Şeirimiz ən yeni,
mükəmməl
mərhələsinə qədəm
qoymalıdır
Dünyada texnologiya ilə ədəbiyyat arasında
amansız bir döyüş gedir.
Bu döyüşdə nə qədər yazıçı, şair
şəhid olub.
Və bu vurhavurda Azərbaycan ədəbiyyatının da
böyük payı
var.
Sizə deyim ki, Nazim
Hikməti çıxmaq
şərtilə Türk
şeiri də bu döyüşdə o qədər güclü deyil.
O səbəbdən ki, bəsit, alt qatı dərin olmayan, hissdən ibarət şeirlərlə doludur türk ədəbiyyatı.
İntonasiyası yox,
bənzətməsi yox...
Kim kimdir, anlaşılmır.
2000-ci illərə baxdıqda
isə ümumiyyətlə,
türk şeirinin zəif duruma düşdüyünü görmək
olur. Əksərən özünü alçaltma,
bədbinlik, bənzətmələrdən,
süjetdən, fikirdən
uzaq şeirlərdir.
Və nə təəssüf ki, Azərbaycanın müasir
dövr "şeir yazan"ları da bu burulğana qarışıb oxucuları
ədəbiyyatdan uzaqlaşdırmaqda.
Texnologiyanın hər şeyi bu qədər əlçatan etməsi bu tip mənasız şair və şeir yığınını
gözə soxmaqla da bu döyüşdə
bizə ən böyük zərbəni
vurmuş olur.
Heç vaxt qızıl ortanı tapa bilməyən insanlar gah "sənət sənət üçündür",
gah da "sənət xalq üçündür" şüarı
ilə meydan sulamaqda.
Müasir dövrün "sintez anlayışı" onlara
yaddır.
Muğamla cazın, replə meyxananın, popla rokun və digər
bu kimi sintezlərin
olduğu bir dövrdə nə üçün şeirdə
bu cür sintezlər olmasın?
Nə vaxtacan Azərbaycan şeirində
ağlaşma məclisi
davam edəcək?
Nə vaxtacan əzilmiş, uduzmuş adamları qabardıb ona ağı deyəcək?
Nə vaxtacan şeir hiss axınından ibarət olacaq?
Zaman gedir, xanımlar və cənablar!
Bu ağlaşma bizi mağmınlaşdırır!
Bu sintez dövründə şeiri nəsrlə sintez etməyin vaxtıdır!
Janrın
özü var, adı var: "Poem on proz". Yəni nəsrdə şeir.
"Nəsrdə şeir"lə
sərbəst şeiri
qarışdırmayın. Sərbəst şeirin özünün
də bəlli ölçüsü, heca
sayı var. Amma nəsrdə şeir bundan tamamilə uzaqdır. Bu janrda həmqafiyə sözlər ən axırıncı plandadır.
Əsas məqsəd şeirin hansı mesajı verməsidir. Ümumiyyətlə, mən süjetsiz şeiri qəbul etmirəm. Bu şeir janrında qafiyələnmələr şeirin
mövzusu, mənası
fonunda kölgədə
qalsa da, qafiyələnmə imkanı
çox genişdir.
Şeirə süjeti, ideologiyanı, hadisəni, qəhrəmanı
gətirməyin vaxtıdır. Bizə güclü
qəhrəmanlar lazımdır,
bizə sürpriz dolu şeirlər lazımdır. Daha mərsiyə
dövrü deyil.
Şeirin texnologiyanı üstələməyi
üçün onun verdiyi imkanları üstələməyi lazımdı. Texnologiya bizə
bir toxunuşla teatrı, musiqini, rəsmi əlçatan edə bildiyi kimi, şeir də bizə bir oxunuşda bütün bunları verə bilməlidir.
O zaman itirilmiş oxucuları qazana bilərik.
Bu, həm də kitab bazarında romanların meydan suladığı bir dövrdə nəsri üstələməyin yeganə
yoludur!
Deyərsiniz ki, yaxşı,
bizim şairlərdən
kim bu
janrda şeir yazır?
