George Boqza (6 fevral 1908-14 sentyabr 1993) solçu və kommunist siyasi məhkumluğu ilə tanınan
rumın avanqard esseist,
şair və jurnalisti
idi. Müharibə dövründə
üsyançı kimi tanınan ən təsirli
Rumıniya sürrealistlərindən idi.
O, mübahisəli şeirlərindən bir
neçəsinə görə iki dəfə
plagiatda günahlandırılaraq həbs olunub. Boqza, Rumıniyada çoxlu sayda rəssamlıq
əsərlərinə görə uğur
qazanmışdır. Kommunist Rumıniya qurulduqdan sonra, Boqza öz üslubunu
Sosialist realizmə
uyğunlaşdırdı və hökumətə xidmət
edən ən əhəmiyyətli ədəbiyyatçılarından
birinə çevrildi. Geo
Boqza "Viata Romaneasca" və "Romania
Literara" jurnalının redaktoru, Rumıniya Yazıçılar Birliyinin rəhbərlərindən biri və Rumıniya Akademiyasının üzvü idi.
Məndə birisi var
heç bir ağrı onunla yad deyil...
Yeddi min illikdir.
Məndə birisi var
Birisi canından çalışır
ki,
heç uğuru
puça çevrilməsin
on altı yaşı var.
Adi insanların yaşları
mənim canıma yapışmaz
həmişə yeddi min
yaşım olub.
Amma dünyanın çətinlikləri
qarşısında
gərək ki,
On altı yaşında
öləm.
***
Vərşoda bir qız belə deyirdi:
Məni
sığallamaq istəyirsənsə,
mane olmayacam
Məni öpmək istəyirsənsə,
olsun.
Sinələrimi soyundurmağa icazə
verərəm
amma bilməlisən
ki, almanlar atamı güllələdilər
Yandırdılar qardaşımı kürədə.
Məni
sığallamaq istəyirsənsə,
mane olmayacam
Amma bilməlisən ki, bütün bu ölülər məndə
ağlayırlar
Və mən təpədən-dırnağa kül olmuşam.
Məni
öp,
amma kaş bu öpüş sənin ağzını acı etməsin!
***
Yuana
Maria bir gəmidir başqa dünyadan
1
Fevral ayının gün ortası idi, Yuana Maria
Gedib küçələrdə gəzək
- dedim
və əlinə bir çiçək verdim.
Belə
başladı o günorta
Şəhər qaranlığa batdı...
Surətsiz insanlar keçirdi
yanımızdan,
uzaqlara səfər etməyi düşünürdülər.
Hiss etmədən bizi də götürüb aparırdılar uzaqlara
Yanımda addımlayırdın
qaranlıqda,
sanki avaz səsini eşidirdim,
səssiz-səmirsiz
özünçün nəğmə
oxuyurdun.
Fevral ayının günortası
idi,
bir hekayənin başlanmasına möhtəşəm
gün idi.
Yuana
Maria,
əlində çiçək
vardı,
qıpqırmızı idi.
2
Bir qəribə ulduz göydə tapılmışdı
gündüzlərdə də görünürdü,
şəhərin gözü
ondaydı,
sadəcə, mən
ondan göz götürmüşdüm,
sənə baxırdım,
Yuana Maria!
O il, o qəribə
ulduz
gündən-günə parlayırdı,
şəhər ondan gözünü götürmürdü.
Sadəcə, mən sənə
baxırdım,
sənə baxırdım,
Yuana Maria.
3
O günlər dəmir parçalarıtək tökülürdü
şəhərə,
buludlar
bizi ondan qoparırdılar,
çətin günlərimizi
keçirirdik,
üfüqdən külək
göy qurşağının
damlalarını gətirirdi
və uzaqların ətrini...
Mən daima əllərinə baxırdım
və əllərin gözəldir, deyirdim.
Əllərin özünə bənzəyir,
Yuana Maria.
4
Bir dəfə səninlə küçəbəküçə qaçırdıq,
əlində bir qırmızı gül var idi.
Sənə dedim:
uzaqlara gedəcəyəm,
Yuana Maria
qayğılı fikirlərə
daldın
və o gülün ləçəklərini bir-bir
dərməyə başladın.
5
Hələ də şəhərdən
uzaqdakı ormanları
sevirəm, Yuana Maria.
Arasından keçdiyimiz ormanlar
sadə və təbii ormanlar,
şəhərdən uzaqdakı
ormanlar
amma mən sənə darıxmışdım.
Hər şey mənə möhtəşəm gəlirdi
deyirdin bu təpənin o tayında
fəvvarələr yurdudu.
