Bir
pəncərə olsun, bir mən, bir yağış,
Könlümə
babamın daxması düşür.
Miras
Oğlum
da özüm kimi
Yaman
dərdlidi, ata;
Mən
sənə oxşamışdım,
Sən
talesiz həyata;
Sən
ki, dərddən göyərən
Bir
bağ salmışdın onda,
Bax,
oğlum da böyüyür,
Dərdlərin
qucağında;
Bax,
ata, bəlaları
Babam
sənə ötürmüş;
Səndən
qalan nə varsa,
Oğlum
məndən götürmüş.
Yağış
havası
Elə
ki, tutulur göylərin üzü,
Qara
buludların davası düşür.
Elə
kövrəlirəm, ay aşıq, düzü
Könlümə
bir yağış havası düşür.
Hamıdan
qaçıram - tanışdan, dostdan,..
Hər
şeydən bezirəm - toylardan, yasdan...
Ay
ana, yanımda heç sən də yoxsan!
Könlümə
nənəmin yaxması düşür.
...Yığış,
qalan ömrüm, gedirik, yığış!
Olsun
bu yolçuluq - kəndə qayıdış.
Bir pəncərə
olsun, bir mən, bir yağış,
Könlümə
babamın daxması düşür.
Yüyürmək istədim
Yuxuma
gəlmişdi dağlar bu gecə,
Yuxuma
gəlmişdi uşaqlığım da.
Gördüm
ki, bulaqlar oxuyur necə,..
Məni
ovundursun kövrək çağımda.
...Ot
basan cığırlar - sınıq xətt kimi;
Qayalar
bir azca mamır bağlayıb.
Gördüm
ki, yenə də duman çəhlimi
Dərənin
çayını tutub, saxlayıb...
Gördüm
dağ döşünün quzularını,
Zirvəyə
yüyürən bir uşağı da.
Gördüm
bu uşağın arzularını,
Gördüm
göy üzüylə danışmağı da...
Yüyürmək
istədim mən də zirvəyə,
Gördüm
ki, "dərələr" qolumdan çəkir;
Qışqırdım
dəlitək - a, dağlar! - deyə:
Səsimdən
qayalar diksinmədi ki...
Oğlumun
Hecalanıb,
nəğmələnib ötəndi,
Kökü
üstdə cücərəndi, bitəndi,
Qarış-qarış
addımlayan vətəndi,
Ayağına
qurban olum oğlumun.
Əcdadı
var boy-buxunlu, kürəkli.
Şəhəri
var dağ havalı, küləkli.
Qəlbində
bir göy üzü var - üçrəngli!
Bayrağına
qurban olum oğlumun.
Yurd
tamı var damağında, dadında.
Qurd
kodu var yaddaşında, yadında.
Qartal
başlı - Azərbaycan adında -
Torpağına
qurban olum oğlumun.
Dostum
Uzağımı
yaxın bilən,
Yüngülümü
ağır bilən,
Düşmənimi
yağı bilən
Kimsə,
dostum odu, odu!
Kürəyimi
quca bilən,
Qollarımı
qucaq bilən,
Daşımı
da ocaq bilən
Kimsə,
dostum odu, odu!
Büdrəyəndə
çatan, tutan,
Ürəyimdən
qəmi atan,
Şorumu
da baltək udan
Kimsə,
dostum odu, odu!
Şair ürəyi
...Elə
ki, Yer üzü dar gələr ona,
Oxuyar...
dilini göylər anlayar;
Baxıb
adamların soyuqluğuna,
Söz-söz,
misra-misra alışar, yanar.
Sevmək
öyrədənməz daşa, divara,
Darıxar,
təklənər, sınar nəğməsi;
Divar
adamlara, daş adamlara
Dəyib,
çiliklənər səsi, nəfəsi...
Görər
adamların yıxıldığını,
Bu qədər
nifrətin, kinin içində.
Görər
ki, nə qədər günahlar, ahlar
Gizlənib
imanın, dinin içində.
...Çırpınar
göylərdə qanad çalmağa,
Misralar
uçuşar lələklər kimi.
Uçub
Tanrısına qovuşmaq istər,
Sözdən
qanadlanan mələklər kimi.
Bil
ki, quş kimidi şair ürəyi,
Azadlıq
istəyər, qəfəsi sevməz!
Laylası
həzindi, nəğməsi kövrək,
Həmdəmi
yoxdusa danışmaz, dinməz!
Xəstəxanada
yazılan şeir
Ayrı
cür görünür yazın gəlişi,
Quzum,
xəstəxana pəncərəsindən;
Yanına
sevdiyin qızın gəlişi
Onsuz
da bilinir ayaq səsindən;
Dərman
qoxusunu qovur otaqdan,
Gözünün
kədəri, saçının ətri;
Öldürür
bir sual məni bayaqdan:
-
Axı neylədim ki, mən səndən ötrü...
Axı
nə biləydim, hardan biləydim
Xəstədi
gözünü sevən ürəyim!
Səni
tapmamışdan gərək öləydim,
Ay mənim
olanım, varım, gərəyim!
...Soyuq
xəstəxana divarlarını,
Tale
qismətitək yozmaq olarmı?
Görən,
ürəyimin ağrılarını,
Sənin
ayağına yazmaq olarmı?..
Yetim qalan kuklalar
Zəhranın
timsalında müharibələrdə
öldürülən
bütün uşaqlara
Anan
da
Atan da
Dostların da bir
yana,
Kuklaların
yetim qaldı, Zəhra!
Daha
fani dünyada
Nələr
olmadı ki,..
Güllələdi
oyuncaqları,
Rəhm
etmədi
Kuklaların
göz yaşına,..
Baxmadı
evcik quran
Toppuş
əllərinə,
Gözlərindəki
gülüşünü,
Xəyallarının
dalınca düşən
Yastı-yastı
yerişini
Güllələdi
zalımlar!
Imkan
vermədilər
Kuklalarını
doya-doya öpəsən,
Fürsət
vermədilər
Oyuncaqlarına
Ölümqabağı
əl edəsən...
Zəhra!
Bəlkə
də
Güllələrə
qoşulub
Göy
üzünə uçmusan!
Orada,
Allah
babaya
Deyəcəksən
son sözünü;
Deyəcəksən:
-
Baba!
Yolumu
Gözləsələr
də kuklalar,
Bir
daha
Qayıtmaq
İstəmirəm
Yer üzünə,
Orada
ermənilər var.
Sözümə bax
Yollar
çoxdu bu dünyada,
Mənzilinə
kimlər çata...
Ey, əyrimi
görən adam!
Düzümə
bax, gör mən kiməm.
Əllərim
saralan çiçək,
Ürəyim
şüşədən kövrək,
Ayağımdan
gözünü çək!
Gözümə
bax, gör mən kiməm.
Məni
anlamaq istəsən,
Dərdimə
yanmaq istəsən,
Haqqa
inanmaq istəsən,
Sözümə
bax, gör mən kiməm.
Vahid ASLAN
Ədəbiyyat qəzeti.- 2019.- 16
noyabr. S. 31.