Ədəbiyyat İnstitutunda Cəlil Məmmədquluzadənin
nəslinin davamçıları
ilə görüş
Edebiyyatqazeti.az
xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına
Ədəbiyyat İnstitutunda
akademik İsa Həbibbəylinin təşəbbüsü
ilə Azərbaycana gələn görkəmli
Azərbaycan yazıçısı
və ictimai xadim Cəlil Məmmədquluzadənin nəticəsi
Martin Cavanşiri və
oğlu Pşemislav Cavanşiri ilə görüş olub.
Görüşdə akademik İsa Həbibbəyli Cəlil Məmmədquluzadənin
nəslinin nümayəndələrinin
ölkəmizə gəlmələri
üçün uzun illər iş apardığını bildirib.
Hələ 25 yanvar
1992-ci ildə Cəlil
Məmmədquluzadənin 1942-ci ildə ölkədən çıxmış oğlu
Ənvər Məmmədquluzadənin
övladları Teymur Cavanşiri və İren Cavaşiri ilə Tehran şəhərində
görüşdüklərini və
onlarla mütəmadi əlaqə saxladığını
qeyd edib. 1998-ci ildə isə
Paris şəhərində Ənvər Məmmədquluzadənin
qızı Mehri xanım Səqqətçiya
ilə də görüşdüyünü və əlaqə qurduğunu əlavə edib.
Akademik İsa Həbibbəyli məlumat verib ki, onun Mirzə
Cəlilin nəsil davamçıları ilə
fotoşəkilləri, mətbuatda
məqalələri və
“Cəlil Məmmədquluzadənin
nəsil şəcərəsi”
adlı tədqiqatı
da vardır.
2009-cu ildə ədibin
140 illiyi ilə əlaqədar olaraq onun nəslinin davamçılarının Azərbaycana
gətirilməsi üçün
təşəbbüs göstərdiyini,
bu səbəbdən həmin vaxtlar ölkəmizin Polşadakı
səfiri Vilayət Quliyevə də müraciət etdiyini söyləyib. Mirzə Cəlilin Polşada
yaşayan nəvə-nəticələrinin
ünvanını əldə
edib onlarla əlaqə yaratmağı
daimi diqqət mərkəzində saxladığını
və bu işin gerçəkləşməsində
Hafiz Əhmədovun da
xidmətləri olduğunu
vurğulayıb.
Cəlil
Məmmədquluzadə şəcərəsinin
nümayəndələrinin Azərbaycanda olduqları müddət ərzində
Mirzə Fətəli
Axundzadə adına Azərbaycan Milli Kitabxanasının və Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun təşkilatçılığı
ilə ölkəmizdə
Cəlil Məmmədquluzadəyə
həsr edilmiş elmi-mədəni tədbirlərə
qatıldıqlarını, yazıçının ev
muzeyini və Fəxri Xiyabandakı məzarını, Şəhidlər
Xiyababını ziyarət
etdiklərini, Cəlil
Məmmədquluzadənin 150 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfransda iştirak etdiklərini, müxtəlif kütləvi
informasiya vasitələrinə
müsahibələr verdiklərini,
nəhayət, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun
kollektivi ilə görüşdüklərini xatırladıb.
Cəlil Məmmədquluzadənin nəticəsi
Martin Cavanşiri də
Azərbaycanda onlara göstərilən yüksək
qonaqpərvərliyə görə
təşəkkürlərini bildirib. Ədəbiyyat İnstitutundan xoş
xatirələrlə ayrıldıqlarını
deyib.
Sonda akademik İsa Həbibbəyli Martin Cavanşiriyə “Cəlil Məmmədquluzadə 150 il
- məqalələr, esselər,
müsahibələr, şeirlər
” kitabını hədiyyə
edib.
Ədəbiyyat qəzeti.-
2019.- 23 noyabr. S. 16.