Fəlsəfi sayıqlamalar...
Aqnostik şeir
Şiller,
Fixte, Spinoza
Günəş, Ay və buludlar.
Harda qaldın
Feyerbax?
Görünmürsən neçə vaxt...
İn və Yan fəlsəfəsi,
Brahman axtarır onu.
Suallar yada düşür,
Yoxdu bu yolun sonu.
Süd yolunda azıbdı,
Neçə sufi orbiti
Perelmana
güvənir,
Cavab ondadı
qəti.
Edam öncəsi nahar,
Xaç suyu və şərab
var.
Qəzali
fikirlidi,
Bəhmənyarda ümid var.
Şumerlərin izləri,
Dəclə-Fərat düzündə
Ləpir
kimi qalıbdı
Kutilərin üzündə.
Asketik şeir
Çarvaka,
Lokayata,
Afina,
Troya atı...
Bütün ölümləri fəlsəfə,
Bütün həyatı sentimental
Yarpaq boyda ümidləri
Bulud yorğunluğu ilə
Aparır
-
Adamlar, adamlar, adamlar...
Sonra
Sonra
Payızda yağışı,
Qışda qarı
Yazda gülü,
Yayda Günəşi
Aparır
-
Adamlar, adamlar, adamlar...
Zaman haqqındabir neçə söz
Deist şeir
Göy üzünə pərdə
çəkir
İlk başlanğıc
qüvvəsi.
Təkan
verir qübbələrə
Külli aləmin səsi.
Torpaq, su və od üçün
Zaman uyğun
yer seçir.
Vulkan püskürür birdən
Çaylar dağlardan keçir.
Sonra ilk
məzar daşı
Yas saxlayır
ilk insan.
Beləcə bu dünyada
Başlayır sonsuz zaman...
Meduza olmaq üçün
yaşamaq
Praqmatik
şeir
Sakit okeanda, fırtına öncəsi
Kalimantan adasında
Bir rahibə ağlayır
Gecə
göy üzünə
baxıb...
Heç
kim bilmir
nə olacaq...
Limandakı balıqçıların arzuları
Tora ilişib
qalıb.
Bir qarmaq atan da
yox
Taleyin boğazına...
Quşlar
uçur və yağan yağışlar
Səhranın çat dodaqlarını
isladır.
Sonra Günəş yenə hamilə qalır
Çölün düzündə...
Bir kaktus boyda ümid
var
Hər gün içimi didir.
Bir sual var cavabı
yox,
Beləliklə
Ömür meduza kimi
Asta-asta,
Gülə-gülə,
Sonuna doğru gedir...
Madaqaskar adasında qətl
İdealist şeir
İblis,
iblis və yenə də iblis...
Kor qoyma gözlərimi
Apar ömrümdən
Bütün qaranlıqları...
Gəl,
sağlıq deyək
Ölümə...
İçək göz yaşlarını
Balıqların...
Darıxanda bilirik
Zamanın qədrini...
Elə ki yoruluruq
Uzanır
əllərimiz
Arzuların ətəyinə...
Arzular da abırlıdı
Ətəyi uzun,
Üzü bağlı,
Hardan tanıdın
məni?
O küçədənmi,
Bu ağacdanmı,
Həmin daxmadanmı?!
Kainatın sirrini bilən
adam
Kinetik şeir
Dahi rus riyaziyyatçısı
Qriqori Perelmana
Bütün qaranlıqlarda işıq,
Bütün yoxluqlarda var olan.
Allahın özünü görmədən
Yerini deyən adam...
Puankare,
Aristotel və Platon
Səni görsə nə edərdi?
Bəlkə dəhşətə gəlib
Ölərdilər həmin an?
Uzun, qısa zamanda
Səyahətin sehirli.
1,2,3,4 və sonsuzluq
Əhatə edir səni...
Bəlkə özün deyilsən?
Bəlkə yad planetlisən?
Bəlkə Marsdan gəlmisən?
Ya da Yupiterlisən?
Volqa çayı tökülür,
Elə şövqlə
Xəzərə.
Perelman qonaq gələ
Üzə burda bir kərə...
Nədir dərman,
nədir əlac?
Lemokratik
şeir
Əzcaçı işləyən, ədəbiyyat
adamı Səbuhi Mehdiyevə
İlk xəstəlik
nə olub?!
İlk əlacı kim
edib?!
Bəlkə dünya tarixində
Biləsən, kim ölmədən
Yaşamağı öyrənib?!
Ömür bir ayrı ağrı,
Ölüm bir ayrı ağrı...
Varmı
gözdən yayınan,
Ürəkdə baş qaldıran
Sirli bir kainatı
Açıb bizə göstərən,
Ağrıların əvvəlini
Sonunda bildiyimiz...
Bir səsləyiş, bir çağrı
Hamının unutduğu,
Heç
kimin xatırlamadığı
"Söz" adlı bir ağrı...
Kimdir o göy üzünə,
Buludları pambıq bilib
Dağları bayraq kimi
Yerin köksünə
sancan?!
Söylə, hansı dərmandı
Ümidləri oyadan
Yaşamağa sövq edən,
Arzuları oyadan?!
Bilsən,
Bir əlac kimi,
Saxlayarsan bizlərə
Bir də ümidsizlərə...
Tural CƏFƏRLİ
Ədəbiyyat qəzeti.-
2019.- 2 noyabr. S. 5.