Ömür
boyu yol gedirik, - oxşar evdən oxşar evə!..
Anam, dizlərim
bükülür
Sinəm,
kürəyim dağılır
Şah
İsmayıl qılınc çəkən
Ölkənin
sərhədi kimi.
Anam,
dizlərim bükülür
Xocalıdan
əsir düşən
O gəlinin
qəddi kimi.
Kitaba,
dərsliyə salın
Mənim
də çəkdiyim dərdi
Sonsuzluğun
həddi kimi...
Köhnəlmədim,
vaxtım nə tez çıxdı ki
Heç
darıxma,
mən
də çıxıb gedəcəm, -
Adiləşim,
unudulum...
Və
sonra.
Ürəyində
soruşursan, bilirəm:
"Deyək
- getdin, tutaq - qaldın,
bə
sonra?!"
Mən
nə bilim o sonranı kim bilir? -
Sonrasını
Allah bilir, cin bilir,
İnanmıram
hansı kitab, din bilir, -
Nə
tutubsan "bə sonra?"dan, nə sonra?!
Tanrı
dönüb biz tərəfə baxdı ki,
Köhnəlmədim,
vaxtım nə tez çıxdı ki?!
O
dünyada görüş yeri yoxdu ki,-
Gözləyəcəm,
görüşərik...
Hə,
sonra.
Mən sevənlər
dəbdən düşüb
Çox
yaşamaq istəmirəm,
cavan
ölmək istəmirəm.
Mən
sevənlər dəbdən düşüb -
cavan
olmaq istəmirəm.
Cavan
olmaq istəmirəm,
o
dağ yoxdu, dərə yoxdu.
O dərənin
gəndalaşı biçilib,
kölgəsində
mərə yoxdu.
Kəpənəkdən
gün dilənib,
qarışqadan
dən dilənib,
qırış-qırış
kündələnib,
çox
yaşamaq istəmirəm.
Çox
yaşamaq istəmirəm,
şəhidlər
yatan torpaqda.
Cavan
ölmək istəmirəm
hər
daşı Vətən Torpaqda.
Öz yolumda candan
düşən
cığıram
Sən bilməzsən necə olur bu
ağrı,
qadan
alım, necəsini heç bilmə.
Sən
bilməzsən nəynən keçir qara gün,
işığından,
ulduzundan keç, bilmə.
Nə
çoxalıb burda ağzı köndələr,
kütə
gedir yenə-yenə kündələr.
Demişdim
də, heç darıxma, gün gələr,
ha
vaxt gəlsə vaxtındadı, gec bilmə.
Öz
yolumda candan düşən cığıram,
hər
gecəmdən açıq göznən çıxıram.
Necə
deyim?!
Nə
əvvələm, axıram, -
sən
də məni divar bilmə, künc bilmə...
Qara zolaq
Dualarım
yan keçir,
məni
hər qarğış tutur.
Hər
dediyim baş tutmur,
hər
atılan daş tutur.
Hər
tələyə düşürəm,
tilov
atsam boş gəlir.
Harda
axmaq dərd varsa,
qaçıb
mənə tuş gəlir.
Yollar
hörümçək toru -
ilişib
ayaqlarım.
Arzular
göynən gedir,
ümidlər
ayaqyalın.
Hansı
tərəfə getsəm,
yel
tutur, yağış tutur.
Dualarım
yan keçir,
məni
hər qarğış tutur.
Bir at ilində
Daha
at nalından çıxan
çınqıya
şeir yazırıq -
atın beli bizlik deyil.
Qaldı,
qurda-quşa
qaldı,
o
yurd-yuva bizlik deyil!..
Çox
tez düşdük at belindən,
yəhər
üstdə didişirik.
Ətəyini
çırmalayan
şəhər
üstdə didişirik!..
Göynən
gedən madyanların
boynunu
dişləyən atlar.
İndi
ümid kölgəsində,
indi
ölüm növbəsində,
keçmişə
kişnəyən atlar.
Üzüağ,
alnı,
taleyi
döşü
qara xallı atlar.
Arzu-ümidi
çidarlı,
əl-ayağı
nallı atlar.
Vaxt
olmadı güllələyək -
yuxumuzdan
kim çıxarar
arxamızca
canlarını
uçruma
atan atları?
...İndi
bir
toy süfrəsində
Gümüş
çəngəllər dişləyir
şahzadə
qızlar altında
özünü
tutan atları.
...Əlim
çata, sığallayam
O
sağrını, yalı, atlar.
Yüz-yüz
heykəldən vüqarlı,
Çox
dostdan vəfalı atlar!..
