Ayağım altında yer yerə çökür,
Sözün qiyaməti
qopan yerdəyəm.
Sözün qiyaməti qopan yerdəyəm.
Göylər dolusunu başımdan
tökür,
Duyğular içimdən talayır,
sökür.
Ayağım altında yer yerə çökür,
Sözün qiyaməti qopan yerdəyəm.
Çəkinib qədərsiz həyəcanımdan,
İllər səssiz-küysüz ötdü
yanımdan.
Bəlkə bu təşnəlik
çıxa canımdan
Yağışlar səhraya hopan yerdəyəm.
Sevirəm, mənimdi bu külli-aləm,
Ülvi bir istəyə canlı heykələm.
Xəyala
dalmışam əlimdə
qələm,
Fərhad Bisitunu çapan yerdəyəm.
Eşq bir ucalıq ki, dərk etməz
hamı,
Həsrətdi, hicrandı ali məqamı.
Səmalarda süzür şair
ilhamı -
Özüm öz ruhumu tapan yerdəyəm.
Müjdətək qarşıla hər
günü, ayı,
Hayıfdır, keçməsin vaxtın havayı.
Yatıb
sübhə qalan, gecikən Ayı
Günəş şəfəqləri öpən
yerdəyəm.
Ocaq gözəlliyi, pir gözəlliyi,
Gözəgörünməzin sirr gözəlliyi.
Musa, pir saydığı bir gözəlliyi
Doyumsuz gözünə
təpən yerdəyəm.
Dağlar soyuq qarşıladı
Ha çarpışdım yerlə,
göylə,
Dil tapmadım
kəndlə-köylə.
Bu kimsəsiz, bu boş evlə
Dağlar soyuq qarşıladı.
Qucağında doğulan mən,
Arzuları sovulan mən...
Bəlkə soyuq oğulam mən
Dağlar soyuq qarşıladı?!
Buludların sərt baxışı
Tökdü başımdan yağışı.
Yay günü yaşadım qışı,
Dağlar soyuq qarşıladı.
Yer qaşqabaq, göy buludlu,
Çay
səsi göynəyən
uddu...
Məni
bir ağlamaq tutdu,
Dağlar soyuq qarşıladı.
Yurdun neçə dağı gedib,
Solu gedib, sağı gedib.
Cənnət Qarabağı gedib,
Dağlar soyuq qarşıladı.
Ata, hanı isti səsin?
Təşnəsiyəm doğma kəsin.
Ana, ruhun inciməsin
Dağlar soyuq qarşıladı.
Dağlar
soyuq qarşıladı!
Gədəbəy, Ataxal
Ucalıq
Gəncliyimlə üz-üzəydi
Üzümə gülən ucalıq.
Bir ilahi möcüzəydi
Sevgiylə gələn ucalıq.
Ara, axtar o incini,
Səmalarda al dincini...
Gör hardadır sevincini
Səninlə bölən ucalıq?!
Ulduzlartək oyaqdımı,
Dənizlərdə mayakdımı,
Yerdə
yerə dayaqdımı
Göyə yüksələn ucalıq?!
Dərinlikdən çıxır zirvə,
Təmiz qəlbə sığır
zirvə.
Can atdığın cığır
- zirvə,
Aşdığın bələn - ucalıq!
Girmə
heç bir oyuna, Musa,
Öz havana oyna,
Musa,
Ölənəcən qoyma, Musa,
Gözündə ölə ucalıq!
Ay Musa
Vallah bu sən deyən
ömür olmadı,
Gəl sən onu başla başdan, ay Musa.
Yanından xəlvəti ötüşdü
illər,
Xəbərin olmadı yaşdan, ay Musa.
Bir güclü inamla, qızğın istəklə,
Tanrıdan gələcək payını
bəklə.
Bu yalqız ömürlə,
yalın ürəklə
Necə çıxacaqsan qışdan,
ay Musa?!
İlahi
duyğular həzmini göstər,
Seçilən şeirini, nəzmini göstər.
Daşı mum eləmək əzmini
göstər,
Yan öt yanındakı
daşdan, ay Musa.
Xəbis
həsədini xəncər
eləyir,
İşini çox yerdə əngəl eləyir.
Ortada ölüm də var-gəl eləyir,
Oynayır o gözlə, qaşla,
ay Musa!
Bir gerçəyə döndər
bu yalan ömrü,
Bihudə yandırma, bu yanan ömrü.
Özündə bir güc tap, bu qalan ömrü
Başa
vur ağılla, başla, ay Musa!
A şeirim
Qəlbimi yer-yerdən sökəcəyəm
mən,
Üstünə buludtək çökəcəyəm
mən,
Səni
misra-misra içəcəyəm
mən,
Şərbətim, şərabım, dəmim,
a şeirim,
Sevincim, kədərim,
qəmim, a şeirim.
Bəzən tikanımsan, bəzən
gülümsən,
Ağrılı həyatsan, xoşbəxt
ölümsən,
Sən mənim Tanrıya çatan əlimsən,
Harayım, a şeirim, ünüm
a şeirim,
Gülüb-ağlamalı günüm, a şeirim.
