“Qızıl Kəlmə” ədəbi

mükafatı sahiblərinəqdim edilib

 

Mayın 17-də Beynəlxalq Muğam Mərkəzində “Qızıl Kəlmə” ədəbi mükafatının 2018-2019-cu illər üzrə qaliblərinin təltifolunma mərasimi keçirildi.

Əvvəlcə tədbirin aparıcısı Əməkdar artist Elşən Cəbrayılov mükafat haqqında məlumat verdi. Bildirdi ki, Mədəniyyət Nazirliyi tərəfindən 2009-ci ildə təsis olunan mükafat çağdaş milli ədəbiyyatın ən parlaq örnəklərini dəyərləndirmək, yaradıcı insanların əməyini stimullaşdırmaq, qələm sahiblərini yenigeniş oxucu dairələri tərəfindən maraqla qarşılanan əsərlərin yaradılmasına təşviq etmək məqsədilə keçirilir. Builki mükafat üçün əsərlərin qəbuluna 2018-ci ilin avqust ayında başlanılıb və bu il martın 29-da qəbul yekunlaşıb. Bu müddət ərzində müsabiqəyə 5 nominasiya üzrə 58 əsər təqdim edilib.

Akademik Nizami Cəfərov, Xalq şairi Sabir Rüstəmxanlı, Azərbaycan Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, professorlar Nizaməddin Şəmsizadə, Telman Cəfərov, filologiya elmləri doktoru, tənqidçi Vaqif Yusifli, “Ədəbiyyat qəzeti”nin baş redaktoru, filologiya üzrə fəlsəfə doktoru Azər Turanfilologiya üzrə fəlsəfə doktoru Elnarə Akimovadan ibarət mükafat komissiyası tərəfindən bütün əsərlər oxunub və hər nominasiya üzrə qiymətləndirilib. Komissiyanın yekun iclasında nəticələr səsə qoyulubbeş nominasiya üzrə seçilən əsas mükafatla yanaşı, daha iki əsərə “Şans” mükafatının verilməsi məqsədəuyğun hesab edilib.

Mərasimdə çıxış edən mədəniyyət naziri Əbülfəs Qarayev artıq 6-cı ildir təqdim edilən mükafatın ictimaiyyət tərəfindən böyük maraqla qarşılandığını dedi: “Bu mükafat ədəbiyyatımıza, kiçikolsa, öz töhfəsini verir. Cəmiyyətdə ədəbi proseslərin stimullaşdırılması dövlətimiz tərəfindən həmişə diqqətdə saxlanılır. Bu siyasət ulu öndər Heydər Əliyevin hakimiyyət illərindən başlayaraq müxtəlif yaradıcı ittifaqların təşkili və bu təşkilatlara yardımlar, onların fəaliyyətinin genişləndirilməsi istiqamətində davam etmişdir. Cənab Prezident İlham Əliyev tərəfindən bütün yaradıcı ittifaqlara verilən dəstək, maliyyə yardımı və digər qərarlar prosesin daha da geniş şəkildə aparılmasına böyük təkan verir. Ümumiyyətlə, Azərbaycanda ədəbiyyat və incəsənət həmişə dövlətimizin diqqət mərkəzində olub. Heydər Əliyev Fondu və müxtəlif dövlət qurumları tərəfindən keçirilən müsabiqələr, festivallar, kitab bayramları, təqdimatlar, sərgilər mədəni həyatın ayrılmaz hissəsinə çevrilib. Buna görə də fürsətdən istifadə edib bütün yaradıcı insanların adından ölkə rəhbərliyinə təşəkkürümü bildirirəm. Son iki ayda mədəniyyət sahəsində verilən sərəncamlar sənət adamlarının ruh yüksəkliyinə səbəb olur, yaradıcı ittifaqlar üçün yeni imkanlar açır”.

Nazir “Qızıl Kəlmə” ədəbi mükafatına layiq görülən əsərləri ideya-bədii cəhətdən yüksək qiymətləndirdi: “Bu əsərlər müasir Azərbaycan ədəbiyyatının mənzərəsini ifadə edir. Ədəbiyyat yaşayır və onun inkişafı cəmiyyətin tərəqqisi ilə paralel gedir. Mükafatın siyahısında gənc ədəbi nəslin yaradıcılığının stimullaşdırılması üçün nəzərdə tutulanŞansödülüvar. Bu mükafat gənc müəlliflərin qarşısında üfüqlər və imkanlar açır”.

Əbülfəs Qarayev ədəbiyyat nümayəndələrinə mədəni irsimizi təbliğ edən əsərlər də yazmağı tövsiyə etdi. Dedi ki, ölkəmizin tarixi-mədəni zənginliyi yaradıcı insanlar üçün geniş mövzu, material verir. Qalib müəllifləri təbrik edən nazir ədəbiyyat adamlarının muzeylərimizə tez-tez baş çəkmələrini, bu zəngin mirasdan ilham almalarını arzuladı.

Daha sonra qaliblərə mükafatlar təqdim edildi.Nəsrnominasiyası üzrə Şərif AğayarınArzulardan sonrakı şəhər” , Mübariz ÖrəninBalıq gülüşüəsərləri, “Poeziyanominasiyasında Salam SarvanınHeykəl tənhalığı”, Vaqif BəhmənlininQansız savaş İbrahim İlyaslınınŞair olmaq zülümdüşeir kitabları mükafata layiq görüldü.

Ədəbi tənqid publisistikanominasiyası üzrə Yaqub BabayevinAzərbaycan ədəbiyyatı tarixi (XIII-XVIII əsrlər)”, Abid TahirlininMətbuat: millətin dili, gücü güzgüsükitabları, “Orijinaldan bədii tərcümənominasiyasında Vilayət Hacıyev Haynrix BöllünKişisiz evromanına, Seyfəddin Hüseynlinin Culian BarnsınAqibət duyğusuromanına görə mükafatlandırıldı.

Reyhan Yusifqızının “Dostum Mimi”, Solmaz Amanovanın “İlmənin macəraları”, Rafiq Yusifoğlunun “Nağıl qapısı” kitabları “Uşaqlar üçün yazılmış bədii əsərlər” nominasiyasında mükafat aldı.

Müsabiqənin “Şansödülü isə Şahanə Müşfiq (“Şahanənin nağılı”) və Sadıq Qarayevə (“Sahibsiz kölgələr”) təqdim olundu. Bütün qaliblərə diplompul mükafatı verildi.

Qalib müəlliflər çıxış edərək ədəbiyyat sahəsinə və yaradıcılıqlarına göstərilən diqqətə görə təşəkkürlərini ifadə etdilər.

Sonda münsiflər heyətinin üzvləri - Xalq şairi Sabir Rüstəmxanlı və filologiya üzrə fəlsəfə doktoru Elnarə Akimova mükafatın ədəbiyyatımızın inkişafına xidmət etdiyini diqqətə çatdırdılar.

 

Ədəbiyyat qəzeti.- 2019.- 18 may.- S.10.