Üç Çingizdən biri
Xalq yazıçısı, əsərləri
bütün dünyada
məşhur Çingiz
Abdullayevin 60 yaşı
tamam olub və mən buna qətiyyən inanmıram, çünki
onu gördüyüm
ilk gündən (səksəninci
illərin axırlarından)
bu adam
zahirən heç dəyişməyib. Amma altmış
yaş gerçəkdir.
Mən Çingiz
Abdullayev haqqında düşünəndə ədəbiyyat
dünyasının daha
iki nəhəng Çingizi gözlərimin
qarşısına gəlir
- dünyaca şöhrətli
Çingiz Aytmatov və yazıçı-ədəbiyyatşünas
Çingiz Hüseynov. Amma bu Çingiz də o Çingizlərdən geri
qalmır. Dünya Çingiz
Aytmatovu tanıdığı
və sevdiyi kimi, Çingiz Abdullayevi də tanıyır və sevir.
Çingiz Abdullayev istər Azərbaycanda, tstərsə
də onun hüdudlarından çox-çox
kənarda məşhur
olan yazıçıdır
və ən adi kəmiyyət hesablaması imkan verir deyim ki,
indiyə qədər
heç bir Azərbaycan yazıçısı
öz əsərlərinin
çapına görə
dünya oxucularını
bu qədər fəth etməyib.
Çingiz Abdullayev Azərbaycan ədəbiyyatında detektiv
janrın populyarlaşmasında
böyük rol oynadı. Beləliklə, dünyada çox
populyar olan, amma Azərbaycanda o qədər də maraq kəsb etməyən detektiv janrı bizim ədəbiyyatda öz yerini tutdu. Və bundan sonra Azərbaycan
detektivi bir janr kimi boy göstərdi.
Detektiv janrının
yaranması XIX əsrin
sonundan başlayır. Onun yaradıcısı
Amerika yazıçısı
Edqar Alan Podur. Onun detektiv əsərlərindən
sonra Avropa ədəbiyyatında bu janr inkişaf etməyə başladı.
Artur Konan-Doyl, Gilbert Çesterton, Aqata Kristi, Jorj Simenon kimi detektiv ustaları meydana gəldi. Təbii ki, bu janrın
da özünə görə fərqli xüsusiyyətləri var,
çünki hər kriminal süjetli əsəri detektiv saymaq olmaz. Bu tipli əsərlərdə
də kriminal faktlarla yanaşı, psixoloji təsvirlər, insanları cinayətə
sürükləyən səbəblər
diqqəti cəlb etməlidir. İlk detektivlərdə - onları
tədqiqatçılar "hermetik detektivlər" adlandırmışlar - hadisələr
kiçik bir məkanda baş verir, sonra getdikcə
şaxələnir - müxtəlif
faktlar, versiyalar meydana çıxır, bu müddətdə yazıçı öz qəhrəmanlarının psixoloji
durumunu da nəzərə çarpdırır.
"Əgər yazıçı qəhrəmanlarının
xarakteristikasını, insanlar
arasındakı münasibətlərin
psixoloji təsvirini verməsə, insanı cinayətə sövq edən səbəblərin
dərinliklərinə getməsə,
yalnız kriminalist faktların təsvirilə
kifayətlənsə, nə
qədər maraqlı
olsa da, bu cür əsər
oxucunun mənəvi tələbatını ödəyə
bilmədiyinə mütaliə
bitəndən sonra tezliklə unudulacaq" (İlqar Fəhmi). Hər bir detektiv yazıçının
əsərlərində konkret
qəhrəmanlar təmsil
olunur - Şerlok Holms,
komissar Meqre, Niro Vulf, Puaro
kimi detektiv qəhrəmanları hamımıza
məlumdur.
Çingiz Ablullayevin də belə bir qəhrəmanı
Dronqodur. Dronqo quş adıdır, təbiətdə çox
az rast
gəlinən kiçik
bir quşun adı. Çingiz Abdullayev hansı
bir əsərindəsə
yazır ki, Dronqo əslən bakılıdır. Yazıçı-publisist
İlqar Fəhmi yazır: "Dronqo obrazının milyonlarla oxucu tərəfindən sevilməsinin bir səbəbi də öz sələfi olan detektiv qəhrəmanlarının
bir çox müsbət keyfiyyətlərini
özündə birləşdirməsidir.
