Nobel mükafatçılarının

əsərləri Azərbaycan dilində 

 

Azərbaycanda tərcümənin tarixi çox qədim olmasa da, zəngindir, çoxşaxəlidir bu sənət günü-gündən inkişaf edir. Ölkəmizdə bədii tərcümə əsasən poeziya ilə başlayıb nəsrlə daha da zənginləşib. Ədəbiyyatın müxtəlif janrları üzrə Nobel mükafatı laureatlarının əsərlərinin tərcüməsinə xüsusi diqqətlə yanaşılıb. Amerikalı nasir, jurnalist, 1954-cü ildə mükafata layiq görülmüş Ernest Heminqueyin (1899-1961), nasir, 1962-ci ildə mükafata layiq görülmüş Con Steynbekin (1902-1968), nasir, 1949-cu ildə mükafata layiq görülmüş Uilyam Folknerin (1897-1962), kolumbiyalı nasir, 1982-ci ildə mükafata layiq görülmüş Qabriel Qarsia Markesin (1927-2014), fransız nasiri, dramaturqu, musiqişünası, ictimai xadimi, 1915-ci ildə mükafata layiq görülmüş Romen Rollanın (1866-1944), fransız nasiri, şairi ədəbi tənqidçisi, 1921-ci ildə mükafata layiq görülmüş Anatol Fransın (1884-1924), alman epik romançısı, esse ustası, 1929-cu ildə mükafata layiq görülmüş Tomas Mannın (1875-1955), italyan nasiri dramaturqu, 1934-cü ildə mükafata layiq görülmüş Luico Pirandellonun (1867-1927), çilili şair siyasi xadim, 1971-ci ilin laureatı Pablo Nerudanın (1904-1973), türk nasiri, 2006-cı ilin laureatı  Orxan Pamukun (1952), rus nasirlərindən, 1965-ci ilin laureatı Mixail Şoloxovun (1905-1984), 1970-ci ilin laureatı Aleksandr Soljenitsının (1918-2008), rus şairlərindən 1933-cü ilin laureatı İvan Buninin (1870-1953), 1958-ci ilin laureatı Boris Pasternakın (1890-1960) daha neçə-neçə yazıçının əsərləri Azərbaycan dilinə tərcümə olunub. Sevindirici haldır ki, bu ənənə əsasən birbaşa orijinaldan tərcümə ilə geniş miqyasda davam etdirilir.

Bununla yanaşı, milli peşəkar səhnə sənətimizin təşəkkülü inkişafı ilə bağlı dramaturji əsərlərin dilimizə çevrilib səhnə təcəssümü tapması da get-gedə inkişaf edərək formalaşab, ənənəyə çevrilib. Antik yunan ədibləri Esxilin, Sofoklun, Evripidin, dünya klassiklərindən ingilis Vilyam Şekspirin, Çarlz Dikkensin, Aqata Kristinin, Norveç Henrik İbsenin, fransız Jan Batist Molyerin, Jan Rasinin, Viktor Hüqonun, Aleksandr Dümanın, Onore de Balzakın, Antuan de Sent Ekzüperinin, Çin Tsao Yuyun, alman Fridrix Şillerin, yapon Rünesko Akutaqavanın, Süqoro Yamomotanın, rus Aleksandr Puşkinin, Aleksandr Ostrovskinin, Nikolay Qoqolun, Maksim Qorkinin, Yuri Lermontovun, Anton Çexovun, braziliyalı Gilerma Fiqeyrodonun, türk Namiq Kamalın, Şəmsəddin Saminin, Əbdülhəq Hamidin, amerikalı Biçer Stounun, Mark Tvenin, Tennesi Uilyamsın, danimarkalı Hans Xristian Andersenin, italyan Karlo Qoldoninin, Karlo Qotsinin, ispan Lope de Veqanın, Qarsia Lorkanın, macar Şandor Petefinin, Mikloş Dyarfaşın, irland Etel Voyniçin, yəhudi Şolom Aleyximin müxtəlif janrlı dramları, səhnələşdirilmiş nəsr əsərləri dilimizə tərcmə edilib tamaşaya hazırlanıb. Faciələrin dramların tamaşaya hazırlanması Azərbaycanda milli romantik teatrın, komediyaların oynanılması isə realist teatrın formalaşmasını sürətləndirən əsas amillərdən olub.

Nobel mükafatı laureatlarının dram əsərlərinin dilimizə çevrilməsi 100 ilə yaxındır ki, Azərbaycan tərcüməçilərinin maraq dairəsindədir. Laureatların səhnəmizdə oynanılan əsərləri janr, üslub, forma ideya-bədii xüsusiyyətlərinə görə bir-birindən əsaslı şəkildə fərqlənir. Belə fərqlənmə bilavasitə teatrın üslub-janr axtarışlarında yeni bədii-estetik ifadə vasitələrinin tapılmasına geniş zəmin yaradır. Ali ədəbiyyat mükafatçılarından Azərbaycan dilinə ilk dəfə alman ədibi, yaradıcılığı simvolizm çalarları ilə səciyyəvi olan, 1912-ci ildə Nobel mükafatına layıq görülmüş Herhat Hauptmanın (1862-1946) "Elqa" əsəri tərcümə edilərək 1923-cü ildə Milli Dram Teatrında tamaşaya qoyulub. Tərcüməçisi Kazım Ziya olan pyes tamaşaçılara "Dəhşətli röya" "Dəhşətli yuxu" adları ilə təqdim edilib.

