İsinə bilmədi bir mənzilbaşı
Qaranquş yuvası, bənövşə ətri.
Bahar ovqatı
Günəş gülür, şaxta
bitir nəhayət,
Ana torpaq uyumaqdan
yorulur.
Başa
vurur qış yuxusun təbiət,
Sellər axır, çaylar daşıb durulur.
Boş qalmışdı yol gözləyən yuvalar,
Qaranquşlar eyvanlara doluşur.
Bayramlığa çıxır yenə
obalar,
Sevgililər bulaq üstdə görüşür.
Çərşənbələr sayalanıb
seçilir,
Xatirələr çözələnir od üstə.
Sevgilərə necə andlar içilir,
Nişanlanır qızlar təmiz ad üstdə.
Tozlu yollar çaparların yüyürdür,
Atlarının yer görməyir quyruğu.
Vətən üçün nər
oğullar böyüdür,
Anaların layla dilli yüyrüyü.
Günəş doğur, eşqə
gülür hər könül,
Dua ilə dinir dillər, dodaqlar.
Qanımıza şirə qatır
elə bil,
Saf suyundan içdiyimiz bulaqlar.
Qaranquş yuvası,
bənövşə ətri
Yaman soyuq keçdi bu ilin qışı,
Don vurdu ağacı,
buz tutdu daşı.
İsinə bilmədi bir mənzilbaşı
Qaranquş yuvası, bənövşə
ətri.
Yaza ümid etdi, yaz gecikirdi,
Gah qar ələyirdi, gah sel tökürdü.
Gözləyə-gözləyə həsrət
çəkirdi
Qaranquş yuvası, bənövşə
ətri.
Bir ümid doğurdu günəş hər səhər,
Keçinib gedirdi axşam birtəhər.
Boylanıb qalırdı içində
qəhər
Qaranquş yuvası, bənövşə
ətri.
Yuva boş qalmışdı,
gül darıxırdı,
Bu bahar hələ
də gendən baxırdı.
Bir sevda eşqinə seyrə çıxırdı
Qaranquş yuvası, bənövşə
ətri.
Yandı,
arzuların günəşi
yandı,
Yuva ətirləndi,
gül yuvalandı.
Nəğməyə kökləndi, sözlərdə dindi
Qaranquş yuvası, bənövşə
ətri.
Yağışam
Yağışam, sığmadım bulud
gözünə,
Halallıq istəyib, göylərdən
endim.
Sanki pöhrələnib bu yer üzünə,
İncə çiçəklərin gözündə
döndüm.
Bəzədim xoş keçən
ömrünü yazın,
Çaylara sovruldum, kəhrizə doldum.
Eşq ilə süslənən gözəl bir qızın,
Uzun kirpiyində
damla yaş oldum.
Öpüldüm tellərdə mən
narın-narın,
Torpağa vuruldu ətrimi duyan.
Süzüldüm sıldırım, sal
qayaların,
Köpüklü şəlalə qanadlarından.
Tanrının izni ilə aldım ünvanı,
Hər damlam buluddan süzülməz əbəs.
Mənim
əlimdədir torpağın
canı,
Adıma bağlıdır aldığı
nəfəs.
Qarışqa yuvası
Dolub qarışqayla evim-otağım,
Bahar çoxdan
gəlib, siz gecikmisiz.
Kim sizə bir belə
ixtiyar verib,
Evimin içində
yuva tikmisiz?
Bu nə haray-həşir,
eyib deyilmi?
Yenə çağrılmamış qonaq
olmusuz.
Qanad çıxarmısız kəpənək
kimi,
Bəlkə, gəlin gedir bir qarışqa-qız?
Bəlkə, sevgi kimi yoxdu yeriniz,
Beləmi bildirir hicran özünü?
Yenə
at oynadır sürüləriniz,
Pəncərəm uzunu, pərdəm uzunu.
Yatmışam sizi də verib yuxuya,
Bu gecə ovcuma dolmusuz nədən?
Bir eşqi-pünhanı sevmişəm
deyə
Əlim bala batıb bəlkə, bilmədən?