Şerlok Holmsın qüsursuz detektiv düşüncəsi, komissar
Meqrenin melanxolizmi, Erkül Puaronun zərif centlmenliyi, Peri Meysonun cazibədarlığı,
Ceyms Bondun cəsarəti - Çingiz
Abdullayev öz qəhrəmanını yaradanda
ifrata varmamaq prinsipi ilə bu keyfiyyətlərdən
çox gözəl şəkildə istifadə
etməyi bacarıb. Lakin bu heç də
o demək deyil ki, Dronqo obrazında
özünəməxsus heç
nə yoxdur, bəli, Dronqo bütün adıçəkilən
qəhrəmanlara oxşayır,
amma eyni zamanda onların heç birinə oxşamır".
Çingiz Abdullayev elə
ilk romanından-"Mavi
mələklər"dən başlayaraq Dronqonu ağıllı, dünyada
baş verən ictimai-siyasi hadisələrə
obyektiv münasibətini
gizlətməyən bir
obraz kimi təsvir elədi, onu təkcə cinayətlərin izinə
düşən bir qəhrəman kimi deyil, həmçinin düşünən, düşündürən
obraz kimi təqdim elədi. Çingiz Abdullayev müasir dünya ədəbiyyatında siyasi
detektivlərin banisi kimi daha çox
şöhrət qazanıb:
özü də bu siyasi məzmunlu
detektivlərin əksəriyyətinin
mövzusu Azərbaycanla
bağlıdır - "Qanın
üç rəngi",
"Payız madriqalı",
"Ləğv edilmiş
mərasim", "Alçaqların
qanunu", "Kriminal
komediya", "Şəxsi
həyatın etüdləri",
"Şərəfsizliyin qiyməti", "İnsan
ovu", "Peşəkarların
qaydası", "Nifrət
okeanı"... Lakin Çingiz
Abdullayevi dünya ədəbiyyatında siyasi
detektivin banilərindən
biri kimi təqdim etmək onun yaradıcılığı
haqqında məhdud fikir yaratmış olarıq. Çingiz
Abdullayev detektivin bütün növlərinə
müraciət edir - məsələn, "Eramızın
əvvəlindəki sui-qəsd"
tarixi detektivdir, "Cəhənnəmdən keçid",
"Öz dünyanı
yarat" klassik detektivdir, "Məhkumların
cənnəti" psixoloji
detektivdir. Bu əsərlərin
heç birində Çingiz Abdullayev oxucuları əyləndirmək
məqsədi güdmür.
Çingiz Abdullayev ixtisasca hüquqşünasdır, 1981-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Hüquq elmləri doktorudur.
1989-cu ilə qədər öz ixtisas üzrə fəaliyyət göstərib.
1989-cu ildə isə Azərbaycan Yazıçılar Birliyinin katibi seçilib. Düz otuz ildir ki,
Çingiz Abdullayev bu vəzifədə çalışır və
Azərbaycan yazıçılarının hüsn-rəğbətini
qazanıb. Xalq yazıçısı Anar onun haqqında
yazır: "Çingizin ədəbi
istedadına hörmət etməklə yanaşı, onun insani keyfiyyətlərini
də yüksək qiymətləndirirəm. Xeyirxahlıq,
gülərüzlülük, dostluqda etibar, prinsipiallıq və sayıqlıq,
köməyə ehtiyacı olanlara əl uzatmaq, böyüklərə hörmətlə
yanaşmaq bu keyfiyyətlərdəndir".
Mərhum şairimiz Vaqif
Səmədoğlu isə yazırdı: "Mən onun qədər zəhmətkeş, deyərdim
ki, zəhmət fədaisi görməmişəm.
O, demək
olar ki, yatanda da kiçik
kompüteri, noutbukla yatır. Çingizin pərəstişkarları çoxdur, yalnız Azərbaycanda və keçmiş SSRİ məkanında
yox, deyərdim ki, bütün dünya miqyasında Çingiz Abdullayev yaradıcılığını analitik dərəcədə
sevən oxucu var".
Çingiz Abdullayev rusca yazır, amma onun bir çox
romanları artıq doğma dilimizə də çevrilmişdir. Arzu edək
ki, onun tərcüməçilərinin də sayı çoxalsın, bütün
Azərbaycan oxucuları
Çingiz Abdullayevin digər əsərlərini
öz doğma dillərində oxusunlar.
O, əlli yaşına
çatmamış xalq
yazıçısı fəxri
adına layiq görüldü. Ən cavan xalq yazıçısı
oldu. Biz ona yaradıcılığının altmışdan sonrakı mərhələsində yeni
romanlar yazmağı,
Azərbaycan həqiqətlərini
bütün dünyaya
çatdırmağı arzulayırıq!..
Vaqif YUSİFLİ
Ədəbiyyat qəzeti.- 2019.-
25 may.- S.13.