Nə olsun ki, bir
misrasan?
Görən
dünya nə boydadı, -
Sən nə
qədər yer tutursan?!
Qoşa əlin
sinəmdədi, -
Yoxsa sən
də zər tutursan?!
O çəkdiyin
ahdı bəlkə?
Ay bu gecə
axdı bəlkə...
Xatirələr
çoxdu bəlkə, -
Təzə
bir dəftər tutursan?
Yorğun
yağır bu qar deyə, -
Gec gələcək
bahar deyən...
...O qəm
yaddan çıxar deyə,
Sinəndə
əzbər tutursan...
Bulud
sazdı, göylər ozan...
Bu
yağışı kimdi yozan?
Nə
olsun ki, bir misrasan,
Gör
neçə əsər tutursan?!..
Hər adam elə bil yağış
suyudu
Bizim həyatımız
bir meşə imiş, -
Hər
gün ağac-ağac vurulur adam.
Bəlkə
dincəlməyə gedir bir qədər, -
Bəlkə
yaşamaqdan yorulur adam?!
Göy
onu çəkəndə quşa çevrilir,
Yeri
çəkəndə xışa çevrilir.
Axırda
bir parça daşa çevrilir, -
Dünyaya
gələndən yorulur adam...
Dərədə
dincələn yoxuş suyudu...
Bu bir
quş südüdü, ya quş suyudu?
...Hər
adam - elə bil yağış suyudu, -
Torpağın
altına sorulur adam...
Gəl, səhra - sinəmdən
daşıyaq qumu
Dağda
çiçəklərin davası düşüb, -
Qanına
boyanan bir lalə qalıb...
Nanənin
köksündə bir nalə qalıb.
...Bəlkə
də milyon il hamilə qalıb,
Günəş
göy üzündə bu Doğmaq üçün...
Yenə də
başlayıb ayrılıq bumu,
Gəl, səhra
- sinəmdən daşıyaq qumu...
Haçandı
dərd məndən sədəqə umur, -
Mən
indi nə verim o axmaq üçün?..
İsti nəfəsindən
əriyər bu qar...
Yarın
yaralıdı, - yar, yaramı yar...
Quşlar
dimdiyində çöp daşıyırlar,
Mənim
tikəcəyim bir daxma üçün...
Bu taxta
sarayda taxt ayır mənə,
Bir
baxtsız ozanam bəxt ayır mənə.
İlahi,
bir az da vaxt ayır mənə, -
Bir az da
vaxt ayır, darıxmaq üçün...
Bəlkə bu gecəni yaralayıblar?
Bu
canı bir sözə köçürmüşəm mən,-
Gəl, sənə
söz verim can əvəzinə.
Bəlkə
bu gecəni yaralayıblar, -
Damır
Ay işığı qan əvəzinə?!
Bir
könül varımdı, - qarım apardı...
Məni
budaq-budaq qırıb apardı.
Göyün
günəşini qürub apardı,
İndi o
günəşin yan əvəzinə...
...Yaxşı
ki, qar yağır, - bəndə ağarır...
Girim bu
sünbülə, - dəndə ağarım.
Bəlkə
bu gecədə mən də ağarım, -
Sökülsün
ürəyim dan əvəzinə?!.
Vaxtın
darağında saç qoymuşam mən,
Neçə
gün qələmi ac qoymuşam mən...
Dərdimin
başına tac qoymuşam mən, -
Taxta
çıxartmışam xan əvəzinə...
O körpə bələkdən elə
boylanır
Dərdlə
dolanıram... bir quru dərdlə
Suyum da
gözümün şehindən çıxır.
...Bayaqdan
bir vətən şeiri yazıram,
Qarabağ
sürüşüb şeirdən çıxır...
Atın dəyərini
nala verirsən,
Sözün
yaxasını lala verirsən...
Bu dərdin
birini yola verirsən,
Baxırsan:
biri də böyürdən çıxır...
Dağa
bax, əyilib gülə boylanır...
Günəşin
özü də günə boylanır
...O
uşaq bələkdən elə boylanır, -
Elə
bil tilsimdən, sehrdən çıxır...
Gərək əllərimi atım
bir yana
Bəlkə
yüz ömürlük havam olarsan, -
Çəksəm
nəfəsimə bir udum səni...
Yayda
gözlədiyim yağış kimisən, -
Gəl,
basım bağrıma, buludum, səni.
İçində
azdığım yaşıl meşəsən,
Gülsən,
gül tağısan, ya gülöyşəsən?
Gözümə
sərdiyim bir bənövşəsən, -
Əlim də
gəlmir ki, qurudum səni.
Getsəm,
muğayat ol xatirələrdən,
Eh, daha nələrdən,
daha nələrdən...
...Gərək
göz yaşına söz qoşum hərdən, -
Gərək
misra-misra ovudum səni...
Qılınc
doğuldum ki, baxım bir yana...
Bu yol da
yorulmur, - çatım bir yana.
...Gərək
əllərimi atım bir yana, -
Saçından başlayıb unudum səni...
Bir azdan gecəni əridər bu
şam
Mən
dedim: - bu dünya sığsın canıma, -
Amma demədim
ki, dünya dar olsun?!
Mən sənin
üzünə sevdim dünyanı, -
Qoy
dünya üzünə minnətdar olsun!..