Səndən danışar
Bu vərəqlər adam olsa,
Dil açsa,
səndən danışar.
Qara daşlara gün doğsa,
Gül açsa
səndən danışar.
Şərabı yox piyaləmin,
Dodağı qandı laləmin.
Əlimdən qaçsa qələmim,
El aşsa səndən
danışar.
Payız
gəldi, batma yasa,
Bir pillə
var qışdan yaza.
Tanrı
belə, aramıza
Yol açsa
səndən danışar.
Şəklimi
Böyüdüb şəklimi asma
divardan,
Sükutum kövrəlib ağlaya bilər.
Üzümdə cəm olan həsrət yükünü,
Çətin ki, divarlar saxlaya
bilə.
Sən təkcə dünyama, özümə deyil,
Büsbütün ruhuma, qəlbimə yadsan.
Divarda olmasa rəsmim elə bil,
Məni yavaş-yavaş unudacaqsan.
Daha yolum üstə çıxmasan belə,
Dönüb gələcəksən sözümə
hər gün.
Şəklimi silməyə ərinəcəksən,
Orda toz qonacaq üzümə hər gün.
Nə fərqi,
şəklimi asmısan
hardan?
Şəkillər xatirə, bu can əmanət.
Böyüdüb şəklimi asma
divardan,
Şəklimi asmağa yerlərmi qəhət?
Könül istəyim
Alsın
qucağına göy
çəmən məni,
Uyuyum ətrində
gülün, çiçəyin.
Qısqansın çəmənə yasəmən məni,
Eh, hələ bitməyib könül istəyim.
Bulud arxasından göz vursun günəş,
Bir ağac
kölgəsin üstümə
sərsin.
Oyansın qəlbimdə qor
tutan atəş,
İçimdə bir qərib sevgi göyərsin.
Ulduzlar səmanı bəzəsin
yenə,
Zümzümə içində öpüşsün
quşlar.
Süzülsün vüsaltək çölə-çəmənə,
Yusun nisgilimi
yağan yağışlar.
Alsın
qucağına göy
çəmən məni,
Uyuyum ətrində
gülün, çiçəyin.
Qısqansın çəmənə yasəmən məni,
Eh, hələ bitməyib könül istəyim.
Saçlarımı...
Əlinin
oduyla qızınır
saçım,
Gözündən təravət qazanır saçım.
Öpdüyün yerlərdən uzanır
saçım,
Daha saçlarımı kəsdirməyəcəm...
Gah acı yel çırpar,
gah yağış döyər,
Şövq ilə qucduğun belimə dəyər.
Kəsdirsəm qəlbim də
küsər, inciyər,
Daha saçlarımı
kəsdirməyəcəm.
Bir atəş gizlənmiş
bir ovuc külə,
Ümidlə tüstüsün gözlərəm
hələ.
Dözməyib həsrətdən ağarsa
belə,
Daha saçlarımı
kəsdirməyəcəm.
Əhdim
də həmindir, saçım da həmin,
Qoy saçı
kəsilsin kədərin,
qəmin.
Kəssəm də əhdini
ümidlərimin,
Daha saçlarımı
kəsdirməyəcəm.
Sənin kitabın
Təzə kitabın çıxıb,
çox gözəl
deyilmi bu?
Çıxıb dünyanın
ən ilk
sevgi dolu kitabı...
Dünya
"başbilənləri"
buna səssiz qalmasın.
Bu kitab bu dünyanın
ən bahalı almazı.
Bu kitab sondan bir
ilk,
ilkdən sondu, deyərdim.
Şəxsiyyət vəsiqəndi,
pasportundu, deyərdim.
Yox, yox,
bunu deyiblər,
başqa cür,
ayrı çapda...
Özəlliyi odur ki,
Sən varsan bu kitabda!
Sanma ki, həyatını
vərəqlərə bölürəm.
Gözüm axtarsa səni,
hara baxım, bilirəm...
Ay Bəniz
ƏLİYAR
Ədəbiyyat qəzeti.- 2019.-
11 may.- S.21.