Hürufi kəlamı budur.
Hərfin qaynağı isə surətdir, zat və sifətlər Hərflə zühür etdi, dedilər.
Yaranış hekayəsinin hikməti Kamil insanla başlar,
Onun nuru ilə şövqə gələn Aləm isə sonradır.
Od da, su da, torpaq
da, hava da Ona xidmətçidir.
"Məndə sığar
iki cahan, mən bu cahana
sığmazam" ona
yüklənən Mən,
Mənanı bəyan
edir.
Hürufi kitabı "Cavidannamə"
bu bəyanın mənalar kitabıdır.
Hərflərin, xətlərin nöqtəsini
anladır.
Hürufi
kitabı və bu kitabın sahibi Nəimi sistem qurucu bir
şəxsdir!
Hürufilik nə məzhəb,
nə təriqət, nə də bu şəkillərin bədənləşdirmək istədikləri
camaatlaşmadır...
Onlar bədəni
yox edənlərə,
camaatlaşmaya qarşı
düzənlənən nəfəsdır.
Hər insan Allahın zat və sifətini daşıyır, nəfəs
ilahi bir qopuşdur.
Nəfəs Nəsimi qədər var olacaq.
İdris HEYDƏRLİ
Ədəbiyyat qəzeti.- 2019.-
16 mart.- S.9.