Deyirəm ki, elə biri
Həmid Herisçi. Onun əksər
şeirlərində süjet,
qəhrəman, hadisə,
bənzətmə, detektivlik,
mesaj var. Həmidin şeirləri müasir dövrlə ayaqlaşa bilir. Şeir həm də
müasir dövrü
özündə əks
etdirməlidir. Artıq şeirin
mövzusu ağac, quş, sevgili yar, ayrılıq yox, nano-texnologiya olmalıdır. Axı, bu
texnologiya bizim həyatımızı barmağının
ucunda fırlayır.
Artıq
bir mesajla da ayrılmaq olur. Artıq bir cümlə
ilə də görmədən, toxunmadan
aşiq olmaq olur.
Mövzu yeniliklərindən əlavə,
mütləq təzə
sözlər, neologizmlər,
söz oyunları yaranmalıdır. Şeirdə təkcə bədii
deyil, söz yaradıcılığı da
olmalıdır.
Həmid Herisçinin bir şeiri üzərində
sizə dediklərimi izah etmək istəyirəm.
Xaker
Kokakolamın
uduşsuz, ulduzsuz
qapağına
bir də baxdım, bir də baxdım,
pulumun qalanına, ən halalına
tum da aldım, tum da aldım,
gecənin saqqalına
dən də saldım, qəm də saldım.
Bakımın ən kor dalanında
əvvəl öz qapımı, sonunda ayaqqabımı
axır, şükür,
tapdım,
Bütün durğu işarələriylə
özümü tamamladım,
Xakerliyə başladım...
Yardım
eyyyyy
Donald
Trampın Tvitter akkauntunu,
özü də bilmədi necə dəyişdin
miqrant qanununu,
Putinin adından ona məktub yazıb,
qəfil dəyişdin
göydəykən
təyyarəsinin marşrutunu...
Yazarlardan
Den Braunu
uşaq kimi dolayıb,
oğurladım axır,
şükür, Da Vinçinun
qırx düyünlü
kodunu.
Girdim bu kodla Ərəbistana
söndürdüm uf demədən şeyxlərin
pepsi, arağla dolu
nəhəng soyuducusunu.
Sonra lap
cürətlənib
Renaldoya
tərgitdim
cəhənnəmdəki futbolunu.
Gördüm, Makron xəstədi...
İlk fürsətdə gedib iyləyir
öz qoltuğunu!!!
Yayır ətrafına öz miskin qoxusunu.
İkiüzlüdü... arvadıyla tək qalanda
danır yəhudilərin
Xolokostunu!!!
Britaniya
şahzadəsinə
hərbi çağırış
vərəqəsi göndərdim,
meyitxana cəsədlərinin
seksini, eşqini də görüntülədim...
Kosmosa uçub orda
bir kəfən, bir çətən yadplanetliylə
selfi çəkdirdim.
Axır...axır qərara gəldim
oralarda qalım...
Əzizim,
gülüm, ey guşidarım!!!
Şeir kədərli bir adamla başlayır, qəhrəman qəfil xakerə çevrilir, bunun fonunda siyasi
mesajlar ötürülür. Müasir terminlər
işlədilir və
texnikanın inkişafı
mövzusu hərəkətlərə
köçürülür. İroniya
var. Şeirdə qəhrəman
var, süjet var, şeir oxuyursan, amma qısametrajlı film effekti
yaradır. Ən əsası
isə şeirin mövzusu müasirdir, yeni dövrlə ayaqlaşır. Ağlaşma yoxdur, amma hissiyyat
var.
Bütün bunlar müasir şeirdə olmalıdır. Ayrılığı, sevgini, ananı vəsfdən canını
təcili olaraq qurtarmalıdır şeirimiz.
Şeirimiz ən yeni, ən mükəmməl mərhələsinə qədəm
qoymalıdır. O zaman
insanlar müasir şeirlərə ayaq açacaq.
Bu mənada sənət
həm sənət üçün, həm də xalq üçün
olsa, məsələ
həll olunar. Kütlə üçün
yox ha, xalq üçün.
Kitab təqdimatlarında
hamının bir ağızdan dediyi "bu gün filan
kitabın işığına
yığışmışıq" ifadəsi, artıq öz həqiqətinə
qovuşmalıdır. Bu işıq rusun sözü "levı",
yəni ondan-bundan oğurluq olmamalıdır.
Eminquey
Ədəbiyyat qəzeti.- 2019.-
25 may.- S.9.