"Öləndən" sonrakı səcdədir
sevgi...
Mühit çevrilmələri, fərdi
meyillərə istiqamətlənən
hissi təsirlər tanınmış şair
Yusif Nəğməkar
şeirinin süjet xəttidir. Heç şübhəsiz, istedadlı şair üzərinə götürdüyü
missiyanı cəmiyyət
reallığına tuş
edə bilir, şeirlərinin janr qarşılığını peşəkarcasına cilalayır.
Çox
yaxşı haldır
ki, o, acizlik əxz edən hayqırtılara aludə
deyil, əksinə, fikri hissiyyatla cilvələnən ruhi rahatlığı obrazlar
daxilində poetik mənaya çəkir.
Yusif Nəğməkar
yaradıcılığı subyektlərin zərurət
tipini müəyyən
edir, onların oxşar və fərqli ədəbi məqsədlərinin düsturunu
açır. Müəllif bu prosesi qismən ziddiyyətdən
kənar tuta bildiyi üçün fikirətrafı real və
mümkün təsəvvürlərə
meydan açır.
Bununla da o, praktik fəaliyyətini idrakla qabaq-qənşər
qoyur, bir növ, özü (və obrazları) üçün əhatə
müəyyənləşdirir:
Həsrət gərəklidir aşiqlər
üçün,
Ancaq ayrılığa yovuşmaq
olmur...
Bitir qovuşanda həsrət, bəs neçin
Həsrət də bitəndə qovuşmaq olmur?!
Yaxud:
Maraqdır həvəslə yaşadan
bizi,
Yazısız-maraqsız varaqlar itər.
Açıb-ağartmayaq hər sirrimizi,
Sirlər tapıldıqca maraqlar itər.
Yaxud:
"Öləndən" sonrakı
səcdə
Sevgidir...
Və yaxud:
Ərşə qalxan
yanıqlı duaların
zikri donmasın deyə,
buludlar cərgə-cərgə
şimşək qələmilə
atəşlər yazdı
göy
vərəqə...
Göründüyü kimi, yaradıcılıq cəhdlərini həyat çək-çeviri ilə
xarakterizə edən Yusif müəllim poetik fikri standart
çərçivədən çıxarır, ictimai-fəlsəfi
duyğularını tale israrları
ilə eyni nisbətdə cilalayır. Nümunə kimi verdiyimiz bu parçalarda poetik təsirlər yaddaşın tərpənmə
gücünü artırır.
Bu parçalardakı ədəbi təsniflərin
çoxunu bədii örnək kimi göstərə bilərik.
İstedadlı şair
"Bitir qovuşanda həsrət, bəs neçin, Həsrət də bitəndə qovuşmaq olmur?!",
"Açıb-ağartmayaq hər sirrimizi, Sirlər tapıldıqca maraqlar itər...",
"Öləndən" sonrakı səcdə sevgidir..." eyhamları ilə həyatın, taleyin, onları əhatə edən ətraf mühitin də aydın obrazlarına işıq tutur, hər tərpənişin addım
səslərini eşidir,
ruhunu fövqəl hisslərin yüksəliş
yollarına çıxara
bilir.
"Öləndən" sonrakı səcdə sevgidir..." eyhamı mövcud həyati tipiklik kimi şairin
bütöv yaradıcılığında
(məhz ədəbi aspekt kimi) özünü
çox büruzə
verir. Belə deyək, Yusif
Nəğməkar fəhmində
bu zəmin ruh şəklində təzahür edir. Bu zəruri faktı
o, fövqəl duyğular
etalonu, səmimi insan, çöhrəsi nurlu qələm sahibi Yusif Nəğməkarın
publisistikasında da çox aydın müşahidə edirik.
Bəlli
olur ki, insan-həyat gözəllikləri,
haqqı dərketmə
kimi vacib nüanslara ünvan verən Yusif Nəğməkar qələmi
yaddaşın çox
dərin qatlarında çırpınır.
Yusif Nəğməkar
şeirinin ədəbi
motivasiyası zəruri-effektiv
səciyyəlidir. Səmimi-konkret fikirlərin kompozisiya və bədii-ictimai məğzi, psixofizioloji dinamiklik onun şeirlərində maraqlı
status kimi diqqət çəkir. Xoş
haldır ki, könül duyğuları
Yusif Nəğməkar
şeirində işığa
can atır. Və (həm də) Yusif müəllimin şeirlərində mətnin
dərki, mövzunun məntiqdə bitkin forma daşıması, istedadlı
şairin mətnə
(mövzuya) qarşılıqlı
yanaşma təsirləri,
fikirtəqdimetmə dürüstlüyü
və s. həyata baxışın sivil tərzləri kimi xarakterizə edilir:
Gəl görüşək, tut ağacı,
İlkin yuvam, odam sənsən.
Tənha
baxma acı-acı,
Burda ağac-adam
sənsən.
Kövrəlmişəm hüzurunda,
Baş əydiyim
məbədimsən.
Məhəbbətə qalsa, onda
Beşik sevgim, əbədimsən.
