Əjdər Olun "Lo" romanı nəşr olundu
Edebiyyatqazeti.az xəbər verir ki, Əjdər
Olun "Lo" romanı
nəfis tərtibatla çapdan çıxıb. Romanda təsvir
edilən hadisələr
uydurma deyil, canlıdır, gerçəkdir.
Əsər son iki yüz
ildə xalqımızın
ən böyük hadisələrinin baş verdiyi 1988-1993-cü illəri
əhatə edir.
Bir-birini
izləyən olaylarda
öz adı ilə iştirak edən qəhrəmanlar milli azadlıq hərəkatının, dövlət
müstəqilliyinin, Qarabağ
müharibəsinin fəal
iştirakçılarıdır. Onları həyatda da tanıyırıq. Hadisələrin şahidi olan müəllif insanların
taleyini dəyişən,
evlərimizin içərisinə
qədər gəlib çıxan qanlı-qadalı
hadisələri geniş
panoramda təsvir edir. İlk səhifədən oxucu romanın "əhalisi"nə qaynayıb-qarışır.
"Lo" hər kəsin
romanıdır.
Ədəbiyyat.-
2019.- 23 noyabr. S. 7.