Yumdum gözlərimi,
açdım ki, yoxsan...
Qəribsədim
birdən, təkləndim birdən...
Başımı
aşağı salladım, susdum,
Susdum birdəfəlik,
susdum lap bərkdən...
Qəhərmi
susdurdu? Yoxsa nəydi o? -
Öpdü
ürəyimdən qara ilantək...
Qurudum,
islandım, sindim içimə,
Qısıldım
içimə düz Allahadək...
Sənə
deyiləsi bir-iki söz var,
Dirənib
qaranlıq qapıma daha...
Yoxluğun
toz kimi oynayır elə
Gözümün
önündə lap tənha-tənha...
Bir
ağrı əsdirir əllərimi, bax,
Bir
şey var, bir şey var nəbzimi kəsən...
Göyçəyim,
yorulur gözlərim daha,
Deyəsən,
bir azca uzaq getmisən...
***
Mənim
ürəyimdə bir qara qız var,
Saçı
dodağımın dağ yeri olub...
Eşidib,
içində ağlayır Allah,
Tutub,
haytasından saçını yolub...
Hardasa
düşübdü dünya gözündən,
Hardasa can
verir ömrü əlində...
Eh, bəlkə
də mənim taleyimdi o,
Ağarır,
ağarır onun telində...
Bir bala
canın var, canına qurban,
Xəyalın
əl açıb göydən nə umur?
Eh, sən
ağladıqca göylərə sarı,
O
allahsız orda gözünü yumur...
Əllərin
od kimi, gözün od kimi,
Baxışın
od kimi yandırır məni...
Nə Allah,
nə bəndə belə vurammaz,
Bir sənin
çəkdiyin ah vurur məni...
Minsk,
Belarus
Məhəmməd
Ədəbiyyat qəzeti.- 2019.- 25
may.- S.24.