Bəli,
Yuana Maria
təpənin o tayında
Fəvvarələr yurdudu,
amma biz heç zaman ora çatmayacağıq.
6
Böyük və parlaq bir ulduz idi,
həyrətlənmişcə ona baxırdıq.
Sənə dedim: bəlkə,
o mənim ulduzumdu
yox, Yuana Maria, o sənin ulduzun deyil,
sənin ulduzun başqa ulduzdur.
Bilinməyən bir ulduz
adamlar görə bilməzlər
sadəcə, bu dünyada mən bilərəm
hansı ulduzdur sənin ulduzun, Yuana Maria.
7
Hərəkətsiz durub sənə baxdığım
axşamlar
Yuana
Maria,
gözəl idin, Yuana Maria.
Tanınmayan adalardan çamış
bir yelkənlə gəmi kimi
gözəl idin, Yuana Maria
və mən sənə baxırdım,
səndən məst
olurdum
dənizin ortasına
aparan
bir yelkənli gəmi kimi ki, səni rəqs
etdirirdi,
ki, səni aparırdı
dünyanın sonuna
belə idi, Yuana Maria.
8
O payız, Yuana Maria
Həyatımın ən kədərli
axşamlarını yaşadım
Şəhəri bürüyən dumanlı
axşamlar,
səhərə kimi saat ağır yeriyirdi
və mənim ürəyim sənə darıxırdı, Yuana
Maria.
Sənə darıxdığım axşamlar
Aya darıxıb gecə addımlamağa adəti olanlar kimi
Amma sən həmişə başqa tərəfdəydin
səhərə kimi saat ağır yeriyirdi
və hirsli duman şəhərə yuva salırdı,
sənə darıxdığım
axşamlar, Yuana Maria
9
Sənin
fikrində olduğum gecələr,
Yuana
Maria,
tənha və çılpaq.
Kədərli Ay işığı altında
ki, göy üzündən damla-damla
qanımı sorurdu
və səhər öz başıma buraxırdı.
Sarala-sarala
özümü gündüzün
üzündən yuxarı
çəkirdim
okeanların dibindən
çəkən kimi
mənə baxırdın,
deyirdin:
nə saralmısan!
Hə...
Yuana Maria, saralmışam!
Və hər dəfə ki, səni düşünürəm
həyatım boyu
saralıram...
10
Məni
yuxudan oyadan səhərlər,
Yuana
Maria,
işıq kimi mənə tərəf gəlirdin
iki Günəş
aləmdə zahir olan səhərlər kimi.
Yuana
Maria,
belə bir səhərlərdə
həyatla üz-üzə
qalırdım
və saçlarım
küləkdə dalğalanırdı
səhərlərdə gözəllikdən
parlayan güllər
iki Günəş
aləmdə zahir olan səhərlər
sən məndə zahir olurdun, Yuana Maria
qanımdan,
məni yuxudan çəkib qoparan
alovlu və gənc Günəş
düz gözümü
açan dəqiqə
səni düşünürdüm
və səndən başqa o aləmdə kimsəni görmürdüm.
11
Torpaqda sürünən islaq o buludlu günlər
heç zaman təkrarlanmayacaq daha,
Yuana
Maria,
heç zaman təkrar olmayacaq!!
Adını işığın ucuyla köşklərə
yazdığım gün
yanıb-sönən işıqlarla,
sönüb-yanan işıqlarla,
amma adın qaranlıqda köçdü
bu ulduzdan başqa ulduza,
bu göydən o birisi göyə.
Elə oldu ki,
mən köşklərin
ucuna yazdım
yanıb-sönən işıqlara,
sönüb-yanan işıqlara
yazdım.
O zaman ki, adını
aləmin sonsuzluğuna
daşıyırdılar...
12
(İndi dənizlər bizi uzaqlara aparır)
Biz təzə bir-birimizə günaydın - dedik,
Yuana
Maria
O zaman ki, gecələrin
bitməz tənhalığında
Tapdıq
bir-birimizi Günəşin
doğmasında
və həyat bizim dodaqlarımıza qədər yeridi.
Acı və kədərli...
Biz iki yelkənli gəmi kimi olduq
Gecələrsə səfərdən sonra səhər çağı
bir-birilə görüşən
kimi.
Və faniliyin dalğaları ucalığında
bir-birinə salam verən kimi
Bu gün dənizlər
bizi uzaqlara aparır.
George Boqza
Tərcümə edəni: Ümid
Nəccari
Ədəbiyyat qəzeti.- 2019.-
4 may.-S.31.