Yağış
Daha
sevdiyim kimi
sevə
bilmirəm səni.
Kim zəng
vurub çağırıb
evə,
bilmirəm, səni.
İllərin
arasından
körpüləri
apardın.
Xəyallarda
doğulan
körpələri
apardın.
Solub
bitmiş ömürdən
heç
nə cücərməz daha.
Dünya
mənə oxşarın
əkib-becərməz
daha.
Heç
olmasa gündüz yağ,
yağırsan,
gecə yağma.
Neynirsən
elə, neynək,
qəlbimə
bircə yağma.
Sevə
bilmirəm səni,
sevə
bilmirəm, yağış.
Niyəsini
soruşma,
bilmirəm...
Sən
də barış!..
Ölmədim
Yenə
bəxtin gətirmədi,
qarğışın
tutmadı məni.
Allah
da kişi adamdı,
yenə
eşitmədi səni.
Lap
belə "xortlayıb döndüm",
qarğışın
göndərən yerdən.
Dedim
ürəyin yumşalar,
məni
ağlayarsan birdən.
Qorxma,
Əzrail qoruyur, -
dəymədi,
diri qayıtdım.
Təzə
qarğışların üçün
darıxıb
geri qayıtdım.
Salamat
döndüm üstünə,
azar-bezar,
filan olmaz.
Allah
haqqı, bu canı da
səndən
yaxşı alan olmaz...
Sən
də bir gün qoşularsan
ərsizlərin
sırasına.
Toya,
yasa yollanarsan,
ürkə-ürkə,
sına-sına.
Bir
qara bantlı şəkil də
aramızda
sərhəd olsun.
Dilin-saçın
vay-şivəndə,
Xatirəndə
bir "rədd olsun!"...
Yenə də o
köhnə ömür
Heç
nə yazmaq istəmirəm,
guya
yazsam nə olacaq?!
"Qarabağ"ı
ağ əsgiyə
göynən
yazsam nə olacaq?!
Nəynən
silim bu yazını,
alnımda
mənnən gedəcək.
On
yaşlı ağ-qara şəklim,
ağlım
da mənnən gedəcək.
Yaşamağın
dadı qaçıb,
heç
ölmək də istəmirəm.
Böyük
olmaq Tanrılıqdı,
kiçilmək
də istəmirəm.
Yenə
də o köhnə ömür, -
səhər
evdən, axşam evə.
Ömür
boyu yol gedirik, -
oxşar
evdən oxşar evə!..
Payızdan bir yarpaq
Sarı-sarı
ağacları
Yarpaq-yarpaq
soyur külək.
Bəlkə
elə isinməyə
Yer
axtarır soyuq külək?
Ürəyimi-xatirələr,
Yarpaqları-külək
ovur.
Adamların
arasıynan
Tale
məni hara qovur?
Ya dəli
ol, ya dərdli ol:
Biri
bilsə, beşi bilməz.
Bu
küləkdə hönkürtüynən
Ağlasan
da eşidilməz.
Payız
yağışları hopur canıma
Buludlar
dənizi qaldırıb yerdən,
Çırpır
küçələrin boz sifətinə.
İslanmış
kölgələr qaçır işıqdan,
Oğru
adam kimi qısılır tinə.
Bəlkə
bir nadanın günahı üstə,
Hamının
başına döyür bu yağış.
Kiminin
gözündə yağışdı elə,
Kiminin
içini oyur bu yağış.
Mamır
bağlayacaq daşların üzü,
Dərdsiz
ürəklərin divarı - yosun.
Belə
yağandısa mənim qəlbimdən
Vəfasız
bir qızın izini yusun.
Bu
payız yağışlar hopur canıma,
Daha
itirilmiş torpaq kimiyəm.
Yağışlar
yorulub kəsəcək bir gün,
Mən
bundan o yana çətin kiriyəm.
Nə
qədər gözlərdə görünməz oldum,
Məni
gəzən gözlər islanır harda?
Çiçəklər,
yarpaqlar quruyub ölür,
Göyərib
öləcəm bu yağışlarda.
Gecə
yağışı
Yırtıb
göyün yaxasını,
özün
yerə atdı yağış.
Döyəcləyib
pəncərəmi,
yuxudan
oyatdı yağış.
Enişləri,
yoxuşları,
duaları,
qarğışları,
alnımdakı
qırışları
bir-birinə
qatdı yağış.
Dizimin
ağrısı kimi,
cavan
gedən qardaşıma
qızının
ağısı kimi
tutdu
məni, tutdu yağış...
Sabir YUSİFOĞLU
Ədəbiyyat qəzeti.- 2019.- 16
noyabr. S. 7.