Oxucu var, yazıçı
yoxdur
Bəli, ədəbiyyatımızın infrastruktur problemləri kifayət qədərdir. Nəşriyyat
sisteminin oturuşmaması,
kitab mağazasının
azlığı... Bunlar
öz yerində... Amma bu gün başqa
bir mövzudan danışmaq istəyirəm
ki, həmin mövzu infrastruktur problemlərindən daha ciddi əhəmiyyət daşıyır.
Məsələ nədir? Bu gün biz gəncliyin düşüncə
və maraqlarına uyğun əsərlər
yarada bilirikmi? Onları ədəbiyyata, mütaliə
prosesinə cəlb edəcək əsərlər
yazırıqmı? Məncə, yazmırıq. Açıq danışaq. Etiraf yüngüllükdür...
Desəm ki, ədəbiyyat zamanın ruhundan doğur, yəqin ki, böyük bir kəşf etmiş olmaram. Əslinə baxsan, bu barədə
heç mübahisə
edən də yoxdur. Amma praktikada vəziyyət
necədir? Hə,
bu artıq başqa məsələdir...
Zaman o zaman deyil. 60-cı illərdə
qapalı ölkədə
yaşayırdıq. Qloballaşma barədə söhbət
belə getmirdi. İnternet yox idi. Netflix yox idi.
Peyk antenaları yox idi. Bircə televiziya kanalı
vardı. Ədəbiyyat
üstündə də
senzura... Xarici ədəbiyyata ciddi
qadağalar qoyulmuşdu.
Ona görə də oxucular az qala vakuumda yaşayırdılar.
Buna görə də oxucunu təəccübləndirmək asan idi.
Lakin açıq
şəkildə etiraf
edək ki, o dövrün ədəbiyyatı
zamanın çağırışlarına
daha adekvat cavab verə bilirdi. Amma bu günün
yazıçıları heç
də bu haqda düşünmürlər.
Ya da düşünmək istəmirlər. "Oxucu
yoxdur" şüarını
əllərində bayraq
edirlər...
Oxucu var, sadəcə, biz onu maraqlandıra bilmirik. Məsələ də bundadır.
Misal üçün, götürək
"Taxt-tac oyunları"
(Game of Thrones) serialını... Bu serial az qala bütün dünya ölkələrində yayımlanır.
Eyni saatda bütün dünya gəncləri bu seriala baxır... Baxmaq nədir? Avstraliyada minlərlə adam
serial yayımlandığı günlərdə işdən
icazə alır. Ölkəmizdə də bu serialın böyük izləyici kütləsi var...
İndi sual edirəm? "Taxt-tac
oyunları"na baxan gəncliyi necə təəccübləndirməli?
Nə ilə heyrətə salmalı? Necə onları kitaba
yaxın gətirməli?
Onları nə ilə cəlb etməli... Məsələ
burdadır, yoldaşlar...
Siz nə zamana qədər kənddəki qonşu kişinin eşşəyindən,
nakam məhəbbətdən,
işıqpulunu verə
bilməyən adamdan yazacaqsınızsa, o qədər
də oxucunuz olmayacaq. Dövr o dövr deyil.
Bütün dünya yeni
hekayə axtarır.
Təsirli hekayə...
Güclü hekayə...
İnsanı heyrətə
salan hekayə... Sizin bu nağıllar
kimin nəyinə gərəkdir?
Postmodernizm artıq zamanın ruhunu ifadə edir. Ən müxtəlif
başgicəlləndirici qurğular,
ən müxtəlif düşüncə mexanizmlərinin
bir qazanda qaynadılması, oyun estetikası, roman içində
roman nəzəriyyəsi, böyük
ideyaların ölümü,
müasir insanın hər cürə ziddiyyətləri... Lakin biz, sanki
ilişib 70-ci illərin
Sovet insanında qalmışıq. Əsərlərimizdə
modern insan yoxdur.
Onun draması yoxdur, onun ziddiyyətləri yoxdur.
Lüdviq Vitgenşteyn deyirdi ki, inqilab etmək
üçün inqilabçı
olmaq gərəkdir. Müasir
əsər yazmaq üçün də müasir düşüncəni
qavramaq... Oxucuların yazıçılardan daha hazırlıqlı olduğu bir ölkədə yaşayırıq.
Yazıçılarımız zamanın tələblərini
gözardına vururlar. Sürətlə marjinallaşırlar. Oxucudan qopublar.
Ancaq öz tavalarında, öz yağlarında bişirlər. Buna görə də oxucu yoxdur deyirlər.
Amma, əslində, hər şey çox sadədir: Yazıçı yoxdur!
Qan Turalı
Ədəbiyyat qəzeti.- 2019.-
11 may.- S.13.