Milli Kitabxanada Xalq yazıçı Elçinin kitablarının təqdimatı keçirilib

 

 

Noyabrın 22-də Milli Kitabxanada Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Milli Kitabxananın birgə təşkilatçılığı ilə Xalq yazıçısı ElçininBaşromanının, “Qırx Beş. Seçilmiş hekayələr”, “Daha dərin qatlara. Seçilmiş məqalə esselər”, “Mənə niyə gülürlərkitablarının  təqdimat mərasimi keçirilib.

Tədbiri Milli Kitabxananın direktoru prof. Kərim Tahirov açaraq çağdaş Azərbaycan ədəbiyyatında öz dəsti xətti olan görkəmli Xalq yazıçısı Elçin Əfəndiyevin yaradıcılığı haqqında geniş söhbət açıb. Prof. Kərim Tahirov çıxışında bildirib ki, Elçin Əfəndiyevin 60-cı illərdən bəri yazdığı bütün əsərlərində real həyatdan gələn hadisələr əks olunub. Əsərlərinə filmlər çəkilib, teatr səhnələrində onlarla əsərlərinə tamaşalar qoyulub. Azərbaycanda bir sıra aktyorlar nəslinin yetişməsində onun əsərlərinin çox böyük rolu var.

Mədəniyyət naziri Əbülfəs Qarayev yazının əsərlərinin tərbiyəvi əhəmiyyətini qeyd edib. Bildirib ki, Elçinin yaratdığı əsərlər öz aktuallığını heç vaxt itirməyib. Nazir deyib ki, onun kitabları insanlara Elçinin ədəbi fəaliyyətini bir daha təhlil etməyə yaradıcılığı haqqında düşünməyə istiqamət verir.

Yazıçının yaradıcılığı təkcə ədəbiyyatda deyil, teatr kino üçün bir hadisədir. Elçinin bir sıra əsərləri dövlət tərəfindən nəşr olunub. Bu gün təqdimatı keçirilən kitablar, əlbəttə xüsusi əhəmiyyət kəsb edir. Elçinin bu nəslin ən tanınmış siması İlyas Əfəndiyevin yaradıcılığı ədəbiyyat tarixində silinməz iz qoyub. Elçin müəllimin yaradıcılığı bütün dövrlərdə aktual olub, hər zaman da belə olacaq. O, uzun illər dövlət işində aparıcı vəzifələrdə çalışmasına baxmayaraq, qələmi əlindən buraxmayıb, yaradıcılığını davam etdirib. Onun əsərləri Azərbaycanla yanaşı, dünyada da oxunur sevilir”, - deyə Ə.Qarayev söyləyib.

Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq Yazıçısı Anar çıxış edərək Elçin Əfəndiyevin zəngin yaradıcılığı haqqında söhbət açıb, yazıçının ədəbiyyatın müxtəlif janrlarında uğurla yazdığını, əsərlərində ədəbi tənqidi problemlərə məharətlə toxunduğunu bildirib.  Xalq yazıçısı Anar çıxışında yazıçının təqdimatı olan kitablarından danışarkənBaşromanını xüsusi vurğulayaraq, hadisələrin çox çətin dövrü – XVIII əsrin ilk onilliyində, Azərbaycanda ümumiyyətlə, Cənubi Qafqaz tarixinin ən gərgin mürəkkəb dövründə cərəyan etdiyini bildirib.

Azərbaycan Dövlət Tərcümə Mərkəzinin İdarə Heyətinin sədri, Xalq yazıçısı Afaq Məsud yazıçının yaradıcılığı haqqında danışarkən, bildirib ki, “Daha dərin qatlarakitabına yazıçının 70-ci illərdən bu günə kimi dövri mətbuatda çap etdirdiyi seçilmiş məqalə esselərin toplandığını, “Qırx Beş. Seçilmiş hekayələrkitabında isə dünənki bugünkü həyatımızın gerçəklikləri, ailə məişət qayğılarını əks etdirən hekayələrin işıqlandırıldığını söyləyib bildirib ki, kitablarda toplanmış əsərlərin hər biri Azərbaycan mənəviyyatının, təfəkkürünün inkişafına təkan verir.

Daha sonra yazıçının yaradıcılığına həsr edilmiş sənədli film nümayiş edilib.

Azərbaycan Yazıçılar Birliyinin katibi, Xalq Yazıçısı Çingiz Abdullayev çıxış edərək, bildirib ki, təqdimatı olan bu kitabların hər biri  yazıçının zəngin yaradıcılığının məhsuludur onun eyni zamanda dedektiv janrında da xüsusi yeri olduğunu söyləyb.

Daha sonra Azərbaycanda Atatürk Mərkəzinin direktoru, millət vəkili, akademik Nizami Cəfərov, Azərbaycanın xalq şairi Sabir Rüstəmxanlı, Əməkdar Elm Xadimi, professor Qəzənfər Paşayev, Şair, publisist Əjdər Ol, “Ədəbiyyat qəzeti”nin baş redaktoru, Əməkdar Mədəniyyət işçisi Azər Turan, professor Nizami Məmmədov, tənqidçi-ədəbiyyatşünas Elnarə Akimova çıxış edərək Xalq yazıçısı Elçin Əfəndiyevin zəngin ədəbi irsi, çox şaxəli yaradıcılığı haqqında geniş söhbət açıblar.

Daha sonra Milli KitabxananınElektron Kitabxananın İnkişafı şöbəsi”nin əməkdaşları tərəfindən hazırlanmışXalq yazıçısı Elçinelektron məlumat bazası şöbənin müdiri Rübabə Səfərova tərəfindən təqdim edilib.

Sonda Xalq yazıçısı Elçin Əfəndiyev çıxış edərək Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə, Milli Kitabxananın kollektivinə, tədbir iştirakçılarına dərin təşəkkürünü minnətdarlığını bildirib. Elçin Əfəndiyev çıxışında onun yaradıcılığı haqqında söylənilən fikirləri yüksək qiymətləndirib, bunu eyni zamanda ədəbiyyata, kitaba olan sevgi kimi dəyərləndirib.

 

 

Ədəbiyyat.- 2019.- 23 noyabr. S. 7.