Azərbaycan lövhələri
Biz Azəri Vayjaya
gələndə hər yan göylüyün içində üzürdü. Dinc və
barışlı şəkildə çiçəkdən-çiçəyə
qonan arıların uçuşduğu
bir çəməndə yurd
qurduq. Ata Qam maqları tör
başına çağırdı, qeybdən eşitdiyi mətləbləri anlatdı, yeni törələr qoydu
və sonda dedi: - Yüz illər ötəcək və siz təzədən diriləcəksiniz.
Tanrı işığı yenə də Əbədi Elin üstündə olacaq.
Türk olmanın dadını bulacaq, törənizə dönəcəksiniz.
Onda türklərin atası gələcək
və sizi qazanmadan-qazanmaya
aparacaq...
"Daş
Bitik", hicrətdən 7000 il öncə...
Min il tapdalandı,
min il talandı,
Min il ayaq altda qaldı bu torpaq.
Köyləri, kəndləri oda
qalandı,
Küncə sıxılanda özünü
dandı,
Doğma torpağında zəncirlənən
xalq.
Hər dövrə vurduqca zamanın pəri,
Tarixin qan içən cahangirləri,
Bu yurdu özünə meydan seçibdir,
Hər daşın üstündən
ölüm keçibdir,
Burda Keyxosrovun kəsilmiş başı,
Tuluğun içində al qan içibdir.
Hər daşı qaldırsan min
dastan deyər,
Min il əvvəl
olan el savaşından.
Deyərlər, Feyləqus oğlu
İskəndər,
Yunan ordusuna olarkən rəhbər,
Qüllələr yapdırıb insan başından.
Burda Bərdə qızı şanlı Nüşabə,
Qadın qeyrətini qoyub nişanə.
Bu ellər dönəndə
min-min tonqala,
Düşmənə gor olub son ev,
son qala.
Burda arslanürək ərənlər
ilə,
Yanaşı vuruşub amazonkalar.
Pompeyin yenilməz legionları,
Burda mələr
qalıb üzü torpağa.
Alplar ölkəsinin ər oğlanları,
Meydan savaşında yendi onları,
Yendi qılınclardan od yağa-yağa.
O şanlı günlərin
əsrarlığında,
Gizlənən günlər var
əsr ağırlığında!
Burda ərlər olub, ərənlər olub,
Babəklər, Arslanlar, Kərəmlər
olub,
Bir savaş günündə
Şah İsmayılın,
Topu kəsdiyini
görənlər olub.
Bir üzü Rum eli,
bir üzü Altay,
Göy Tanrı
atamız, Umay qatdadır.
Aldıq
ululardan törəni
lay-lay,
Məhrəm işigini səpəndə
Umay,
Duyduq ki, kökümüz kainatdadır.
Biz savaş eşqiylə kür idik, - gəldik,
Adəm övladına sirr idik, - gəldik.
Göy səma altında yollar bizə yar,
Keçilməz yolları qət
etdik suvar,
İran
ölkəsinin firiştələri,
Bizə dev savaşda həmyol oldular.
Ari Vayjasını keçdik
atüstü,
Azəri Vayjaya yuxulu gəldik.
Dünya
dəyişkəndir, yolları
tüstü,
Odlu canımızı yaxanda isti,
Tanrı
ərləritək toxumlu
gəldik..
Dünya
kitabında söz burum-burum
Türkün sədasını yay
ey tamburum!
Gəldik
od elinə,
kimlər çökdülər?
-
Daralar çokdülər, Kirlər
çökdülər,
Azəri
Vayjaya türk sözü yaydıq,
Kahinlər çökdülər, pirlər
çökdülər.
Burası
bir ölkə - Azəri Vayja,
Onun atəşində
türk toxumu-salt.
Biz qan axıtmışıq,
çox vermişik
can,
Savaş
meydanında qazansaq da san,
Yenilgi günündə
olmamışıq alt.
Dastanlar
verimli, türkülər
dərin,
Yatmışıq sırtında xatirələrin.
Novruz gecəsində güllər
açanda,
Səhərin ulduzu işıq
saçanda,
Aləm
çadırında tör
başı qurduq,
Atəşlər ölkəsi Azərbaycanda.
Azər
torpağının yanğısı
qutsal,
Hərə öz içində
bir od
bitirib.
Turan ağacında şaxəli
bir dal,
İtmiş kitabını axtaranda
xalq,
Bir qam Göy Tanrıdan törə gətirib.
Bunu tör başında ata qam dedi
-
Türklər törəlidir, törə
əbədi!
Dünyanı nizamla fırladır
qanun,
Tanrı qanunuyla yaşayar budun.
Bu Yer dağılmasa, bu Göy çökməsə,
Pozulmaz törəsi
ilahi odun.
Savaş kitabında biz zər idikmi?
Babalar söylədi türkündü
dünya!
Yeri başdan-başa gəzər
idikmi,
Biz Şirvan idikmi,
Xəzər idikmi?
