Moskvada dahi Azərbaycan şairi və
mütəfəkkiri İmadəddin Nəsiminin heykəlinin
açılışı olub
Oktyabrın 30-da Heydər Əliyev Fondunun dəstəyi ilə Moskvadakı M.İ.Rudomino adına Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasının Atriumunda dahi Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin heykəli açılıb.
AZƏRTAC xəbər verir ki, Nəsiminin 650 illik yubileyi münasibətilə keçirilən silsilə tədbirlər çərçivəsində ucaldılan abidənin açılış mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Rusiyanın Mədəniyyət nazirinin müavini Pavel Stepanov, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, M.İ.Rudomino adına Ümumrusiya Xarici Ədəbiyyat Kitabxanasının baş direktoru Mixail Şepel çıxış ediblər.
B.Şyukin adına Teatr İnstitutunun azərbaycanlı tələbələri İmadəddin Nəsiminin şeirlərini səsləndiriblər.
Abidənin müəllifi Rusiya Rəssamlıq Akademiyasının akademiki, heykəltəraş Aydın Zeynalovdur. Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasının Atriumu 1994-cü ildə yaradılıb. Hazırda burada dünyanın tanınmış şair, ədib və mütəfəkkirlərinin 30-dan çox heykəli var. 2012-ci ildə Heydər Əliyev Fondunun dəstəyi ilə Atriumda Azərbaycan ədibi və filosofu Mirzə Fətəli Axundovun da abidəsi ucaldılıb.
***
Həmin gün Heydər
Əliyev Fondunun vitse-prezidenti
Leyla Əliyeva M.V.Lomonosov
adına Moskva Dövlət Universitetinin Botanika
bağında Rusiya Azərbaycanlı Gənclər
Birliyinin (RAGB) üzvləri ilə görüşüb. Görüş
çərçivəsində “Nar”
adlı rəsm sərgisi təşkil olunub,
Botanika bağına iki
nar tingi hədiyyə
edilib. Tədbir gənclərin konsert proqramı ilə davam
edib.
Fəridə
Abdullayeva
Ədəbiyyat qəzeti.-
2019.- 2 noyabr. S. 2.