İmişlidə və Cəlilabadda
şair Qəşəm
Nəcəfzadə ilə
görüş keçirilib
Mənəvi Dəyərlərin Təbliği
Fondunun təşkilatçılığı
ilə "Ziyalılarımızdan
öyrənək" layihəsi
çərçivəsində Əməkdar Mədəniyyət
işçisi, şair
– publisist Qəşəm Nəcəfzadənin İmişli və Cəlilabad rayonlarında oxucularla görüşü
keçirilib.
İmişli rayonu Gənclər
evində keçirilən
görüşü Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov açaraq şairin həyat və yaradıcılığı haqqında
görüş iştirkçılarına ətraflı məlumat verib. İmişli
Rayon Təhsil Şöbəsinin
müdiri Ələmdar
Quliyev, müavin Vahid Tağıyev və digərləri şair haqqında ürək sözlərini
söyləyiblər. Cəlilabad rayonu Heydər Əliyev Mərkəzində keçirilən
görüşdə isə
Cəililabad Rayon İcra
Hakimiyəti Hümanitar
Şöbəsinin müdiri Elnara Həsənova şairin həyat və yaradıcılığı
haqqında danışıb, rayonun ağsaqqalları, ziyalıları,
Azərbaycan Dövlət
Pedoqoji Universitetinin Cəlilabad filalının
və Tibb Kollecinin tələbələri
şairə xeyli suallar ünvanlayıblar.
Hər iki görüşdə Qəşəm Nəcəfzadə
oxucuların suallarını
cavablandırıb, yeni şeirlərini oxuyaraq kitablarını oxuculara hədiyyə edib.
Əyyub
QİYAS
Ədəbiyyat qəzeti.-
2019.- 23 noyabr. S. 32.