Kor musiqiçilər haqda şeir...
Korlar gecələr
dolaşar.
Gecələr daha asandır
Meydançalardan keçmək.
Korlar
hiss edərək yaşar,
dünyaya əlləri
ilə
toxunaraq,
aydınlığı və kölgəni
tanımadan
və daşları
hiss edərək:
Daşlardan tikilər
divar.
Divarların dalında kişilər.
Qadınlar.
Uşaqlar.
Pul.
Buna görə
yıxılmazdır daş divarlar.
Yanlarından düz keçmək
daha yaxşıdır.
Musiqisə - onlara ilişib
qalır
Daşlar udur musiqini.
Musiqi onlarda ölür.
Gecələr ölmək pis şeydir.
Pisdir ölmək
hiss edərək.
Belə
çıxır - korlar
üçün
hər şey çox daha sadədir.
Kor adam
meydandan keçir.
(196?)
İosif Brodski
Tərcümə etdi: Həmid
PİRİYEV
Ədəbiyyat qəzeti.- 2019.- 11 may.- S.31.