Amerika ədibi, 1936-cı ilin laureatı Yucin O`Nilin (1888-1953) "Qaraağaclar altında məhəbbət" pyesini 1927-ci ildə Əbdülkərim İmamzadə tərcümə təbdil edib. Hadisələr Azərbaycana köçürülən əsər 1927-ci ildə Bakı Türk İşçi Teatrında oynanılıb. Bu əsər 1994-cü ildə Bəhram Osmanovun tərcüməsində Milli Dram Teatrında da tamaşaya qoyulub. Dramaturqun ictimai-sosial konfliktli "Qızıl" pyesini rejissor Tofiq Kazımov tərcümə edib özü 1971-ci ildə tamaşaya qoyub.

Belçika nasiri, filosofu, dramaturqu, 1911-ci ilin laureatı Moris Meterlinqin (1862 - 1949) 1905-ci ildə qələmə aldığı məşhur "Göy quş" dramını İsmayıl Hidayətzadə tərcümə edib. Əsərin ilk tamaşası 1936-cı ildə göstərilib. Simvolizm ədəbi cərəyanının estetik prinsipləri əsasında yazılmış pyesin tərcüməsində janrın vacib prinsipləri sənətkarlıqla qorunub saxlanılıb.

İngilis dilində yazan irland nasiri dramaturqu, 1925-ci ilin laureatı Bernard Şounun (1856-1950) dramaturgiyası Azərbaycan dilinə ilk dəfə 1967-ci ildə tərcümə edilib. Müəllifin "Şeytanın şagirdi" pyesi Mirzə İbrahimovun tərcüməsində Milli Dram Teatrında tamaşaya qoyulub. Şounun "Kənd elçiliyi" pyesini Həsən Əbluc tərcümə edib əsər Azərbaycan televiziyasında göstərilib.

Azərbaycan tərcüməçiləri fransız filosof, nasir, dramaturq, esse ustası, pedaqoq, ateist ekzistensializmin nümayəndəsi, 1964-cü ilin laureatı Jan Pol Sartrın (1905-1980) yaradıcılığına da müraciət ediblər. Mütəfəkkirin ekzistensializm üslubunda yazdığı "Dəfn edilməmiş ölülər" pyesini Rəfiq Zəka Xəndan tərcümə edib. Əsər 1988-ci ildə Milli Dram Teatrında tamaşaya hazırlanıb.

Fransız filosofu, nasiri, dramaturqu, aktyor rejissoru, 1957-ci ildə Nobel mükafatına layiq görülmüş Alber Kamünün (1913-1960) "Ağlasığmaz qətl" İzaməddin Bağırovun tərcüməsində Sumqayıt Teatrında (1998), Vaqif Əlixanlının çevirməsində Milli Dram Teatrında (2005) tamaşaya hazırlanıb. Bu əsəri Ağalar İdrisoğlu da tərcümə edib Ağdam Teatrında tamaşaya hazırlayıb.

Müxtəlif illərdə 1904-cü ilin laureatı ispan Xose Eçeqarayın (1832-1916) "Mahir aradüzəldənlər" (tərcüməçi Niymət Ağabalayev), 1934-cü ilin laureatı italyan Luici Pirandellonun (1867-1936) "Axmaq", 1907-ci ilin laureatı görkəmli ingilis uşaq yazıçısı, nağıl ustası Jozef Redyard Kiplinqin (1865-1936) "Öz xoşuna yaşayan pişik" (tərcümə edən Natiq Səfərov), 1913-cü ilin laureatı hind mütəfəkkiri, nasiri, filosofu Rabindranat Taqorun "Fəlakət" romanı "Qanq qızı" adı ilə (tərcümə edən Ələkbər Seyfi), 1920-ci ilin laureatı Norveç nasir dramaturqu Knut Hamsunun (1859-1952) "Viktoriya" (tərcümə edən Bəhram Osmanov), 1969-cu ilin laureatı irland nasiri, şairi, publisisti dramaturqu Samuel Bekketin (1906-1989) "Stullar" (tərcümə edən Oruc İzzətoğlu), "Ümid-2" (tərcümə edən Vaqif İbrahimoğlu) əsərləri dilimizə çevrilərək Azərbaycanın müxtəlif teatrlarının repertuarında yer alıb.

Haqqında danışılan pyeslərin tərcümələri bu istiqamətdə qazanılan uğurların daim inkişafda olan bir qoludur. Eyni zamanda, tərcümə əsərlərinin tamaşaya hazırlanması geniş mənada teatrımıza mövzu əlvanlığı, xarakter zənginliyi, üslub rəngarəngliyi, kompozisiya möhtəşəmliyi, səhnə monumentallığı gətirib, yeni poetika axtarışlarına, forma müxtəlifliyinə meydan açıb. Dediklərimiz bir daha onu göstərir ki, Azərbaycanda dram janrı üzrə səriştəli tərcüməçilərimiz formalaşıblar həmin yaradıcılıq növü ilə məşğul olanlar bu gün səmərəli axtarışdadırlar.

Yeri gəlmişkən, təqdiredici haldır ki, son illərdə "Ədəbiyyat qəzeti"nin daimi rubrikasında yazıçı Əyyub Qiyasın tərcüməsində Nobel mükafatçısı olan yazıçı şairlərin həyat yaradıcılığı haqqında maraqlı materiallar əsərlərindən seçmələr sistemli şəkildə yer alır. Bu xüsusi təqdirə layiq bir ənənədir hesab edirik uğurla davam etdiriləcək.

 

Esmiralda Rəhimli

 

Ədəbiyyat qəzeti.- 2019.-  4 may.- S.19.