Azərbaycan Yazıçılar
Birliyinin
Katibliyində
Azərbaycan Yazıçılar Birliyinin
Mətbuat xidmətindən
Edebiyyatqazeti.az-a verilən məlumata
görə xəbər
verdiyimiz kimi aprelin 3-də ədəbi
orqanların redaktorlarının
iştirakıyla Yazıçılar
Birliyi katibliyinin geniş iclası keçirildi. İclasda Hörmətli Prezidentimizin
Yazıçılar Birliyinə
ayırdığı 800 min manatın istifadə olunması barədə bir çox təkliflər səsləndi.
Sonra redaktorlar təkliflərini
yazılı şəkildə
də Katibliyə təqdim etdilər.
Mayın 1-də katibiliyin iclasında bu təkliflər bir daha müzakirə
olundu və bu məsələdə Rəssamlar və Bəstəkarlar İttifaqlarının
təcrübəsi də
nəzərə alınaraq
müvafiq qərarlar qəbul olundu.
Qeyd olundu ki, məhz bu
vəsait ayrılandan
sonra Katibliyə müalicə və maddi yardım üçün onlarla ərizə daxil olub. Ayrılan vəsait on qat
artıq olsaydı belə bütün bu xahişlərə əməl etmək qeyri-mümkündür. Həm də
bu dövlət yardımının əsas
məqsədi ədəbiyyatımızın
ümumi inkişafı
və təbliği işinə xidmət üçün ayrılmışdır.
Odur ki, Katiblik bu
vəsatin müəyyən
hissəsini yaşlı
və gənc müəlliflərin 50 kitabının
nəşrinə sərf
edəcəkdir.
Son illərdə poeziya, nəsr, dramturqiyada dəyərli əsərlər
yaratmış, elm və
publisitika sahəsində
səmərəli fəaliyyət
göstərmiş müəlliflərə
hərəsi iki min manat məbləğində
12 mükafat, beş gənc müəllifə
hərəsi bir min manat məbləğində
mükafat verilməsi
nəzərdə tutulur.
Yazıçılar Birliyinin aparatında,
ədəbi orqanlarında
uzun illər boyu ardıcıl və fəal çalışan, işinə
məsulliyyətlə yanaşan
əməkdaşlar da
redaksiyaların təqdimatıyla
mükafatlandırılacaqlar.
Naxçıvan Yazıçılar Birliyinə, Gəncə, Sumqayıt və bütün başqa bölmələrimizə vəsait
ayrılır. Yazıçılar Birliyinin Tərcümə
və Ədəbi əlaqələr Mərkəzinə
də müəyyən
vəsait ayrılacaqdır.
Müəyyən məbləğdə vəsait
xaricdən gələcək
qonaqlarımızın qəbuluna
və xaricə ezamiyyətə gedən yazıçılarımıza sərf olunacağı nəzərdə tutulur.
Yazıçılar Birliyinin və onun ədəbi orqanlarının, Tərcümə
Mərkəzininin texniki
ehtiyacları – komputer,
kseroks aparatları, printerlər üçün
vəsait ayrılır.
Saytlarımızın birləşdirilməsi, aktivləşdirilməsi,
buna lazımı vəsaitin ayrılması
nəzərdə tutulur.
Maddi durumu xüsusi ağır olan və müalicəyə
ehtiyacı olan bir neçə yazıçıya yardım
ediləcək.
Bütün xərclənən vəsait
Birliyin katibliyi tərəfindən təsdiq
ediləcək və Katibliyin bilavasitə nəzarəti altında olacaqdır.
Ədəbiyyat qəzeti.- 2019.- 4
may.- S.2.