Dağda
lalələri bəlkə qan çəkir?
Damlanın
dərdini bir ümman çəkir...
Şirəni
güldən yox, tikandan çəkir, -
Belə
"arı"lara bəlkə ar olsun?
Bu gün
göy üzündən qovulmuş quşam,
Bir azdan
gecəni əridər bu şam...
Bu
ölüm yolunda bir can qoymuşam, -
Qoydum ki,
məndən də yadigar olsun...
Sən
özün yazmısan, - nə silsən belə...
Hər
yerdə Sən varsan... nə sirsən belə?!
...İlahi,
bəs niyə susursan belə, -
Yoxsa, istəyirsən
dünya kar olsun?!.
Açın bu dünyadan məni
Bir az
laxlayıram, Allah, -
Bir az
çürük diş kimiyəm.
Ölmüşəm
- ya bir "xonça"da
Gedən
bir "bəxşiş" kimiyəm?
Özü
xəstə bir loğmanam,
Bir də
məni doğma, anam.
Bir kilsədə
müsəlmanam,
Bir camda
keşiş kimiyəm...
Nədən
vurdu nadan məni?
Bu qəmdi
oynadan məni...
Açın
bu dünyadan məni, -
Bir az
ilişmiş kimiyəm...
Neynirik
ki, quzu kəsək?
Bu qurbanlıq
Sözü kəsək...
Öz
başını özü kəsən,
Sonuncu dərviş
kimiyəm...
Sənin sağlığına
Göyə
çıxım, bulud olum,
Dolum sənin
sağlığına.
Payız,
məni yarpaq elə,
Solum sənin
sağlığına.
Nədən
yaranmışıq haqdan?
Sən
palçıqdan, mən də ahdan.
İstəyirsən,
lap Allahdan
Sorum sənin
sağlığına...
Bu
darıxmaq nə vərdişmiş?
Dərdin
mənə işi düşmüş...
Yaşamaq
- nə böyük işmiş?! -
Ölüm
sənin sağlığına...
Çətin səndən sonra bu
şəhər qala
Tüstüsü
içində boğulan damam,
Dünən
oğlum idim, sabah atamam.
Mən
paxıl adamam, paxıl adamam, -
Qoymaram
kiməsə bir kədər qala.
Sinəm
bir saraydı, - gəzir xan səni,
Gəlib
istəyimmi yaxandan səni?
Axtara,
tapmaya bu oğlan səni, -
Bu dərdin
əlində dərbədər qala...
Dünyanı
böldük ki, belə kəm düşə?
Mənə
də eşq adlı bir aləm düşə...
Bu çöldə
əlinə bir qələm düşə,
Hamını
pozasan... bir nəfər qala.
...Düşür
Gül - Ömürdən hər gün bir ləçək...
Gətir əllərini
- üşüyür əlcək.
...Bir
gün uzaqlara köçüb gedəcək, -
Çətin
səndən sonra bu şəhər qala...
Sevdiyimə ağı
Mən də
bir gün qərib ruhlar
Ölkəsinə
gələrəm.
Bəlkə
varsan, bəlkə yoxsan,
"Bəlkə"sinə
gələrəm.
Sən
yarasan, yoxsa yarsan?
Ürəyimə
yağan qarsan...
Əllərini
uzadarsan, -
Kölgəsinə
gələrəm...
Günəş
sönüb... hava sərin.
Hara gedim
- hər yer sənin.
Boynuburuq
sevgilərin
Cərgəsinə
gələrəm...
Get
Çəkil
get,
O yol səni
çəkir... get.
Mən sənin
albomundum, -
İndi
şəkil-şəkil get...
Yığış
get
Dağ
çağırır... yoxuş get.
Mən
bir susuz səhrayam,
Sən də
yağış-yağış get...
Burul get,
O suya bax,
- durul get.
Qoy bu qəmi
oxşayım, -
Kədərimə
vurul, get.
Gərəkdisə,
Gərək,
get.
Gəl,
bu dərdi dərək, get.
Mən
yaralı durnayam, -
Məndən
lələk-lələk get...
Çıraq
get,
Saçlarında
daraq get,
Mən
bir köhnə kitabam, -
Qopub
varaq-varaq get...
Bulud
get...
Gözlərimi
qurub, get.
Gedirsənsə,
özünü,
Sən
yanımda unut, get...
Əllərini göndər gəlsin
yanıma
Ürəyimi
görməmişəm, nə bilim, -
Bəlkə
elə damar yeri ağrıyır?
Bu
dünyanın əyri üzü ağrımaz,
Bu
dünyanın hamar yeri ağrıyır.
O qoca da
atıb getdi qarısın,
O qarı
da yarı adam, yarı su...
Köhnə
yaram bu təzəni sarısın,
Canımdakı
qubar yeri ağrıyır.
Bu əllərim
bəlkə sənin əl izin?
Qoyma
günəş gözlərində ərisin...
Bir dəfə
sən adımı çək, əzizim, -
Adımdakı
qabar yeri ağrıyır...
Üfüqləri
kim çəkibdi tarıma?
Aman bulud,
için-için zarıma.
...Əllərini
göndər gəlsin yanıma, -
Saçlarımda
tumar yeri ağrıyır...
Əlizadə Nuri
Ədəbiyyat qəzeti.- 2019.- 4
may.- S.4.