TANRIM
Həyat
eniş-yoxuşdu,
Səni
duydum, nə xoşdu,
"Yalnış
da bir naxışdı".
Fikrət
Qocaya hər söz
Dünyaya
bir baxışdı.
Tanrım,
mən ağlamıram,
Gözüm
dolu yağışdı!
Bəlkə
mənim dərdimə
Mələklər
ağlamışdı...
BİR QARA MİLÇƏK
Çöldə
bayram günüdü,
Çal-çağır,
vur-haraydı.
Yayın
qaynar ayıdı.
Elə
bil ki, xamıram,
Gün
boyu yoğrulmuşam,
Yaxşıca
yorulmuşam.
"Oxqay"
deyib oturdum.
Sərin
otaq, mən də tək.
Hardansa
peyda oldu
Bir
yekə qara milçək.
- Ay
Milçək,
Məndən
əl çək!
Gah
qulağıma girir,
Gah
cumur göz-qaşıma.
Oyun
açır başıma.
Baxmır
yalvarışıma,
Baxmayır
göz yaşıma...
Ev
başıma dar olub,
Çarpayım
məzar olub.
- Ay
Milçək,
Məndən
əl çək!
Mənimdir
bu od-ocaq!
Erməni
deyilsən ha...
Vuracam
öləcəksən!
Adım
qatil olacaq...
Fikrət QOCA
Ədəbiyyat qəzeti.- 2019.- 16
noyabr. S. 9.