Kulisdə ölənlərin dirilişi

 

Mövcudluq salonu

 

Həyatımız dini, siyasi ədəbi illüziyaların təsirində qalarkən cılızlaşır. Yaşamaq çabası dini mahiyyətdədirsə insan ehkamlara uduzur. Siyasi məzmunlu  ritorika təsəlli ilə məhv olur. Bədii gerçəklikdə  sentimental ovqata bürünür. Var olmaq duyğusunu dadmaq da, ilğımdan qurtula bilmək nadir adamlara qismət olur. Faiq İsmayılov "Çörək dadı", "Anama yazdığım şeir" "Kimin yadına düşəcəm" şeirlərində həyatı dini, siyasi ədəbi mühit səhnəsinin kulisindən çəkib çıxarır. Mövcudluq salonuna dəvət edir. "Yaşamaq, var olmaq böyük ədəbiyyat budur", - deyir:

 

Çörək dadı

Anam təndir odlayıb.

Anamın paltarlarının ətri hisdi.

Qızarıb anamın gözləri,

Qarsıb üzünü isti.

Anam boyundan uzun əyilir

təndirə.

Kündə yapır.

Anamın kündə yapan

əllərini öpürəm,

çörək dadır!

 

Təndir odlayan ananın təsviri kinematoqrafik planda təqdim edilir. Süjet təsvir bütövləşir. Ana həm məzmunca, həm formaca gözəldir. Təşbeh metaforların yerinə plastik bir elastika diqqəti cəlb edir. Paltarın hisi, gözlərin yanaqların qızarması astarı üzünə çıxan təsvir ifadə vasitələrindən imtina etməklə formalaşır. Ananın çörək bişirməsi həmin andakı ovqat psixologiyası  "mütəhərrik təşbehlərə" çevrilir. Burada "qarsmaq", "əyilmək"   "yapmaq" feilləri məcazları əvəz edə biləcək poetik enerjiyə malikdir. "Öpmək" "dadmaq" feilləri isə çörək qoxulu ananın dadıdır.

 

Anama yazdığım şeir

 

Deyirlər, deyirlər vaxt yaman gedir,

bir göz qırpımıdır bir günün ömrü.

gedir, gedir ömürdən gedir, -

bir saman çöpü yox yapışmaq üçün.

Saatın, zamanın, vaxtın, vədənin

Başını bircə an aldatmaq üçün

atasan əlini

Deyirlər, deyirlər vaxt yaman gedir,

bir macal tapılmır başlar qaşına,

papaq hərlənməmiş aylar ələnir,

aylara qoşulub geniş çöllərin

arpası, buğdası, dəni ələnir.

bir baxırsan ki, çatmısan qışa,

göylərin ağappaq qarı ələnir.

Deyirlər, deyirlər vaxt yaman gedir,

ayaq izləri tökülüb qalır,

şəkil alınlarda, şəkil üzlərdə.

Faiq ümumiləşdirmə aparır. Bədii ümumiləşdirmə fonunda öz anasının avtoportretini yaradır. Ana vaxtın, vədənin sürətli dinamik intervalında görünürmü? Dini, siyasi ədəbi mühitə ilişib qalmadığı üçün nəzər diqqətləri özünə cəlb edir. Ömrün sonuna - qışına çatan ana bəxtəvərdir. Çünki həyatı övladlarını duya-duya yaşayıb. Ömrün əldən çıxması ananı kədərləndirmir. Axı daim mövcud olduğunu özündə övladlarının həyatında hiss edib. Məhzun kədərli anlar belə doğma əzizdir. "Anama yazdığım şeir" interpretasiyaya sığmır. Antimodernistdir. Antisemantikdir. Çünki şeir sənəti çox vaxt şərh yozumlara ehtiyac hiss etmir. Bu şeir həyat kulisində məhv edilən anlara can atan zövq düşkünlərinə antireaksiya kimi yaranıb.

 

Kimin yadına düşəcəm

 

Kimin yadına düşəcəm

bir isti yay günü,

O ayna sularınmı?

Üzümü özündə saxlamır.

 

Kimin yadına düşəcəm

Yağışlı bir payız,

O asfalt yolarınmı?

İzimi özündə saxlamır.

 

Kimin yadına düşəcəm

bir ağappaq gecə,

o qərib ruhlarınmı?

Özümü özündə saxlamır.

 

"Kimin yadına düşəcəm" şeiri ilə "Çörək dadı" "Anam üçün yazdığım şeir" şeirlərində ananın avtoportretindən Faiq İsmayılovun bioqrafiyasına keçid baş verir. "Kimin yadına düşəcəm" şeirində estetik obyekt  ifadəli paradoksaldır. Yəni insanın bu dünya ilə əlaqəsi var olmaqla, həyatın davamlı ardıcıl tezliyi ilə mümkündür. Əks halda obrazlı, ritorik paradoksal səciyyə daşıyır. Ətraf mühitlə fiziki metafiziki əlaqəni həyatın davamlı olması şərtləndirir. Şair isə ayna sular, asfalt yollar qərib ruhlar arasındakı olum-ölüm mübarizəsini güman şübhə, sual cavab arasındakı ziddiyyətlə tarazlayır. Şair duyğuları qəsdən tövsiyə edir. Çünki duyğu yaşanılan bir nəsnə olsa da, öləziyib, yaddan çıxıbdır. "Kimin yadına düşəcəm?" təklif tövsiyənin estetik ritorik sualıdır. Faiq deyir ki, "İynə boyu" şeirlərimi oxuyan oxucuların aynasına, poeziyadan aldıqları zövq miqyasında gediləcək yollarına   ruhlarının təcrübə tendensiyasına çevriləcəm.

Faiqin şeirlərindəki estetik obyekt, simvolizm "məzmun estetikası" fikir zövqə  obyektiv münasibət kimi doğa bilir. Hərçənd ki, şeir subyektiv ifadə təcrübənin məhsuludur. Ancaq ifadə estetikası üçün estetik obyekt insan hər şeydir. Faiq İsmayılovun "İynə boyu" şeirləri hər bir oxucunun üzərində iz buraxır. Həmin estetika izləri Faiqi yaşadır yaşadacaq. Faiq İsmayılov həyatın kulisində ölən duyğuları, hissləri qənəatləri modernist antimodernist kontekstdə səhnəyə, oradan da həyata köçürür. Ayna sularda, asfalt yollarda qərib ruhlarda mövcud olan poeziya arxetip arxefaktına çevrilir. Zülmət qaranlıqda unudulmaq duyğusunu  iynə boyu işıq selinə bürüyür. doğum unudulmur.

sükut, sükut, sükut... Gözünü yuman bütün dünyanı zülmət qaranlıqda təsəvvür edər...

 

Ülvi BABASOY

 

Ədəbiyyat qəzeti.- 2019.- 18 may.- S.10.