İmadəddin Nəsiminin 650 illiyi
münasibətilə
Azərbaycan Dövlət Televiziyasında
yeni layihəyə
start verilib
İmadəddin
Nəsiminin 650 illiyi münasibətilə Azərbaycan Dövlət
Televiziyasında yeni layihəyə
start verilib. Respublika üzre "Sözün
sehri" adlı bədii qiraət müsabiqəsinin
seçim turu başa çatdıqdan sonra altmışa
yaxın iştirakçı arasından final mərhələsi
üçün seçilən 14 iştirakçının
ifası mayın 22-sində Muğam Mərkəzində
açılış mərasimində dinlənilmişdir.
Dilimizin
saflığının qorunması,
düzgün oxunması, səlis ifadə
edilməsi istiqamətində Respublika Prezidenti İlham Əliyevin
yürütdüyü siyasətə layiqli töhfə verəcək
bu layihənin idea müəllifi Mədəniyyət
kanalının direktor müavini, professor İlham Rəhimlidir.
Qeyd edək
ki, müsabiqənin
münsiflər heyəti Xalq artisti Əminə
Yusifqızı, Xalq artisti Laləzər Mustafayeva ve professor
İlham Rəhimlidir. Layihenin hazırlanmasında yaxından iştirak edən
və tələbələri hazırlayan müəllimlər
isə AYB-nin Güney Azərbaycan şöbesinin müdiri,
yazıçı Sayman Aruz, İncəsənət
Universitetinin müəllimləri Nadir Hüseynov və Kamalə
Mehdiyevadır.
Ədəbiyyat qəzeti.- 2019.-
25 may.- S.32.