Hörmətli Azər bəy!
Bu şeirləri təsadüfən
oxudum. Asim Xəzər (Cəfərov
Asim Qulu oğlu) Kürdəmir rayonunda doğulub. Universitet bitirib, mühəndis-memardır.
Asimin şeirlərində qəribə
obrazlar var, bu obraz və
detallar özləri ilə bərabər qədim dövrlərin havasını gətirir, bu günün tez-tez gözdən yayınan fraqmentləri, olayları ilə təmasda olur, bəzən bu kimi hallarda qədimliklə
müasirliyin təmas
nöqtəsini də
görmüş kimi olursan. Vaxtilə "Cahan" jurnalında
çalışanda rəhmətlik
Bayram Ağayev Qafar Kəndli haqqında miniatür bir vida yazısı
yazmışdı. Ordakı
obraz yadımdan çıxmır: dünyanı
ayağına çarıq
kimi geyib gəzmək... Asim də bu obrazdan
istifadə edir, ancaq "paraleli" dəyişir: Didilmişəm,
bitmişəm//həqiqət
axtarışında// Geyilib,cırılmış//çarıqlar
kimi... Başqa bir obraz da yadıma düşdü, bu gün onu Qəzənfər
müəllim (Qəzənfər
Paşayev) yadıma saldı. Deyir Mövludun "Yel Əhmədin bəyliyi"
povestində, lap əvvəldə
bir məqam var, yel Əhməd
Nəsimidən şeirlər
deyə-deyə (...Dünya
duracaq yer deyil, ey can, səfər eylə) "uçur" və əlavə edir: elə bil ayaqlarının
altına kəpənək
tozu səpilmişdi...
İndi dünya bu sürətlə
"uçub gedir",
hərdən yaxşı
şeirlər oxuyanda misilsiz anların tutulduğunun şahidi olduğumuzdan bu sürəti hiss etmirik.
Bu yazı "Uğurlu yol" deyil, onu şairə şeirləri oxuyanlar verə bilər, belədə siz kəpənək tozlarını
da hiss edə bilərsiniz...
Cavanşir YUSİFLİ
İtən cavablar
Cismimdən silmişəm
bütün kimliyimi,
Süfrədən çırpılan
artıqlar kimi...
Parçalanmışam,
dağılmışam hər yerə,
Sınmış stəkandan
qırıqlar kimi...
Didilmişəm, bitmişəm
həqiqət axtarışında,
Geyilib, cırılmış
çarıqlar kimi...
Kütlənin içində
insan axtarıram,
amma azıb qalmışam
yelkənsiz qayıqlar
kimi...
Ey itmiş
insanlıq, hardasan?
Bir dəfə
də mənim yoluma çıx.
Yorulmuşam gəzməkdən,
mağara, oyuq, alaçıq...
Anlamıram niyə, axı niyə?
Bu qədər acıq?
axı biz doğulmadıq
yarım, yarımçıq...
Təbiət bizi tam yaratdı.
Yoxsa bizi var saydığımız,
yoxluqlar yarımçıq
buraxdı?
Yenə
suallar, suallar...
Əvəzi nədir?
Axtarılan,
tapılmayan,
insan olmaq istəyənin
itirdiyi cavablar...
Getsəm yaxşıdır
Eşitdiyim yalan, gördüyüm
yalan
Ağın üzərində qara naxışıdır.
Naşı yolçu kimi dolanbac olan
Yollardan
qıraqda getsəm, yaxşıdır...
Gözlərim gözlərdən həqiqət
arar,
Sözlərim sözlərdən həqiqət
sorar,
Sonda dar ağacı mənə qurular.
Son sözü demədən,
getsəm yaxşıdır...
Ağa ağ deyirəm,
qaraya qara
Kimdir ki, eşidən sözlər
bekara.
İstədiyim hara, mənzilim hara.
Özümdən özümə getsəm,
yaxşıdır...
Doğrunun yerinə yalan haqq olur,
Həqiqət gözlərin yaşına
dolur,
Daha yalanlar da ömürlük olur.
Mən qısa ömürlə getsəm, yaxşıdır...
Bu yolda son yolçu
oldum, bilirəm.
Hər addım
yarıdan dönən
görürəm.
Başlanğıc da, son da birdir
deyirəm.
Bu yolun sonuna getsəm,
yaxşıdır...
Səni niyə yaşayım
ki
Yarpaq-yarpaq ötən ömür,
Xəzan
gəlsə bitən ömür,
Unudulub itən ömür,
Səni
niyə yaşayım
ki...
Göz yaşında axan ömür,
Ruha asi çıxan
ömür,
Atəş olub yaxan ömür,
Səni
niyə yaşayım
ki...
Buludlara
sığan ömür,
Yağış olub yağan ömür,
Bəxtimdən ağlağan ömür,
Səni
niyə yaşayım
ki...
Çoxluqda azalan ömür,
Yazılan, pozulan ömür,
Hər sirri çözülən
ömür,
Səni
niyə yaşayım
ki...
Bir udumluq susan
ömür,
Danışmayıb susan
ömür,
Sonu ölüm asan ömür,
Səni
niyə yaşayım
ki...
Asim XƏZƏR
Ədəbiyyat qəzeti.- 2019.-
16 mart.- S.30.