Sən ayrı yöndəsən,
ayrı biçimdə,
Hər gün əkindəsən,
hər gün biçində,
Kölgəmi daşlayan namərd
içində
Ərənim, a şeirim, mərdim,
a şeirim,
Böyüklük, ucalıq şərtim, a şeirim.
Heç
cürə kiridə bilmirəm səni,
Gözünün yaşını silmirəm
sənin,
Yalandan güldürə bilmirəm
səni,
Mənim
ağlar qalan körpəm, a şeirim,
Sinəmdə qövr edən qəlpəm, a şeirim.
Ümidim
bir sənsən, bir də Allahım,
Ona da səninlə yetişir ahım,
Boynuna yüklənir min-min günahım,
Məni
ələ verən suçum, a şeirim,
Qoy yenə
eşqinlə uçum,
a şeirim.
Çəkənə bu yükün çox ağır yükdü,
Heç
nəyə darılma,
dünya böyükdü...
Baxma ki, bu ömrüm
uçuq-sökükdü,
Ruhumu bəzəyən şeirim,
a şeirim,
Özümə bənzəyən şeirim,
a şeirim!
Danışaq
Çox
nahağıq bu ömürdən bezməkdə,
Bəxt
acısa, bal dilində danışaq.
Duyumlu ol mənaları sezməkdə,
Qoy səninlə
al dilində danışaq.
Ürək ovan o təbəssüm,
o qılıq,
Mənim üçün qədir-qiymət,
yaxşılıq.
Bu əsrdə nəyə dəyər naşılıq,
Elə əhli-hal
dilində danışaq.
Gözümüzdən alov içir gözümüz,
Bu yanğını duyuruqsa
özümüz.
Gərəkdimi söhbətimiz sözümüz?
İşarəylə, lal dilində danışaq.
Əl yetməyən çox budağı əymişəm,
Ürəksizin ürəyinə dəymişəm.
Yetişibsə, tökülürsə dəymişim,
Buyur onda kal dilində danışaq.
Oxudun da başa çıxdın
Musanı,
Qürrələnib demə yıxdın Musanı.
Bir kitablıq sözə yığdın Musanı,
Niyə qovğa-qal dilində danışaq?!
Sən elə bir sevdasan ki...
Sən elə bir sevdasan
ki,
Acın məndə şirinləşir.
Ürəyimə saldığın iz
Yaş ötdükcə
dərinləşir.
Yolum üstə bir ilğımsan,
Nə tapılır,
nə itirsən.
Gözlərimnən gizlənəndə
Gəlib könlümdə bitirsən.
Sən elə bir sevdasan
ki
Səni sənsiz yaşayıram.
Həsrətini bu əsrdən
O biri əsrə daşıyıram.
Günahkaram səni bir vaxt
Ürəyimcə dindirmədim.
O göylərin mələyini
Qıyıb yerə endirmədim!
Sən elə bir sevdasan
ki,
Sevdalara qənim oldun.
Bu dünyada cisminlə yox,
Xəyalınla mənim oldun!
İndi
yaman ögeyləşib
Yer də mənə, göy də mənə.
Yerdə
yersiz üşüyürəm
Bir çadır qur göydə mənə!
Sən elə bir sevdasan
ki,
Günün yoxdu, ayın yoxdu.
O duyğusal aləminlə
Bu dünyada tayın
yoxdu.
Mən səninçün bir keçmişəm,
Sən mənimçün
gələcəksən.
İndi
gəlmə, yəqin,
bir vaxt
Qəbrim üstə gələcəksən.
Sözün bayraq ucalığı
Qələm dostum Ramiz Qusarçaylıya
Hər oğlunda yaşayırmı
Dağların dağ ucalığı?
Bu vaxtadək qət eləyib
Hansı qorxaq ucalığı?!
Yaxşı gündə, yaman
gündə,
Özü öndə, sözü öndə.
Yaşadacaq öz köksündə
Ana torpaq ucalığı.
Hər şeir yandırıb-yaxmır,
Könüllərə birbaş axmır.
Hər ağacda şahə qalxmır
Məğrur budaq ucalığı.
Bənövşəsi vaxtsız solub,
Bu duyğudan gözü
dolub.
Qusarçaya qismət olub,
Duru bulaq ucalığı!
Hər kəlməsi təzə-tərdi,
Yekrəngliyi yerə sərdi.
Ramiz ilə boy göstərdi
Sözün bayraq ucalığı!
Şeir möcüzədir
Haçan ağ ümidi üstələyir
qəm,
Mənə qəhqəh çəkib
qara şər gülür.
Elə ki, şeirdən uzaq düşürəm
Yerdən də, göydən də əlim üzülür.
Sağalmaz göynəkdir könül
yaramda,
Şeir möcüzədir, - danışsam
haqla.
İlham
bir körpüdür
mənim aramda,
Göydə mələklərlə, yerdə
torpaqla.
Açılsın gözümdə göylərin
qatı,
Uçmaq eşqim varsa ölməyəcəyəm.
Əzrayıl da bilsin, mən bu həyatı
Şeirsiz bitirə bilməyəcəyəm!!!
Musa Ələkbərli
Ədəbiyyat qəzeti.- 2019.-
25 may.- S.14.