"Gəlmişəm, tut ağacı..." şeirindən
gətirdiyimiz bu nümunədə Y.Nəğməkar
ictimai zəmin və əlaqələri müzakirə obyektinə
çevirir, bəşəri
eyhamlara ictimai-ədəbi
məna verir, həyat və tale dürüstlüyündə yekun
məğzə diqqət
çəkir. Adıçəkilən şeirin təkcə
"Tənha baxma acı-acı, Burda ağac-adam sənsən..."
eyhamında qabaran həyat komponentləri şüurüstü keçidlərə
işarədir.
Onun digər
şeirləri kimi, bu şeirində də həyata baxış fərqlidir; müəllif oxucunu ərzinə çatdırmaq
istədiyi fikrin mahiyyətini tapmağa sövq edir, sonra da bu
kodeksi daha mürəkkəb əhatəyə
salır, çiliklənmiş
güzgüdəki əksin
paramparçalığını həyat vəhşəti
kimi xarakterizə edir, amma çıxış
yolu üçün də ipucu saxlayır. Onun bu şeirindəki müəllif-vətəndaş qayəsi, sözə bəndolma ustalığı:
Məni
axtarmayın, məndə
deyiləm,
Bir dağam,
günəşim, çən-çiskinim
var.
Hər kəsə yaxınam, gendə deyiləm;
Sizin hərənizdə
bir məskənim var.
Dərdmiş bünövrəsi şən
yolumuzun,
Bu yol kəsr xətti
- tənlik adında...
Uzun yolu olan mən
yolumuzun
Kəsə yolu varmış
mənlik adında...
Y.Nəğməkarın ictimai zəminli şeirləri maraqlı quruluşdadır.
Şair "Məni axtarmayın, məndə deyiləm..."
eyhamında gizlənən
ədəbi təsirlər
"Uzun yolu olan mən yolumuzun,
Kəsə yolu varmış mənlik adında..." həyat seqmentinin müşahidə
proyeksiyalarını yaddaşın
bucaq səmtlərinə
çəkir, ruhumuzu
titrək hənirlərin
cənginə atır.
Ümumiyyətlə, Yusif Nəğməkarın ictimai
şeirlərinin yağışı
bəlli ki, neçə-neçə ürəkdə
könül sevdaları
cücərdib... Dəfələrlə müşahidə etmişik,
Yusifin bu tip şeirləri qəlbə
yaz yağışı
kimi düşür.
Bu şeirlərdə illərin ənənəvi
ovqatları, insan-mühit
və tale seyrçiliyi
diqqətimizi xüsusilə
çəkir. Təkcə bu
cəhət deyil, bu kimi şeirlərdə
cəm olan sosial qayə, ictimai həssaslıq və bu zəmində
ehtiva edən həyati reallıq da cəmiyyət rakursunda uyğun müzakirə obyekti kimi məna verir.
...Demə həsrət canı üzdü,
Candır
ki, üzülüb dözdü...
Qəlb
üstüörtülü közdü
Alovla kül arasında.
Yenə
kəsdi sazaq yolu,
Rüzgar
yolu - duzaq yolu...
Dünyanın ən uzaq yolu...
Ürəklə dil arasında...
Göründüyü kimi, istedadlı şair təzad yəqinliyində xarakter cızır, hadisələri
poetikləşdirmək imkanlarını
açıq ifadə
edir. "Qəlb üstüörtülü
közdü, Alovla kül arasında... Rüzgar yolu - duzaq yolu... Dünyanın ən uzaq yolu..."
kimi misralarda biz əsas obraz kimi şairin özünü görürük.
Şairin naturfəlsəfi çalar
və rəng qarşılığı təkcə
çağdaş poeziyanın
deyil, klassik poetizmin də struktur quruluşunu mövcud elmi təhlil dinamizmi ilə təmasa uğradır. Belə halda da, onun fikir predmeti
təhlil-təsvir təsəvvüfü
ilə mənaya zəmin yaradır. Bu zəmin mənəvi-ədəbi
səmtləşmədə anlayışa yol açır.
Ürəkdir, daş deyil axı,
Yalan haqmı,
doğru-yaxı?!
Soyuq təbin qələm oxu
Kağıza yox, qəlbə
dəyir...
Yaxud:
Yerin qəlbimdəykən,
Yerimi səndə tapdığımdan
Səni Yerdə tapa bilmirəm.
Bəzən çoxlarımızı belə bir sual düşündürüb ki, müasir şairlər nə üçün ömür-tale məğzlərini hərdən ictimai kəsərsiz hesab edirlər?! Bu gerçək situasiyanı biz dəfələrlə dəqiq fikri-düsturlar vasitəsilə fəhmə hopdurmuşuq. Elə Yusif müəllimin yaradıcılıq sahilində də bu suala cavab var: " Soyuq təbin qələm oxu, Kağıza yox, qəlbə dəyir...".
Yusif Nəğməkar şeirində hisslər o qədər təmizdir ki, duyğu qatları könül dünyamızda seyrəngah açır.
Heç bir
şübhəmiz yoxdur ki,
hissi duyğularla könül sevdaları cücərdə bilmək
Yusif Nəğməkar şeirinin
parlaq nümunəsidir. Onun
şeirləri obrazlarının taleyidir,
bütövlükdə öz həyat
hayqırtısıdır.
Hikmət Məlikzadə
Ədəbiyyat qəzeti.- 2019.- 16 mart.- S.25.