Füyuzat mərkəzi”inin

açılış mərasimi keçirilib

 

Edebiyyatqazeti.az xəbər verir ki, Bakı Dövlət Universitetinin100 illik yubileyi münasibətilə Jurnalistika fakültəsində “Füyuzat Mərkəzi”inin açılış mərasimi baş tutub.

BDU-nun Elminnovasiyalar üzrə prorektoru, professor Aydın Kazımzadə universitetMilli İrsi Mədəni Tarixi Araşdırmalar Fondunun (MİMTA) birgə layihəsi əsasında qurulanFüyuzat Mərkəzi”nin açılışını yüksək qiymətləndirib.

Respublika” qəzetinin və “Füyuzat” jurnalının Baş redaktoru, professor Teymur Əhmədov mərkəzin fəaliyyətə başlamasını tarixi hadisə adlandırıb. 

MİMTA Fondunun icraçı direktoru Pərviz Əmirov mərkəzin fond üçün önəmi və qarşıda duran vəzifələri haqqında fikirlərini bölüşüb.

Jurnalistika fakültəsinin dekanı, filologiya üzrə elmlər doktoru Vüqar Əliyev mərkəzin tələbələrin inkişafına böyük töhfələr verəcəyinə əminliyini ifadə edib.

Açılış mərasimində Azərbaycan Mətbuat Şurasını sədri, Milli Məclisin deputatı Əflatun Amaşov, filologiya üzrə fəlsəfə doktoru, “Ədəbiyyat qəzeti”nin Baş redaktoru Azər Turan, şərqşünas alim Allahşükür Qurbanov, Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri, professor Cahangir Məmmədli, “Füyuzat” jurnalının məsul katibi Mübariz Yunus, Mərkəzin koordinatoru Afaq Sadıqova “Füyuzat Mərkəzi”nin gələcək fəaliyyəti barədə çıxış edərək uğurlar arzulayıblar.

Mərkəzdə onlayn media, nəşriyyat-poliqrafiya işləri ilə bağlı dərnək və kursların qurulması, “Füyuzat” və “İşıq” jurnallarının yazarları, eləcə də elm, təhsil, mədəniyyət, incəsənət, ədəbiyyat sahəsində xidmətləri olan ziyalılarla tələbələr arasında görüşlərin keçirilməsinin də yer alacağına diqqət çəkib.

Qeyd edək ki, MİMTA FonduBDU-nun anlaşma layihəsi əsasında təşkil olunmuş mərkəzin qurulmasına 2017-ci ildə - “Füyuzat” jurnalının 110 illiyi ərəfəsində başlanılıb. 2019-cu ildə BDU-nun 100, Jurnalistika fakültəsinin, 50, klassikFüyuzat” jurnalının banisi Əli bəy Hüseynzadənin isə 155 illiyi ilə bağlı “Füyuzat Mərkəzi”nin açılışının gerçəkləşdirilməsi qərara alınıb.

 

Ədəbiyyat qəzeti.- 2019.- 25 may.- S.11.