Dünya
səltənəti qururduq
guya!
Üfüqdən-üfüqə keçdikcə
çəri,
Bir az oturaqdıq,
bir az köçəri.
Unutduq atəşi, unutduq qamı,
Könül isindirdi İncilin
tamı,
Oğuzun
mübarək bahadırları,
Qopuzla yaydılar
ulu İslamı.
Məhrəm işığını çilədikcə şəm,
Zaman öz atını çapdı yarına,
Zəfər balbalını yonduqca
tişə,
Dönüb əcdadların torpaqlarına,
Biz Səlcuq ordusu olduq möhtəşəm!
Küllüyün altından durdu
Naxçıvan,
Biz olduq, İrana,
Turana sultan.
Şəmsəddin Eltengiz azman bir sütun,
Arslanlar
doğurdu Möminə
xatun,
Beyrək
baxışlarla baxdı
dünyaya,
Şanlı səltənəti müqəddəs
odun.
Çaldı qopuzunu Qorqud dədələr,
Ulu azanların
gur gəldi səsi.
Şöhrət tonqalını yandırdı
zəfər,
Allah kəlamıyla ellərə
rəhbər
Oldu, bu müqəddəs odlar ölkəsi.
Gəncənin şöhrəti gəzdi
dünyanı,
Onda Nizamiydi
könüllər xanı.
Şahənə misralar doğan
günlərin,
Sirli xəzinəsi
fikirdən dərin.
Leylayla Məcnunun hekayətini,
Burada yaşadı
Fərhadla Şirin.
Zəfər türküsünü çaldıranda zəng,
Çingiz orduları sədlər keçdilər.
Tarix kitabını yazdıqca lələk,
Günləri gün üstə
fırladı fələk,
Ellər su yerinə dərd-qəm içdilər.
Dua göy üzündə, kök dərindədir,
Bu ellər Tanrının
nəzərindədir.
İman
qalasını yenmək
çox çətin,
Səmadan verilib bu kitab, bu din,
Orta əsrlərin üfüqlərində,
Günəştək parladı Tusi Nəsrəddin.
Açılmaz tarixin sirli bağları,
Savaşın səhnəsi min oyunludur.
Zülmətə bürünmüş orta çağların,
Üstündə yelləyən türk
bayraqları,
Qara qoyunludur,
Ağ qoyunludur.
Türkün rəşadəti cinlər
ürküdür,
Qoru ulu Tanrım, qoru türkümü!
Sükutun ardınca son savaş
gəlir,
Bayraq ləngərində al qumaş
gəlir,
Bölünmüş elləri birləşdirməyə,
Dodağı dualı qızılbaş
gəlir.
Bu dünya çox görüb ulu şahları,
Can Allah sözünə, tən gücə mayıl.
Taleyin köhləni açdı
bağları,
Didilib dağılmış bu torpaqları,
Bir bayraq altına yığdı İsmayıl.
Doğulub türklüyün arzularından,
"Qazilər, şah mənəm"! - dedi o mərdan.
Düşmənlər var isə, xıncaram - dedi,
Tuğumu
zirvəyə sancaram
- dedi.
Burda, Azərbaycan torpaqlarında,
Bumınam, Teymuram, Səncərəm
- dedi.
El başsız qalanda bircə anlığa,
Ortadan qaçmağa köklənir
ulus,
Xor baxıb alplığa, qəhrəmanlığa,
Ölkə bölünəndə əlli xanlığa,
İti süngüsünü
parladar urus.
Qəflət mürgüsündə dəm alanda biz,
Bakıdan aralı salındı Təbriz.
Yenilmiş elatlar olmaz özündə,
Məmləkət yaşadı şair
sözündə,
Tanrı
müjdəçisi ər
olmayanda,
Millətin murazı qalar gözündə.
Ümid
qılıncımız yaşadı
qında,
Gözlədik nə vaxtsa zəfər gələcək.
Əsrin
zülmətini dağıdanda
dan,
İşıqlı başların arzularından,
Xilaskar gələcək,
Heydər gələcək.
Torpağın bağrından bir
ərdi, gəldi,
Xalqın gözlədiyi Heydərdi
- gəldi.
Ehey, məmləkətin vətəndaşları,
Yüksəliş əsrinin qızıl
başları,
Keçmiş əzəmətin xarabasında,
Bir bina tikirik, yığın daşları.
Bilsin kafir mərə, bilsin dış aləm,
Zəfər çağlarımız hələ
öndədir.
Bir yol yenilmişik, qoy olsun, nə
qəm...
Səmadan verilən qılınc
və qələm,
Hər vətən
oğlunun ürəyindədir.
Savaş
mələyinin öz
öş günü
var,
Əsir
torpaqların dönüş
günü var!
Elxan Zal Qaraxanlı
Ədəbiyyat qəzeti.- 2019.-
4 may.- S.25.