Fəsillər dəyişmir
Fəsillər
dəyişmir
Lizel
Meminger, fəsillər dəyişmir...
Qərinələr
keçsə də
dəyişməyən
sadəcə
çəkilən
ağrıdır.
Hər
səhər göydən
boylanan
Günəş adlı tablo kimi...
Xatirələrdən
asılır
o
ağrı.
Və
sən ora adını yaza bilmirsən...
Bax,
mən də illər öncə
riyaziyyat
dərsində
cavabı
bilsəm də
yumurta
sözünü yaza bilməmişdim.
Sonralar
anlayacaqdım
nəticəni
rəqəmlər deyil,
həm
də yumurta həll edirmiş,
yəni
cavab yumurtada gizliymiş...
Lizel
Memenger, fəsillər dəyişmir,
fəsillər
güllənir, yandırılır,
və
ya boğulur.
Dəyişən
sadəcə
kitab
rəflərinin üzərində
sahibini
gözləyən barmaqların izləridir.
Sənsə
həmin izlərin içində
hamının
axtardığı
o
ümid idin.
***
Dərdli
Şekspirin ömür boyu səslədiyi
və
üzünü görmədiyi
qızılgülü
dünən
gördüm.
Gərək
ki, ustad məndən inciməsin,
o
yazdığından daha gözəl
idi.
Dünyanın
ən gözəl səsi
bir
qar üzərində addımlayarkən
bir də
uşaq qığıldayarkən gəlir.
Bu qədər
gözəllik
yalnız
şeirlərin qonağı ola bilərdi
amma
olmadı...
Axı
niyə vurğulara sinə gərib
insanlara
misralardan boylanmadı?!
Yoxsa
indi dünya ilk gün olduğu kimi
gözəl,
məsum və böyük olardı,
Kilidlər
yoxa ustaları isə azadlığa çıxardı...
***
Ən
çox sevdiklərim incitdi məni
Saqqız
olub çeynəndim.
Yuxarıdakı
misralar təki
Qəlyanaltından
sonra...
Mirvari
dənəciyinə bənzədilib
Bivec
tələbənin barmaqlarıyla
partanın
altına yapışdırıldım.
Yəni
günəşi
bir dərs ilinin əvvəlində
bir də
sonunda
xadimənin
ovucunda
gördüm
Bu
saqqız ömrümdə...
Tanımadığımız
adamlar var
Tərlərini
kağıza köçürdüyümüz
gecəsini
xəyallarla bölüşdürüb,
səhərlərini
isə
yelkənsiz
evlərlə hördüyümüz...
Bir də
tanımadığımız yolların
əyilmiyən
kənarları var.
İndi
oralarda
Qarğıdalı
bişirən bir uşağın tüstüsü
məhşər
günüylə oynayır...
Mən
Səni tanıdım,özünü gizlətmə,
Yaxşısı
ya qapını, ya
topunu
gizlət.
Topun
hər səfər qapının ağızında
fırlanır, Tanrı.
Kaş ki...
Kaş
ki, insanlar düzəltdikləri
dayanacaqlara
oxşayardı,
sadiq
olardı, vəfalı olardı,
dizini
qırıb gözləməyi bacarardı.
Kaş
ki, insanlar düzəltdikləri
dayanacaqlara
oxşayardı
onlara
sığınan acizləri
yağışdan,
qardan
bir
dayanacaq vüqarı ilə qoruyardı.
Kağızdan əvvəl
Dünyanın
ən böyük ədalətsizliyi,
saf
suyun
yalan
dolu dodaqlarda can verməsidir...
Bilirəm,
bilirəm
uzaqların
xəyalındayam.
Otaqlara
bölünməyən,
Divarları
künc görməyən,
sonralarsa
sökülməyən
ev
olmaq üçün.
Kağızdan
əvvəl
məndənsə
sonra gələn, insandayam.
Bir də
insanlar yenə gecikəcəklər,
yenə
həqiqqət nədir bilməyəcəklər...
Dünya
qırmızıya boyanmş
yalan
dolu bir dodaq,
bizsə
o dodağa bir ömrlük nəm...
***
Tüstülər
qanadı sınıq göz açar
İlan
qabıq dəyişər
insanlar
ana bətnini
səs
üşüyəndə sükutu çağırar
çiçəklərsə
torpağı...
Bir
ağacın budağında
hardandı
bunca ümman
Dili
kəsilmiş kilsə zınqırovları
üşüdü
korların kölgəsində
əli
çatmadı Günəşə sinaqoqların
nə
minarələr boy atdı,
nə
də işıqların şamdanları.
Və
beləcə Tüstülər...
Fuad Cəfərli
Ədəbiyyat qəzeti.- 2019.- 16
noyabr. S. 30.