Cəlil Məmmədquluzadənin məzarını ziyarət edilib

 

Görkəmli ədib ictimai xadim Cəlil Məmmədquluzadənin 150 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfransın iştirakçıları noyabrın 18-də Fəxri xiyabana gələrək C.Məmmədquluzadənin məzarı önünə əklil qoyub qərənfillər düzüblər.

Anım mərasimində C.Məmmədquluzadə nəslinin davamçıları nəticəsi Martin Cavanşiri kötücəsi Przemislav Cavanşiri iştirak ediblər.

Anım mərasimində AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutun direktoru, akademik İsa Həbibbəyli deyib: “Cəlil Məmmədquluzadənin kim olduğunu dünyada bilənlər çoxdur. Cəlil Məmmədquluzadənin bütün yaradıcılığı Azərbaycan xalqının milli oyanışına, istiqlalına mübarizəsinə həsr olunub. O, ədəbiyyatımıza yeni dəyərlər, istiqamətlər, forma məzmun gətirib. Cəlil Məmmədquluzadənin adı çoxəsrlik Azərbaycan ədəbiyyatının böyük klassikləri sırasında dayanır. Azərbaycan xalqının ulu öndəri Heydər Əliyev ədibin yaradıcılığına hər zaman yüksək qiymət verib. Prezident İlham Əliyevin sərəncamları ilə Cəlil Məmmədquluzadənin 140 illiyi, bu gün isə 150 illiyi ölkəmizdə geniş qeyd olunub. Cəlil Məmmədquluzadənin sənəti ölməzdir hər zaman xalqımızın yaddaşında əbədi yaşayacaq”.

Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar çıxışında Cəlil Məmmədquluzadənin yaradıcılığına toxunub. Bildirib ki, Cəlil Məmmədquluzadə Azərbaycan ədəbiyyatının yeni mərhələyə yüksəlməsində müstəsna rol oynamış bütöv bir ədəbi məktəb formalaşdırmış qüdrətli şəxsiyyətdir.

Tədbirdə iştirak edən C.Məmmədquluzadənin nəticəsi M.Cavanşiri belə bir tədbirdə olmağından təsirləndiyini bildirib. O deyib: “Fəxr edirəm ki, ulu babam Azərbaycan xalqının bu qədər sevgisini qazanıb. C.Məmmədquluzadəyə ehtiramla yanaşdıqları üçün Azərbaycan xalqına minnətdarlığımı bildirirəm”.

Qeyd edək ki, elmi-praktik konfrans Mədəniyyət Nazirliyi, TÜRKSOY, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə reallaşıb.

 

Ədəbiyyat qəzeti.- 2019.- 23 noyabr. S. 16.