Professor İlham Rəhimlinin

kitablarının təqdimatı

 

Sənətşünaslıq üzrə elmlər doktoru, professor İlham Rəhimlinin kitablarının təqdimatı keçirilib.

Universitetin professor-müəllim heyətinin, tələbələrin media nümayəndələrinin iştirak etdiyi tədbirdə Azərbaycan teatrının canlı ensiklopediyası İlham Rəhimlinin 5 cildlikAzərbaycan teatr tarixi”, 3 cildlikSəhnə fədailəri”, 3 cildlikAzərbaycan teatr ensiklopediyası”, “Gəncə teatrı”, “Azərbaycan dramaturqlarının əsərləri Akademik Milli Dram Teatrındakitabları, həmçininAbbas Mirzə Şərifzadə”, “Ağasadıq Gəraybəyli”, “Mustafa Mərdanov”, “Kazım Ziya”, “İbrahim Həmzəyev”, “Həsənağa Turabov”, “Məmmədrza Şeyxzamanov”, “Mehdi Məmmədov”, “Mərziyə Davudova”, “Nəsibə Zeynalova”, “Fatma Qədri”, “Barat Şəkinskaya”, “Rza Təhmasib”, “Hökümə QurbanovaHabil Əliyevmonoqrafiyaları təqdim olunub.

Təqdimat mərasimini giriş sözü ilə açan ADMİU-nun rektoru, professor Ceyran Mahmudova bütün həyatını Azərbaycan teatr tarixinin araşdırılmasına həsr etmiş tanınmış teatrşünas İlham Rəhimlinin Azərbaycan mədəniyyəti elmi üçün böyük xidmətləri olduğunu qeyd edib. İlham Rəhimli 3 cildlikAzərbaycan teatr ensiklopediyası”nı, 5 cildlikAzərbaycan teatr tarixi”ni yazmaqla böyük bir elmi kollektivin işini təkbaşına görüb. Arxivlərdə işləyən adamlar bilirlər ki, bu necə böyük bir zəmətdir. Arxivlərdə saralmış vərəqlər arasında illərlə tədqiqat apararaq, tarixi faktları toplamaq, sistemləşdirmək teatr tarixinin dolğun mənzərəsini yaratmaq olduqca mürəkkəb dəyərli bir işdir. Bu ağır zəhmətin altına girmək insandan böyük fədakarlıq teatr sənətinə qarşı tükənməz sevgi tələb edir.

İlham Rəhimli təkcə teatr tarixini deyil, bütünlükdə Azərbaycan mədəniyyətini tarixini dərindən bilən bir alimdir.

Onun tələbələri çox xoşbəxtdir ki, belə bir ensiklopedik biliyə malik alimdən dərs alırlar. Çox arzulayardım ki, tələbələrimiz zəhmətsevərliyi teatr sevgisini İlham müəllimdən nümunə götürsünlər.

