ƏDƏBİYYAT ÜZRƏ 1936-CI
İLİN NOBEL MÜKAFATÇISI:
Yucin ONİL
Amerikan dramaturqu. 16 oktyabr 1888-ci ildə Nyu-Yorkdakı "Brodvye"
mehmanxanasında tanınmış
amerikan aktyoru Ella Onil və irland
mühacir Ceyms Onilin ailəsində dünyaya gəlib. Nyu-Yorkdakı katolik internat-məktəbdə
ibtidai, daha sonra ona ədəbiyyatı
sevdirən Nyu-Londondakı
orta məktəbdə
təhsil alıb.
1906-cı ildə Printon
Universitetinə qəbul
olunub, lakin 1 il sonra
təhsilini yarımçıq
qoyub.
1909-cu ildə atasının
etirazına baxmayaraq ailə quraraq, qızıl axtarmaq məqsədilə Hondurasa,
oradan İngiltərəyə
və Argentinaya gedib. Bu ölkələrdə
olarkən avaralıq edib, səfil kökündə yaşayıb,
alkoqola meyillənib, depressiyadan əziyyət çəkib. Bir qədər
sonra gəmi şirkətində işə
düzəlib. 1911-ci ildə Nyu-Yorka qayıdıb və vərəmdən müalicə
alıb.
1912-ci ildən pyeslər
yazmağa başlayıb. "New London Telegraph"la əməkdaşlıq
edib. Kiçik Yucin Onil adlı oğlunun anasından - birinci arvadından boşanıb.
1914-cü ildə C.P.Bekkerin Harvard Universitetində
təşkil etdiyi dramaturgiya seminarlarında iştirak edib. 1916-cı ildə dramaturq "The Provincetown Players" teatr truppası ilə əməkdaşlığa
başlayıb və həmin truppanın nəzdində onun bir neçə pyesinə qruluş veriblər. Dramaturqun
"Yağ-çörək", "Üfüqdə", "Saman",
"Qızıl", "İmperator Cons", "İlk
insan", "Böyük
Tanrı Braun", "Matəm",
"Sonsuz günlər",
"Şair qəlbi"
və sair pyesləri dünya teatrlarının səhnəsində
uğurla tamaşaya qoyulub. Yucin 1936-cı ildə "Yeni ruhda qələmə aldığı dram əsərlərindəki
güclü təsir qüvvəsinə, gerçəyi
ifadə bacarığına
və dərin fikirlərinə görə"
ədəbiyyat üzrə
Nobel mükafatına, 1920, 1922, 1928-ci illərdə və ölümündən sonra
1957-ci ildə Pulitser
mükafatına layiq görülüb.
1953-cü ilin 27 noyabrında,
65 yaşında Boston otelində
dünyasını dəyişib.
"Ədəbiyyat qəzeti"
oxucularına dramaturqun
əsərlərindən bəzi
sitatları təqdim edirik.
Sitatlar
Bəyənmək - hələ sevmək deyil.
Bu qədər çox
işləmək təhlükəlidir. Bu, elmə məlum olan ən ölümcül
vərdişdir.
Hər gün ona qurtulmağı mümkün olmayan qəfəs kimi görünürdü.
Tənhalığı sevirdim. Günəşin üfüq arxasında
gizlənməyinə baxmaqdan,
səmaya səpələnən
rəngləri seyr etməkdən zövq alırdım. Səma
hər gecə bir cür olurdu
- ya
buludlu, ya da tamamilə aydın və qürub da müxtəlif
rənglərə boyanırdı.
İnanırdım ki, orada - üfüq arxasında, təpəliklər tərəfdə
möcüzələr diyarı
var və həmin diyarda mərhəmətli pərilər
yaşayır.
Bəli,
Harri, elə bilirdim cəsarətləri
çatar, buvaxta qədər rədd olub gedərlər. (O, gülümsəyir.) Ola bilsin, içimdə müəyyən şübhələr
olub. (Qəflətən
səmimi və ciddi peşmanlıq içində dayanır).
Məhz bunun nə qədər
çətin olduğunu
bildiyim üçün.
Bilirəm, insan özünü
həqiqətin gözlərinə
baxmağa məcbur edəndə çox qorxaq olur. Mən odla su arasında
qalmışdım və
çox iyrənc olduğumu görürdüm.
Çətin ki, siz nə vaxtsa keçirdiyim hissləri yaşaya bilərsiz.
Bilirəm, insan yalnız
bu cür qorxaq olanda saman
çöpündən yapışır
ki, öz illüziyalarından uzaqlaşa
bilsin. Lakin bir daha deyirəm,
məhz bu lənətəgəlmiş illüziyalar
sizə sabah
barədə düşünməyə
və özünüzlə
barışmağa mane olur.
Sabahla bağlı
hər şeyi bilirəm, çünki sabahla bağlı dərslik müəllifiyəm.
Son bir neçə
ildə heç kəsə, hətta ona da bir
şey yazmadım. Dünya ilə
rabitəyə girmək
həvəsimi itirdim,
daha doğrusu, ona imkan verdim
ki, məni öz ağılsızlığının
tamahında dəfn etsin.
Lap erkən yaşlarımdan
dərk etmişdim ki, ayıq olduğum
üçün həyat
məni qorxudur.
Toplamaqda həmişə çətinlik
çəkmişəm, mənimki
çıxmaqdır.
İnsan
istədiyi şeyə
təsadüfən nail olur.
Tərcümə etdi: Əyyub
QİYAS
Ədəbiyyat qəzeti.- 2019.-
11 may.- S.32.