Necəsən?
Kimsə,
haçan "necəsən"
soruşanda,
Nəzakətlə, "yaxşıyam, sağ ol", - deyirəm.
Amma... osteoartritim var, bu hələ hamısı deyil,
Astma, ürək də incidir hərdən...
Nəbzim
zəif, qanımda xolesterin çox,
Ancaq nə qəm, yaxşıdı,
bu yaşımda.
Meşə kənarıyla gəzə
bilmirəm daha,
Ən asan yolu tutub
getmək istəsəm
belə...
Gecələr yuxusuzluq yorub əldən salır,
Ancaq səhər
açıldımı, keçib-gedir
hər şey.
Başım hərlənir, yaddaşım
sönüb gedir,
baxmır sözümə,
Ancaq bu yaşımda yaxşıdı, çox
yaxşıdı!
Bu kiçik şeirdən
nə alınır?
Demək,
qocalıq gəldimi,
Ən yaxşısı, bir gün sümüklərin
sınacağını qəbul etməlisən...
Heç
zaman qocaldığınızı
dilinizə gətirməyin,
Dişlərinizi sıxaraq taleyə
boyun əyin,
Ətrafınızı xəstəliyiniznən
çərlətməyin,
Qocalan kəslər üçün
ən yaxşı məsləhət:
Dişlərinizi sıxın, bir-birinizə
gülün beləcə.
Səhər yataqdan güclə
qalxanda
Qəzetlərdə nekroloq oxuyursuz,
Adınızı burda görmədinizsə,
Demək,
yaşayırsınız, hələ
yaxşıdı hər
şey!
Vislava ŞİMBORSKA
Fransız dilindən tərcümə
edəni:
Cavanşir YUSİFLİ
Ədəbiyyat qəzeti.- 2019.- 4
may.- S.26.