Professor İlham Rəhimlinin yeni kitablarının  təqdimatı keçirilib

Sonra çıxış edən Elm yaradıcılıq işləri üzrə prorektor, Əməkdar incəsənət xadimi, professor Məryəm Əlizadə tələbəlik dostu İlham Rəhimlinin arxivlərdə işləməkdən yorulmadığını, teatr tarixinə dair hər bir faktı həvəslə araşdırdığını yazdığı kitablarla Azərbaycan teatr tarixinin qaranlıq məqamlarına işıq saldığını qeyd edib. İlham Rəhimlinin tarixi tədqiqat əsərlərində, demək olar ki, milli teatr tarixinin yaranma dövründən müasir zamanadək olan böyük bir zaman kəsimi əhatə olunub. Onun qələmindən çıxmış dəyərli əsərlər, o cümlədən bu gün ictimaiyyətə təqdim olunan kitablar milli teatr sənətinin yaranma inkişaf tarixinin, müxtəlif mövcudluq mərhələlərinin mənzərəsini daha aydın şəkildə rəsm etməyə imkan verir. Təqdirəlayiq haldır ki, İlham Rəhimli öz yaradıcılığında ölkəmizin hüdudlarından kənarda mövcud olmuş Azərbaycan teatrlarının fəaliyyətini diqqətdən kənarda qoymur. Teatrşünas-alimin istərAşqabad Azərbaycan teatrı”, “Tiflis Azərbaycan teatı”, “Təbriz Azərbaycan Teatrıkimi monoqrafiyalarında, istərsə milli teatr sənətinin tarixinə həsr olunmuş digər tədqiqat əsərlərində ölkəmizdən kənarda yaranmış teatr truppalarının fəaliyyəti ətraflı şəkildə işıqlandırılır. İlham Rəhimlinin teatr tarixinin ən müxtəlif problemlərinə həsr olunmuş tədqiqat əsərlərini oxuyarkən, diqqəti cəlb edən ümumi təsəvvür mülahizələrlə yanaşı, teatr hərəkatı sənətinə dair bir çox maraqlı məsələlər, konkret hadisələr, ayrı-ayrı tamaşalar, aktyor sənətkarlığı, qastrol səfərləri, ideya-yaradıcılıq münaqişələri sair haqqında qiymətli məlumat əldə etmək olar”. Məryəm xanım onu da qeyd edib ki, bugünkü tələbələrin əlində milli teatr tariximizə dair istənilən qədər material var onlar Azərbaycan teatrının tarixini fərqli aspektlərdən araşdırmaqda çətinlik çəkməyəcəklər.Teatrşünaslıqkafedrasının müdiri professor Aydın Talıbzadə İlham müəllimin müəllifi olduğu monoqrafiyaları, o cümlədənAzərbaycan teatr ensiklopediyası” yüksək qiymətləndirib. Teatrşünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru Vidadi Qafarov vurğulayıb ki, İlham Rəhimlinin uzun illərin zəhməti hesabına ərsəyə gətirilən əsərləri əsasında milli teatr tariximiz ən dərin qatlarına qədər araşdırılıb. Teatr tarixinin istənilən dövründə baş vermiş hər hansı bir sənət olayı, tamaşa, teatr s. haqqında tam, dolğun səhih informasiya əldə etmək üçün, ilk növbədə, İlham Rəhimlinin əsərlərinə nəzər salırıq. Çünki İlham Rəhimlinin tədqiqat əsərləri, demək olar ki, səhnə sənətimizin bütün tarixi dövrlərini, bütün problemlərini əhatə edir. Buna görə İlham Rəhimlinin adı çəkilən çəkilməyən onlarla kitabı, monoqrafiyası sonrakı teatrşünas nəsli üçün mənbə rolunu oynayacaq. Rektorun humanitar məsələlər üzrə müşaviri professor Aqşin Babayev, yazıçı-dramaturq Əli Əmirli, İlham Rəhimlinin bir neçə kitabının redaktoru olmuş teatrşünas Atababa Hacıbabayev, universitetin Beynəlxalq Əlaqələr Tərbiyə işləri üzrə prorektoru proefssor Gülşən Əliyeva, elmi katib Fatimat Məmmədova Teatr sənəti fakültəsinin 2-ci kurs tələbəsi Elvin Nuri İlham Rəhimlinin kitablarını yüksək qiymətləndirərək, böyük zəhmətlə yüksək peşəkarlıqla ərsəyə gətirdiyi Azərbaycan teatrının tarixinə həsr olunmuş tədqiqat əsərlərinin milli teatr tarixinin öyrənilməsi baxımından böyük əhəmiyyətə malik olduğunu vurğulayıblar. Çıxış edənlər İlham Rəhimliyə cansağlığı yeni yaradıcılıq uğurları arzulayıblar.

Tədbirin sonunda İlham Rəhimli əsərlərinin təqdimat mərasiminin təşkil olunmasına görə başda rektor olmaqla ADMİU-un rəhbərliyinə tədbir iştirakçılarına təşəkkür edib kitablarının bir neçə komplektini Universitetin kitabxanasına bağışlayıb.

 

Atababa İsmayıloğlu

 

Ədəbiyyat qəzeti.- 2019.- 25 may.- S.32.